Kolleclərə ixtisas seçimi başladı...
01.08.2025 [11:00]
Plan yerlərinin sayı azalıb
Keçid balı artacaq?
Dünəndən 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ixtisas seçimi avqustun 7-si saat 23:59-dək internet vasitəsilə aparılacaq.
İxtisas seçiminə bu abituriyentlər buraxılır
Bildirilib ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
8144 plan yeri ayrılıb
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müs abiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Qeyd edək ki, 2025-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 8144 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 10930 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24059 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 27743 nəfərin müsabiqədə iştirak hüququ var idi.
DİM-dən bildirilib ki, ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir. Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitetdə, Sumqayıt Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində, və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir.
Keçid balları artacaq!
Abituriyentlərin ixtisas seçimində nələrə diqqət etməli olduğu barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, hər il abituriyenlərin qəbulu ilə bağlı plan yerlərinin sayında dəyişiklik edilir. O, qeyd edib ki, bu il 9 illik təhsil bazasında kolleclərə qəbul balının artması gözlənilir: “Cari ildə 9 illik kolleclərə qəbul üçün 30000 minə yaxın müraciət qeydə alınıb, ancaq 8144 nəfər üçün yer ayrılıb. Ötən ilə nisbətən isə 3 minə yaxın plan yeri azadlılıb.
Eyni zamanda, imtahandan yüksək bal toplayan şagirdlərin sayı da çox olduğuna görə keçid ballarında artım gözlənilir. Keçid balları minimum 20-25, hətta 50 bala qədər arta bilər. Xüsusilə rus bölməsində keçid balları artacaq. Çünki rus bölməsində plan yeri azdır, Azərbaycan bölməsində isə plan yeri müqayisədə çox olsa da, hər ikisində də artım olacaq”.
Abituriyentlər bu məqamları nəzərə almalıdır...
Ekspert kollecə qəbul olmaq istəyən abituriyentlərə tövsiyələr də verib: “Kollec diplomu subbakalavr dərəcəsi almaq və ali məktəbə qəbul üçün bir qapıdır. Türkiyə universitetləri 9 illikdən subbakalavr dərəcəsi üzrə Azərbaycan diplomunu tanımır. Həmçinin, kolleci bitirənlər ancaq oxuduğu ixtisas üzrə ali təhsilə müraciət edə bilərlər.
Gələcəkdə universitetə qəbul olmaq üçün kollec seçimi edənlər oxuduğu ixtisasdan fərqli ixtisas seçmək istəsələr mütləq abituriyentlər kimi qəbul imtahanlarında iştirak etməlidirlər. Onu da qeyd etmək lazımdır ki, hər ixtisas üzrə kollec bitirən subbakalavr universitetə qəbul ola bilmir.
Kollecə müraciət edən, lakin qəbul ola bilməyən şagirdlər oxuduqları məktəbdə təhsilinə davam edir. Rus bölməsi 9-cu sinif şagirdləri kollecə müraciət etmək üçün dövlət dili Azərbaycan dili imtahanı verməlidir. Kollecə müraciət edərkən elə ixtisas seçmək lazımdır ki, gələcəkdə universitetə subbakalavr kimi qəbul olmaqda çətinlik yaşanmasın. 9 illikdən kollecə musiqi, rəsm, idman sahəsi üzrə müraciət edənlər qabiliyyət imtahanı verməlidir. 9 illikdən isə qiyabi təhsil forması yoxdur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

