Yeni tədris ilinə sayılı günlər qalıb
03.09.2025 [08:34]
Bir şagirdin məktəb bazarlığı neçəyə başa gəlir?
Yeni dərs ili yaxınlaşdıqca valideynlər mağaza və bazarlarda məktəbli geyimləri, çantalar və digər ləvazimatların axtarışına çıxıblar. Qiymətlər, seçim imkanları və keyfiyyət məsələsi isə hər il olduğu kimi bu dəfə də müzakirə mövzusudur. İlk baxışda dəftər-qələm xərci kiçik görünsə də, geyim, çanta, ayaqqabı və digər ləvazimatlar bəzən valideynlər üçün böyük maliyyə yükünə çevrilir.
Paytaxt mağazalarında apardığımız araşdırma zamanı məlum olub ki, qiymətlər əvvəlki illərlə müqayisədə müəyyən qədər artıb. Məktəbli çantalarından tutmuş dəftər-qələm və digər məktəb ləvazimatlarına qədər bütün məhsullar üzrə seçim imkanı genişdir. Lakin eyni məhsulun müxtəlif mağazalarda fərqli qiymətlərlə satılması da diqqət çəkir. Məsələn, sadə məktəbli çantası 20 manata tapıldığı halda, ortopedik və brend modellərin qiyməti 80 manata qədər yüksəlir. Ləvazimat bazarında da eyni mənzərə müşahidə olunur - ucuz dəftərlər və qələmlər mövcud olsa da, keyfiyyətli məhsulların qiyməti baha başa gəlir. Bu baxımdan valideynlər sentyabr hazırlığını bir neçə həftə əvvəlcədən planlamağa başlayıblar.
İbtidai sinif şagirdi üçün xərclər
Apardığımız təxmini hesablama göstərir ki, ibtidai siniflər üçün məktəbli forması təxminən 87-105 manat arasında dəyişir. İdman geyimi və idman ayaqqabısı isə əlavə olaraq 50-60 manat tələb edir:
- Köynək - 12-15 manat;
- Şalvar və ya ətək - 20-25 manat;
- Jaket - 30-35 manat;
- Ayaqqabı - 25-30 manat;
- İdman geyimi - 30-35 manat;
- İdman ayaqabısı - 20-25 manat.
Bunlardan başqa, məktəbli çantalarının qiyməti markadan asılı olaraq 40-80 manat arasında dəyişir. Orta hesabla bir uşaq üçün 10-12 dəftər, qələmlər, karandaş, rəngli qələmlər, plastilin, xətkeş, pozan və digər xırda ləvazimatların ümumi dəyəri 40-60 manat təşkil edir.
Bəzi valideynlər övladlarına su qabı, yemək qabı, əlavə dərs vəsaitləri də alır. Bu da orta hesabla 30-50 manat əlavə xərc yaradır.
Nəticədə, bir ibtidai sinif şagirdinin məktəbə hazırlanması valideynlərə orta hesabla 247-355 manat arasında başa gəlir. Daha keyfiyyətli geyim və ləvazimat seçildikdə bu məbləğ 400 manatı da keçə bilər.
Məktəbli formalarında ciddi endirim
Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov “Yeni Azərbaycan”a açıqlamasında rəsmi olaraq qiymətlərin ciddi endirimlə satıldığını bildirib: “Qısaqollu köynəklər 8 manata, uzunqollular 10 manata, şalvar və ətəklər 15 manata, jaketlər isə 20 manata endirilib. Keyfiyyətsiz və mənşəyi məlum olmayan ucuz mallar bazara çıxarıldığından qiymətlər aşağı salınıb”.
Gömrük xərcləri artsa da...
Satıcılar da iddia edir ki, qiymətlər ötən illə müqayisədə endirilib. Bir çox mağazada malların Türkiyədən gətirildiyi, keyfiyyətin fərqli olduğu vurğulanır. Qısaqol köynəklər 18, uzunqol köynəklər 19 manata, şalvarlar 32-45 manat arası, ətəklər 30-40 manata, jaketlər 30-35 manata satılır. Ayaqqabılar isə 25-30 manat civarındadır. Satıcıların sözlərinə görə, gömrük xərcləri artsa da, qiymətlər dəyişməyib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

