/ / Bakıda “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda X beynəlxalq konfrans keçirilir
Bakıda “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda X beynəlxalq konfrans keçirilir
13.10.2016 [10:06]
Oktyabrın 12-də Bakıda “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransı açan Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov tədbirdə 22 ölkədən 80-dən çox nümayəndənin iştirak etdiyini söyləyib. O, tədbirin ölkəmizdə müvafiq sahənin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, konfrans Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti (BDU), Bakı Ali Neft Məktəbi (BANM), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti (AzTU), Malayziya Sabah Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə təşkil olunub.
H.Məmmədov diqqətə çatdırıb ki, artıq onuncu dəfədir keçirilən konfransın təşkilinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq və problemlər ətrafında birləşən elm adamlarını və mühəndisləri eyni coğrafi məkana toplamaqdır. Tədbir informasiya-kommunikasiya texnologiyalarının (İKT) təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını bir araya gətirir, onlara elmi işlərini geniş auditoriyada təqdim etmək, aktual problemlərin optimal həllərini tapmaq imkanı yaradır.
Rektor qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə İKT-nin inkişafı istiqamətində sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib. Bu, Azərbaycanda müvafiq sahənin dövlət tərəfindən daim diqqətdə saxlanılmasının parlaq nümunəsidir. Qafqaz Universitetinin İKT sahəsindəki fəaliyyətindən söz açan H.Məmmədov vurğulayıb ki, bu ali təhsil ocağı tamamilə elektronlaşdırılıb və burada təhsil alan tələbələrin 60 faizdən çoxu müvafiq istiqamətdə mütəxəssis kimi hazırlanır.
Konfransda müzakirə olunacaq mövzuların aktuallığından danışan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, dünyanın bir sıra ölkələrini təmsil edən alimlər tədbirdə İKT-nin tətbiqi ilə bağlı fikirlərini bölüşəcəklər. Bu da təkcə ölkəmizdə deyil, bütün dünyada müvafiq sahənin inkişafına təkan verəcək. Azərbaycanda İKT-nin tərəqqisi istiqamətində görülən işlərdən bəhs edən rektor vurğulayıb ki, bu istiqamətdə artıq mühüm nailiyyətlər əldə olunub. Dövlətimizin başçısının müvafiq sahəyə olan diqqət və qayğısı nəticəsində alimlərimiz bu istiqamətdə səylə çalışırlar.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, konfransın Azərbaycanda keçirilməsi mühüm hadisədir. Çünki İKT dövrümüzün tələbidir və onun bütün sahələrdə çevik tətbiqi hər bir ölkənin inkişafı üçün vacibdir. Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, dövlətimizin başçısı İKT-ni prioritet sahə elan edib. Bu istiqamətdə ölkəmizdə strateji əhəmiyyətli sənədlər imzalanıb və qəbul olunub. Nazir müavini deyib ki, bu gün Azərbaycanda informasiya cəmiyyəti artıq bərqərar olub və inkişaf etdirilir. Bu baxımdan İKT-nin rolu əvəzsizdir. Müasir qloballaşma şəraitində informasiya cəmiyyətinin təşəkkülü və inkişafı strateji əhəmiyyət daşıyır.
Konfransın qarşısında duran vəzifələrdən və bu istiqamətdə ortaya çıxan problemlərin həlli yollarından danışan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev diqqətə çatdırıb ki, Azərbaycanda son illər elmin inkişafı istiqamətində həyata keçirilən islahatların bir hissəsi İKT ilə bağlıdır. Belə ki, ölkəmizdə İKT-nin geniş tətbiqi alimlərimiz qarşısında böyük vəzifələr qoyur. Konfransa təqdim olunan məruzələrin aktuallığını qeyd edən akademik bildirib ki, bu tədbir elm və təhsilin inteqrasiyasının gözəl nümunəsidir.
BANM-in prorektoru Ramiz Hümbətov, AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov, “ECO” Elm Fondunun prezidenti, professor Manzoor Soomro və başqaları konfransda müzakirə olunan mövzuların aktuallığını qeyd edib, bu kimi tədbirlərin müvafiq sahənin mütəxəssisləri arasında fikir mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Oktyabrın 14-dək davam edəcək konfransda “Böyük verilənlərin idarə edilməsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində müasir nailiyyətlər”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56

