“Microsoft” şirkəti Azərbaycanın “Virtual məktəb” təcrübəsini yüksək dəyərləndirib
22.01.2021 [09:31]
“Microsoft” şirkətinin internet saytında Azərbaycanın “Virtual məktəb” platformasının fəaliyyətinin təhlilinə dair məqalə dərc edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə “Virtual məktəb” platformasının məktəbəqədər və ümumi təhsil pillələri üzrə təhsil alan şagirdlərin öyrənmə prosesini təmin etdiyi xüsusi qeyd edilib. Azərbaycan təcrübəsinin yüksək dəyərləndirildiyi bu məqalədə təhsildə innovativ texnologiyaların tətbiqi və data əsaslı təhsilin gələcək perspektivləri yüksək qiymətləndirilib.
Məqalədə qeyd edilib ki, Təhsil Nazirliyi sözügedən onlayn təhsil platforması ilə pandemiya dövründə ölkədə 1,3 milyondan çox şagird üçün keyfiyyətli təhsilin əlçatanlığını təmin edib. “Microsoft Teams” platforması ilə təlim prosesinin bütün mərhələləri onlayn formada təşkil olunur, “Power BI” texnologiyası ilə statistik məlumatların təhlili aparılır və nəzarət mexanizmləri tətbiq edilir. Bu imkanlar zamanla tədris metodologiyalarını müasir tələblərə uyğun təkmilləşdirməyə şərait yaradır. Eyni zamanda, şagirdləri istənilən zaman və məkanda fərdi təhsil məzmununa çıxış imkanı ilə təmin edir. “Microsoft Teams” əsasında ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirir ki, yerli tərəfdaşlar olan “Bestcomp Group”, “Edumedia” və “Təhsildə İnnovativ Texnologiyalar” şirkətlərinin birgə dəstəyi ilə məsafədən təhsilə keçidin daha asan əlçatanlığı təmin edildi və pandemiyanın yaratdığı çətinliklərə cavab olaraq seçilmiş düzgün strategiya, resurs və texnologiyalar vasitəsilə qısa zamanda onlayn tədris prosesinə başlanıldı. Təhsil sistemində məlumat paylaşımına imkan verən vahid mühitin təmin olunması ilə yanaşı, əməkdaşlıq, görüşlər, qiymətləndirmələrin aparılması üçün də geniş imkanlar yaradılıb.
Qeyd edilib ki, platforma geniş məzmun bazası kimi fəaliyyət göstərir. Belə ki, bu gün “Microsoft Stream” vasitəsilə yazılan və yüklənən mühazirələr gələcək illər ərzində də əlçatan olacaq. Məktəblər, siniflər, dərslər üzrə müxtəlif statistik məlumatların detallı analizi aparılır ki, bu da faydalı hesabatların hazırlanmasına və ən uğurlu təhsil yanaşmalarının müəyyən olunub, tətbiq edilməsinə imkan yaradır. Şagirdlərin testləri necə yerinə yetirdiklərini, hansı fənləri daha yaxşı mənimsədiklərini təhlil etmək üçün “Power BI” panelinin vizualizasiyasından istifadə edilir. Bu dərs boşluqlarını tapmağa və məzmunu lazım olan yerlərdə zənginləşdirməyə şərait yaradır.
Hazırda rəqəmsal öyrənən nəsillərə xidmət göstərmək məqsədilə Təhsil Nazirliyi Azərbaycan dili üçün “Microsoft Azure” əsaslı süni intellektə sahib transkript texnologiyasını tətbiq etməyi planlaşdırır. Bu, dinamik məzmunun alınması üçün onlayn indeks yaratmağa kömək edəcək. Məqsəd bütün müəllim, şagird və tələbələr üçün fərdi öyrənmə yolu yaratmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

