Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan dövləti hər zaman milli mətbuatımızın inkişafını diqqət mərkəzində saxlayır

Azərbaycan dövləti hər zaman milli mətbuatımızın inkişafını diqqət mərkəzində saxlayır

21.07.2012 [09:35]

Prezident İlham Əliyevin Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi və Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncamları milli mətbuatımızın irsinin öyrənilməsində əsaslı rol oynayacaq
İyul ayının 22-də milli mətbuatımızın yaranmasının 137 ili tamam olur. Məhz 1875-ci ildə böyük ədib, ziyalı Həsən bəy Zərdabinin naşirliyi ilə nəşr olunan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. Həsən bəy Zərdabi “Əkinçi” qəzetində dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir. Xalqın maarifləndirilməsi prosesində isə öndə ziyalılar gedirdi. Beləliklə, “Əkinçi” ilə başlanan bu estafet sonradan milli mətbuatımızın digər nümunələri ilə davam etdirildi. Bununla belə, milli mətbuatımızın qaranquşu sayılan “Əkinçi” və Həsən bəy Zərdabi Azərbaycan mətbuat tarixinə qızıl hərflərlə həkk olundu.
Onu da qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra milli mətbuatımızın inkişafına diqqət daha da artırıldı. ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələr kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə təkan verdi. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı. 1995-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 22 iyul Milli mətbuat və jurnalistika günü kimi təsbit olundu. Bununla yanaşı, 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbul olunması mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət göstərdi. 2000-ci ilin martında Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb. Milli mətbuatımızın 137 illiyi ərəfəsində ölkə Prezidentinin Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı da ölkəmizdə milli mətbuatımızın yaradılmasında xidməti olmuş görkəmli şəxsiyyətin irsinə göstərilən hörmət və qayğıya əsaslanır. Sərəncamda göstərilir ki, Azərbaycanda sosial-mədəni həyatın XIX əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri var. Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu “Əkinçi” qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrünün ziyalılarını bu qəzet ətrafında birləşdirərək taleyüklü mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynayıb. Bundan başqa, Prezident İlham Əliyev Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında Sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin zəngin irsi bugünkü və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir. ölkə başçısının Sərəncamında bildirilir ki, Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 300 (üç yüz) min manat ayrılır.
Göründüyü kimi, ölkə Prezidentinin Zərdabi irsinin öyrənilməsinin vacibliyi, ölkəmizdə milli mətbuat tariximizin yaşadılması istiqamətində atdığı bu addımlar böyük inkişaf yolu keçmiş milli mətbuatımızın inkişafına göstərilən diqqət və qayğıya əsaslanır. Azərbaycanda milli maarifçiliyin inkişafında xidmət göstərmiş “Əkinçi” və qəzetin naşiri Həsən bəy Zərdabi ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini özündə təcəssüm etdirdiyi üçün müasir mətbuatın inkişaf yolu sayılır. Hər zaman azad sözün inkişafına, demokratiyanın, insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirən Azərbaycan hakimiyyətinin Zərdabi irsinə göstərdiyi diqqət və qayğı ölkəmizdə milli mətbuatın inkişafına xüsusi dəstək sayılmalıdır.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 952 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30