Azərbaycanın ağır atleti London Olimpiadasında ölkəmizə ilk medal qazandırıb
30.07.2012 [23:03]
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan ilk medalını qazanıb. Ağır atletika üzrə yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Valentin Xristov 286 xalla bürünc medala sahib olub.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yarışa baxıblar.
Valentin Xristov birdənqaldırmada 120 kiloqram, təkanlaqaldırmada isə 150 kiloqram qaldırmaq istədiyini bildirib. İdmançımızın ilk cəhdi uğurlu olub. O, 120 kiloqram çəkini 123 kiloqram çəkiyə dəyişib və birdənqaldırmada bunun öhdəsindən asanlıqla gəlib. Rəqiblərinin çıxışına uyğun olaraq, Valentin Xristov ikinci cəhdində 127 kiloqram çəki sifariş verib və bunun da öhdəsindən məharətlə gəlib. Nəhayət, üçüncü cəhddə atletimiz 130 kiloqram sifariş versə də, buna nail ola bilməyib və 127 kiloqram çəki ilə kifayətlənməli olub. Nəticədə idmançımız birdənqaldırmada dördüncü yeri tutub.
Təkanlaqaldırmada idmançımız rəqiblərinin çıxışına uyğun olaraq 154 kiloqram sifariş edib və ağırlığı uğurla başı üzərinə qaldırıb. İkinci cəhddə o, 158 kiloqram sifariş etsə də bunun öhdəsindən gələ bilməyib. Amma üçüncü cəhddə Valentin Xristov 159 kiloqram çəki sifariş edib və bu dəfə ağırlığı qaldıra bilib.
Beləliklə, ümumi nəticədə 286 xal toplayan Valentin Xristov üçüncü pillədə qərarlaşıb və Azərbaycan millisinə London Olimpiadasında ilk medalını qazandırıb.
Dövlətimizin başçısı ağır atletimizi və yığmamızın məşqçilər korpusunu qələbə münasibətilə təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

