Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15.08.2012 [00:39]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasının iqtisadiyyat naziri Zəfər çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmini qeyd edib. Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat naziri Zəfər çağlayanın ölkəmizə səfərinin bu sahədə görülən işlərin təhlili və yeni layihələrin tərtibi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib. Türkiyə Respublikasının iqtisadiyyat naziri Zəfər çağlayan  Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsində dövlət və hökumət başçılarının verdiyi tövsiyələrin önəmini vurğulayıb.
Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyənin dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş edib.
Paylaş:
Baxılıb: 1180 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30