Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasında rəsmi səfərdədir
29.08.2012 [13:47]
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Belarusa rəsmi səfərə gəlib. Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim ediblər.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Belarusun dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub.
Rəsmi qarşılanma mərasimindən sonra Minskdəki “Zaslavl” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.
Prezident İlham Əliyevi Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko qarşılayıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib. Əməkdaşlığın bundan sonra da genişlənməsinə əminlik bildirilib.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində bir daha salamlayaraq, ötən görüşlərdən keçən müddətdə ikitərəfli münasibətlərin daha da genişlənərək, strateji əməkdaşlıq xarakteri aldığını bildirib və bu məsələdə dövlətimizin başçısının xidmətlərini yüksək dəyərləndirib. Prezident Aleksandr Lukaşenko deyib: “Biz layihələr, müqavilələr, əməkdaşlığın konkret istiqamətləri barədə razılığa gəlmişik. Biz buna dəqiq əməl edir və ən yüksək səviyyədə nəzarət edirik. Biz münasibətlərimizin, həm Minskdə, həm də Bakıda keçirdiyimiz yüksək səviyyədə görüşlərimizin dinamikasına ciddi riayət edirik. Biz İlham Heydər oğlu ilə razılığa gəlmişik ki, bundan sonra da müvafiq qaydada hərəkət edək və biz, cənab Prezident, Sizin gözəl ölkənizə səfər etmək dəvətinizi məmnuniyyətlə qəbul edirik. Biz gələn il nümayəndə heyətimizlə səfər edəcəyik. Bu gün yeni razılaşmalar olacaq və biz onları ciddi nəzarətdə saxlayacağıq”.
Bu gün əməkdaşlığın demək olar ki, bütün sahələrdə inkişaf etdiyini deyən Belarus Prezidenti bunu ölkələrimiz arasında siyasi dialoq çərçivəsində fikir ayrılığının olmadığı ilə əsaslandırıb. Aleksandr Lukaşenko beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv əməkdaşlığı hər iki ölkənin siyasətinin ilk növbədə iqtisadiyyatın inkişafına və xalqın rifahının yaxşılaşdırılmasına istiqamətləndiyini vurğulayıb.
Yüksək qonaqpərvərliyə və Belarusa səfərə dəvətə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham Əliyev bu səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyini deyib: “Bir daha demək istəyirəm ki, münasibətlərimiz çox yüksək səviyyəli dinamikliyi, konkretliyi, aydınlığı ilə fərqlənir. Ən başlıcası odur ki, qəbul edilən qərarların həyata keçirilməsi mexanizmi yüksək keyfiyyətə çatdırılıb. Razılaşdırdığımız bütün məsələlərin nəticəsini konkret işlərdə görürük. Yeni və mövcud istehsal sahələri inkişaf etdirilir, yeni təşəbbüslər, ideyalar irəli sürülür və qarşılıqlı əməkdaşlıq sahələri tədricən genişlənir. Nümayəndə heyətimizin tərkibinə baxdıqda belə qənaətə gəlmək olar ki, əməkdaşlığımız çoxşaxəlidir. Bu gün demək olar ki, Azərbaycan hökuməti üzvlərinin üçdəbiri Belarusdadır. Bu, bizim ölkənizə olan marağın və həyata keçirmək istədiyimiz layihələrin göstəricisidir. Siz qeyd etdiyiniz kimi, biz beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edərək, BMT Təhlükəsizlik Şurasında namizədliyimiz səsverməyə çıxarılarkən bizi dəstəklədiyinizə görə şəxsən Sizə və ölkənizə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu dəstəyə ümid edirdik və bu dəstəyi aldıq. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının fəal üzvüdür və bu təşkilatda ədalət və beynəlxalq hüquq idealları uğrunda çıxış edir”.
Əməkdaşlığın əsas istiqamətinin ikitərəfli formatda olduğunu deyən Azərbaycan Prezidenti siyasi, iqtisadi, energetika sahələrində əlaqələrin yüksək səviyyəsini vurğulayıb. Prezident İlham Əliyev qarşılıqlı əlaqələrin uğurlu mexanizminin formalaşdırıldığını və bunun da xalqlarımızın rifahına xidmət etdiyini deyib. Belarus şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, birgə istehsal edilən məhsulların digər ölkələrin bazarlarına çıxışı perspektivləri var. Prezident İlham Əliyev onu da bildirib ki, ölkələrimiz arasında mal dövriyyəsi təkcə enerji deyil, digər sahələrdə də genişləndirilməlidir.
Belarus ilə əməkdaşlığın Azərbaycan üçün maraq kəsb etdiyini deyən Prezident İlham Əliyev bu səfərin əlaqələrin inkişafına yeni impuls verəcəyinə əminliyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi, əlverişli hüquqi-iqtisadi şəraitin yaradılması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlığa dair Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzalayıblar.
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Belarus Respublikası Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Belarusun ədliyyə naziri Oleq Slijevski imzalayıblar.
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Belarus Respublikası Səhiyyə Nazirliyi arasında dərman vasitələrinin keyfiyyətinə nəzarət və qeydiyyatdan keçirilməsi sahəsində əməkdaşlıq haqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Belarusun səhiyyə naziri Vasili Jarko imzalayıblar.
“Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Brest Şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş”i Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Brest Şəhər İcra Komitəsinin sədri Aleksandr Palışenkov imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər. İki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Belarus Prezidenti Aleksandr Lukaşenko deyib: “Hörmətli dostlar! Bu gün biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə həm məhdud, həm də geniş tərkibdə çox səmərəli danışıqlar apardıq. Biz dəfələrlə demişik ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu görüşlərdə biz, ilk növbədə, səfərlərimiz zamanı - bizim nümayəndə heyətinin Bakıya, Azərbaycan nümayəndə heyətinin Minskə səfərləri zamanı qəbul etdiyimiz qərarların icrasına nəzarət edirik. Bu gün görə bildiyimiz işlər dostumuz İlham Heydər oğlunun çox böyük xidmətidir. özü də bunlar bəlağətli sözlər deyil, bütün Belarus xalqı bilir ki, bizim vəziyyətimiz çox çətin olanda bir sıra dövlətlərə müraciət etmişdik. üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi. Hörmətli İlham Heydər oğlu, biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq.
Vaxtilə mən Sizə demişdim ki, Belarus xalqı qədirbilən xalqdır, o, borclu qalmaz. Buna görə də Siz bizə ümid bəsləyə bilərsiniz. Əgər Sizə Avropanın mərkəzində öz maraqlarınızı irəlilətmək üçün Belarusdan istifadə etmək və ya beynəlxalq arenada bizimlə haradasa birlikdə çıxış etmək lazım gələrsə, yaxud bu gün etdiyimiz kimi, müştərək iqtisadi istehsalatlar, ticari-iqtisadi münasibətlər yaradılmasında Belarus həmişə Azərbaycanın yanında olacaqdır, Siz həmişə Belarusa arxalana bilərsiniz.
Bu sözləri ona görə deyirəm ki, mən Azərbaycan Prezidentinin “Xalqlar dostluğu” ordeni ilə təltif olunması haqqında qərar qəbul etmişəm. Biz bu ordeni Belarus dövlətinin inkişafına, bizim qarşılıqlı əlaqələrin genişlənməsinə sanballı töhfə vermiş az sayda siyasətçilərə təqdim edirik. Bu tarixi təltif, İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına hörmət əlamətidir.
Mən əminəm ki, biz strateji tərəfdaşlığımızı inkişaf etdirməklə münasibətlərimizi daha yüksək səviyyəyə çatdırmaq iqtidarındayıq. Bu gün biz çox məsələlər haqqında razılığa gəldik. Bəzən gözlənilmədən yeni-yeni layihələr və əməkdaşlığımızın yeni kontraktları yaranır. Əgər bizdən asılı olarsa, biz Azərbaycanda təkcə müştərək istehsalat layihələrini deyil, elmi-texniki sahədə də layihələr həyata keçirmək əzmindəyik. Əgər Sizə lazımdırsa, biz gücümüz çatan istiqamətlər üzrə Sizin mütəxəssislərinizi də hazırlaya bilərik. Biz də öz növbəmizdə ümid edirik ki, Sizdə olan və Belarusda olmayan istiqamətləri inkişaf etdirməkdə və mütəxəssislər hazırlamaqda bizə kömək edərsiniz.
Əməkdaşlığımızın bünövrəsini vaxtilə biz Heydər Əliyev ilə birlikdə yaratmışıq. Lakin o vaxt mənim heç fikrimə də gəlməzdi ki, bizim ümumi evimizin, Azərbaycan ilə Belarusun qarşılıqlı münasibətlərinin yaranmasında bu qədər irəliləyə biləcəyik. Son illərdə Sizinlə birlikdə nə etmişiksə, əməkdaşlığımızın bu və ya digər istiqamətləri üzrə Sizin dəstəyiniz sayəsində mümkün olmuşdur. On il ərzində Sizinlə biz çox iş görmüşük, heç bir başqa ölkə bu qədər iş görməmişdir. Bir daha vurğulayıram, mütəxəssislərimiz, Belarus və Azərbaycan nümayəndə heyətlərinin üzvləri, sözün yaxşı mənasında, bu əməkdaşlığı inkişaf etdirmək sahəsində bizim ideyalara yoluxmuşlar. Yeni layihələrin, təşəbbüslərin yaranması ona dəlalət edir ki, biz Azərbaycan ilə Belarus arasında əməkdaşlığın həcmini iki, bəlkə də üç dəfə artıra bilərik. Mən artıq demişəm, - əməkdaşlığın bu yeni istiqamətlərini burada sadalamayacağam, - qida məhsulları istehsalından tutmuş dava-dərmana, tikintidən tutmuş istehsalatın modernləşdirilməsinə, hərbi-texniki əməkdaşlığa qədər, bir sözlə, ən geniş spektr vardır. Burada heç bir qapalı mövzu yoxdur.
Bu gün biz Belarus iqtisadiyyatına investisiyalar barədə danışdıq. Əgər Azərbaycanın bu cür marağı olarsa, Siz Belarusda ən prioritet imkanlar əldə edəcəksiniz. çünki biz bir-birimizi tanıyırıq, çünki Azərbaycan bizi heç vaxt məyus etməyibdir. Bizim kənardan investisiyalara, xüsusən Belarus müəssisələrinin özəlləşdirilməsi zamanı belə investisiyalara necə səliqəli və diqqətli yanaşdığımızı Siz bilirsiniz. Biz o barədə də danışdıq ki, gənclər gələcəyimizdir. Biz təhsil məsələlərində əməkdaşlığı genişləndirməyə hazırıq. Burada biz xeyli irəliləmişik və bu istiqamətdə fəaliyyət göstərməyə hazırıq. Bir sözlə, bu gün bizim problemlərimiz yoxdur, möhtəşəm vəzifələr var və Azərbaycan Prezidenti ilə biz bütün bu məsələləri həll etmək əzmindəyik.
Məni növbəti dəfə gözəl ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə minnətdaram. Biz nümayəndə heyəti ilə hökmən Bakıya gələcəyik və orada bizim burada, Belarusda əldə etdiyimiz razılaşmalara artıq nəzarət etməyə imkanımız olacaqdır.
Mütəxəssislərdən ibarət geniş nümayəndə heyəti ilə bizə gəldiyinizə görə sağ olun. Bu, dəyərli addımdır, bu, bizim əməkdaşlığımızı irəlilədir”.
Azərbaycan-Belarus əməkdaşlığının zamanın sınağından çıxdığını deyən Azərbaycan Prezidenti İlham Əliyev dövlətlərimiz arasında əlaqələrin inkişaf etdiyini bildirib: “Hörmətli Aleksandr Qriqoryeviç, ölkəmiz haqqında xoş sözlərinizə görə sağ olun. Yenidən gözəl ölkənizdə olmaq və münasibətlərimizin gələcək inkişafı yollarını Sizinlə birlikdə müəyyən etmək imkanına görə təşəkkürümü bildirmək istərdim. Bizim münasibətlər zamanın sınağından çıxmış, real əməkdaşlıqda sınanmışdır. Bu gün mənə xüsusilə xoşdur ki, Siz məni Belarus Respublikasının yüksək dövlət ordeni - “Xalqlar dostluğu” ordeni ilə təltif etməyi mümkün saymısınız. İnanın ki, mən ölkələrimizi və xalqlarımızı bir-birinə daha çox yaxınlaşdırmaq üçün gələcəkdə də əlimdən gələni edəcəyəm.
ölkələrimiz arasında əməkdaşlığın mövcud səviyyəsi bizim birgə işimizin nəticəsidir. Düzgün qeyd etdiniz ki, ölkələrimiz arasında münasibətlərin əsasını mənim atam Heydər Əliyev və Siz qoymusunuz. Lakin son illərdə bu münasibətlər, Sizin tamamilə düzgün səciyyələndirdiyiniz kimi, strateji tərəfdaşlar arasında münasibətlərə transformasiya etmişdir. Biz çox geniş məsələlər spektri üzrə əməkdaşlıq edirik. Bu əməkdaşlığın dərinləşdirilməsinə aid konkret məsələləri həll edirik, beynəlxalq təşkilatlarda bir-birimizi çox fəal dəstəkləyirik. Keçən ilin payızında BMT-nin Təhlükəsizlik Şurasında səsvermə zamanı Azərbaycanın namizədliyini fəal dəstəklədiyinizə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz bu məsələdə Belarusun dəstəyini çox yüksək qiymətləndiririk. Biz başqa beynəlxalq təşkilatlarda da həmişə əməkdaşlıq edirik və həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. ümumiyyətlə, əsl dostluq elə budur - biz həmişə bir-birimizi dəstəkləməyə, imkan olduqda, gücümüz çatan yerdə bir-birimizə səmimi, təmənnasız, dostcasına dəstək göstərməyə çalışırıq. Strateji tərəfdaşlığın mahiyyəti də elə bundan ibarətdir.
Bu gün mən yenidən Sizin gözəl ölkənizə yola düşəndə əvvəlcədən güman edirdim ki, bu səfərim də uğurlu olacaqdır. Bunun üçün hər cür əsas vardır. Bu gün həll etdiyimiz məsələlər Azərbaycanda istehsalatı inkişaf etdirməkdə bizə çox cəhətdən kömək etmişdir. Mən bunu heç vaxt unutmaram. Bu, yəqin, real əməkdaşlığın ilk belə təcrübəsidir ki, Azərbaycanda müştərək istehsalat yaradılması barədə razılıq əldə edilməsindən layihənin həyata keçirilməsinə qədər bir neçə ay keçmişdir. Sizin iradəniz, tabeliyinizdə olanlara verdiyiniz göstərişlər sayəsində qısa müddətdə istehsal kompleksi yaradılmışdır. Bu gün həmin kompleks genişlənir və inkişaf edir. Bu gün biz həmin kompleksin bazasında yeni istehsalat yaradacağıq. Bu da bizim bugünkü müzakirələrin bir hissəsi olmuşdur.
Bir sahədə uğurlu əməkdaşlıq yeni ideyalar yaradır. Bu gün bizim nümayəndə heyətlərinin üzvləri yeni ideyalar irəli sürmək üçün olduqca nikbin və təşəbbüskardırlar. Hətta bizim bugünkü geniş tərkibdə görüş çərçivəsində yeni təşəbbüslər irəli sürüldü və mən əminəm ki, Sizin ölkənizə növbəti səfərimizə qədər həmin təşəbbüslər də reallaşdırılacaqdır. Bizim münasibətlər səmimilik, qarşılıqlı hörmət və qarşılıqlı dəstəklə səciyyəvidir. Bundan əlavə, bir daha deməliyəm ki, biz əməkdaşlığımızın konkret nəticələrini görəndə, bu, bizi daha da ruhlandırır və biz öz münasibətlərimizin daha yeni sahələrini tapmağa çalışırıq. Bizim iqtisadiyyatlar bir-biri ilə rəqabət aparmır, əksinə, onlar bir-birini qarşılıqlı tamamlayır. Humanitar sahədə əməkdaşlıq xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycanda Belarus xalqına böyük rəğbət, Sizin ənənələrinizə, mədəniyyətinizə böyük maraq vardır. Biz Belarusu özümüz üçün artıq çoxdan kəşf etmişik. Hesab edirik ki, Sizin ölkənizi tanıyırıq. Bizim həyata keçirdiyimiz layihələr üzrə əmtəə dövriyyəsinin mal nomenklaturasına nəzər salsaq, bu layihələr bütün sahələri əhatə edir. Bizim əməkdaşlığımızın siyasi, iqtisadi, energetika, nəqliyyat, sənaye istiqamətləri bu gün tam həcmdə reallaşır. Bu işdə Sizin böyük xidmətiniz var, hörmətli Aleksandr Qriqoryeviç.
Mən bu fürsətdən istifadə edib Sizə və bütün Belarus xalqına yeni uğurlar, yeni qələbələr arzulamaq istəyirəm. Biz həmişə Sizin yanınızda olacağıq, Sizin uğurlarınıza həmişə sevinəcəyik və başlanmış işləri birlikdə məntiqi sona çatdıracağıq. Qonaqpərvərliyə və səmimi qəbula görə bir daha təşəkkür edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

