Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanda güclü idmançı nəsli yetişib

Azərbaycanda güclü idmançı nəsli yetişib

05.09.2012 [22:25]

Prezident İlham Əliyev: Son 10 il ərzində 35 regional Olimpiya İdman Kompleksi tikilmişdir ki, bizim uşaqlar, yeniyetmələr bu komplekslərdən səmərəli şəkildə istifadə edirlər
XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdiyi tarixi qələbə ölkəmizdə idmanın inkişafından xəbər verməklə yanaşı, Azərbaycanın böyük idman potensialına malik olmasını bir daha təsdiqlədi. Məlum olduğu kimi, Olimpiya Oyunları, dünya və Avropa birincilikləri kimi yarışlarda əldə edilən qələbələr dövlətin imicini artırmaqla yanaşı, ölkədə mənəvi-psixoloji əhval-ruhiyyəyə müsbət təsir göstərir. Olimpiya Oyunlarında qazanılmış qələbənin xalqa, onun gənc, yeniyetmə nəslinə müsbət təsiri isə ümumiyyətlə danılmazdır. çünki Olimpiya Oyunları kimi yarışlarda qazanılmış tarixi zəfərlər qalib idmançının xalq tərəfindən qəhrəman kimi sevilməsinə səbəb olur. Eyni zamanda, həmin idmançılar və onların əldə etdiyi qələbələr gənc nəslə müsbət təsir göstərir, gənclərə qələbə, vətənpərvərlik ruhunu aşılayır. Bu qələbələrin əsas müsbət məqamlarından biri də, minlərlə yeniyetməni idman zallarına istiqamətləndirməsindədir. Yəni, nüfuzlu yarışlarda qazanılan qələbələr, xüsusilə, Olimpiya zəfərləri ölkəmizdə yeniyetmələrin idmana cəlb edilməsinə ciddi dərəcədə təsir göstərir. Bu isə, Azərbaycanda dövlət tərəfindən idmanın həyat tərzinə çevrilməsi istiqamətində aparılan siyasətə böyük töhfə deməkdir.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev idmanın inkişaf etdirilməsi, sağlam və güclü nəsil yetişdirilməsi işini prioritet sahə kimi diqqətdə saxlayır. çünki bu məsələ dövlətin və xalqın gələcəyi üçün müstəsna dərəcədə əhəmiyyət daşıyır. Mənfi vərdişlərin bizim istəyib-istəməməyimizdən asılı olmayaraq evimizə qədər gəlib çatdığı bir dövrdə formalaşmaqda olan gənc nəsli qorumağın əsas yollarından biri məhz onları idmana istiqamətləndirməkdir. İdmanı həyat tərzinə çevirmək mənəvi və fiziki cəhətdən sağlam nəsil yetişdirmək deməkdir. Bu baxımdan, Olimpiya qələbəsi müstəsna əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasətində bu məsələlərin hər biri detalına kimi işlənib. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə demək olar ki, hər bir bölgəmizin Olimpiya İdman Kompleksi ilə təmin edilməsi də, bu kontekstdə çox böyük əhəmiyyət kəsb edir. Bu komplekslərdə məşq edən bölgə gəncləri həm sağlam nəsil kimi yetişir, həm də onların arasından Toğrul Əsgərov kimi Olimpiya çempionları çıxır.
Dövlət başçısının olimpiyaçılarımızla görüşündə də qeyd etdiyi kimi, idmançılarımızın əksəriyyəti gəncdir, onların böyük gələcəyi var və artıq Azərbaycanda güclü idmançı nəsli yetişib: “Azərbaycanda çox güclü gənc nəsil yetişir, o cümlədən, idman sahəsində. Son 10 il ərzində 35 regional Olimpiya İdman Kompleksi tikilmişdir ki, bizim uşaqlar, yeniyetmələr bu komplekslərdən səmərəli şəkildə istifadə edirlər. Yəni, idman infrastrukturunun yaradılması nəticəsində biz hər bir bölgədə idmanla məşğul olmaq üçün gözəl şərait yaratmışıq. Bizdə istedadlı idmançılar çoxdur - uşaqlar, gənclər, yeniyetmələr. Təsadüfi deyildir ki, yeniyetmələr arasında I Olimpiya Oyunlarında Azərbaycan 11-ci yerə çata bilmişdir. Bu, dünya miqyasında çox böyük nəticədir. Yəni, gənc nəsil yetişir. Onlar yaxın illərdə böyüklər arasında keçiriləcək yarışlarda da iştirak edəcəklər. Olimpiyaçılarımızın da əksəriyyəti gənclərdir. Bizim Olimpiya çempionumuz Toğrul Əsgərovun heç 20 yaşı yoxdur. Yəni, bu insanlar, bu gənclər, bu idmançılar son illər ərzində yetişib, püxtələşib və artıq dünyanın bir nömrəli idman yarışının qalibləri olmuşlar. Yəni, bütün bu işlərin təməlində düşünülmüş siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət dayanır. Mən çox şadam ki, gənclərimiz idmana meyillidirlər. Azərbaycan dövlətində idmana və xüsusilə, idmançılara hörmət, qayğı, dəstək gəncləri də, uşaqları da idmanla məşğul olmağa sövq edir. Mən hesab edirəm ki, hər bir bölgədə, - bu, artıq reallıqdır, - idmançılara daha da böyük diqqət və dəstək göstərilməlidir. Bizim olimpiyaçıların tərkibində bölgələrdən olan idmançılar da vardır. Olimpiya çempionumuz Toğrul Əsgərov bölgədən olan idmançıdır və fürsətdən istifadə edərək, bütün gəncəliləri Toğrulun qələbəsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm”.
Dövlət başçısı çıxışında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə aldığını da qeyd edib. Vətənpərvərliyi gücləndirən amillərdən biri, bəlkə də birincisi isə məhz idman qələbələridir. İdman qələbələri insanları coşdurur, insanların ürəyi qürur hissi ilə dolur: “İnsanlar bəzi hallarda sevincdən göz yaşlarını saxlaya bilmirlər. Hər dəfə milli bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı fəxr edir”.
Beləliklə, idmançılarımızın fiziki və mənəvi hazırlığı London Olimpiadasında özünü açıq şəkildə göstərdi. Hakim səhvlərinə məruz qalan gənc idmançılarımızın ortaya qoyduğu davranış onların nə qədər peşəkar kimi yetişməsini göstərir. İdmançılarımızın ədalətsizlik qarşısındakı peşəkarlığı, davranışı, ləyaqəti onlara olan hörməti daha da artırır. Məsələ ondadır ki, hamının gözü qarşısında əldə edilən qələbənin əlindən alınması da, idmançılarımızı sarsıtmadı. Bu, Azərbaycan idmançısının obrazıdır-mətin və qalib obrazı. Şübhəsiz ki, London Olimpiadasında qazanılan 10 medal dövlət başçısının qeyd etdiyi kimi, tarixi qələbədir. Amma heç bir uğur, heç bir qələbə, heç bir inkişaf bizi sakitləşdirməməlidir.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Prezidentin həyata keçirdiyi siyasət bizi daim irəliyə, gələcəyə baxmağa istiqamətləndirir. Artıq Rio-de Janeyro Olimpiadası üçün hədəflər müəyyənləşdirilməlidir. Prezident İlham Əliyev bunun üçün olimpiyaçılarla görüşdə bir sıra tövsiyələr verib. Bu tövsiyə və tapşırıqlara ciddi şəkildə əməl etməklə, növbəti Olimpiya Oyunlarında daha böyük uğur qazana bilərik. Prezident Londonda medal qazanmasını gözlədiyimiz, amma medal qazana bilməyən, yaxud da ki, o qədər də yüksək nəticə göstərə bilməyən idmançıları peşəkar olmağa dəvət edərək ruhdan düşməməyə çağırıb. İdmanda məğlubiyyət də, qələbə də olur. Hər hansı bir gözlənilməz hadisə və ya zədə amili bu işin ayrılmaz parçasıdır. Hesab edirik ki, həmin idmançılar, xüsusilə də, Pekin Olimpiadasının qalibi Elnur Məmmədli ruhdan düşməməli Braziliyada ölkəmizin ilk ikiqat Olimpiya çempionu titulunu qazanmaqla yanaşı, Londondakı uğursuzluğun təsadüfi olduğunu sübut etməlidir. Böyük potensiala malik olan Elnur Məmmədli və digər idmançılarımız bunu sübut etmək iqtidarındadırlar. Əsas odur ki, məğlubiyyətə görə, heç bir idmançımız  ruhdan düşməsin. Məğlubiyyətdən nəticə çıxarmaq, daha əzmlə çalışmaq və növbəti yarışlarda güclərini göstərmək lazımdır. Həmin idmançılarımıza ən böyük dəstəyi bu fikirləri səsləndirməklə, elə dövlət başçısının özü göstərmiş oldu.
Dövlət başçısının qarşıya qoyduğu məqsədlərdən biri də seleksiya işlərinin düzgün aparılması ilə bağlı idi. Məsələ ondadır ki, istedadlı gənclərimiz hər bir rayonda, hər bir kənddə var. Sadəcə, Toğrul Əsgərov kimi gəncləri tapmaq və onları məşqlərə cəlb emək lazımdır. Yeniyetmə güləşçilər arasında Bakıda keçirilən Dünya çempionatı nə qədər istedadlı pəhləvanlarımızın olduğunu ortaya çıxardı. Dövlət başçısı peşəkar məşqçilərin fəaliyyətini və təlim-məşq toplanışlarının  müasir səviyyədə qurulmasının da zəruri olduğunu vurğulayıb: “Növbəti Olimpiya mərhələsində hansı işlər görülməlidir, hansı idman növlərində qüsurlar vardır, biz federasiyaları harada daha da gücləndirməliyik, hansı idman növündə islahatlara daha böyük ehtiyac vardır, harada geriləmə vardır?! Yəni, bu, canlı prosesdir. Biz əlbəttə ki, uğurlarımızla fəxr edirik. Ancaq nöqsanları da görməliyik və görürük. Düzgün nəticə çıxarmaq, gələcəkdə səhvlərə yol verməmək üçün düzgün təhlil işləri aparılmalıdır və aparılacaqdır. Mən hesab edirəm ki, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumlar sakit şəraitdə bütün təhlilləri aparacaqlar. Növbəti Olimpiya mərhələsinin daha da səmərəli keçməsi üçün əlavə tədbirlərin görülməsi də zəruridir. Əziz dostlar, bir daha qeyd etmək istəyirəm ki, həm ölkə Prezidenti, həm Milli Olimpiya Komitəsinin prezidenti, həm də bir vətəndaş kimi mən doğrudan da qürur hissi keçirirəm. çünki idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etdilər. Bizə qələbə sevinci bəxş etdilər. Dünya miqyasında Azərbaycanı yüksəklərə qaldırdılar. Vətənə üzüağ, alnıaçıq, qələbə ilə qayıtdılar”.
Anar Miriyev
Paylaş:
Baxılıb: 946 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30