Azərbaycan NATO-nun çox etibarlı tərəfdaşıdır
07.09.2012 [23:05]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən NATO-nun baş katibi Anders Foq Rasmussenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı NATO-nun baş katibini qarşılayıb.
Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərinin əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivlərini müzakirə etmək baxımından səmərəli olacağını bildirib. Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. NATO iqamətgahına sonuncu səfərini və diplomatik korpusun nümayəndələri ilə keçirdiyi görüşləri və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Nyu-Yorka səfərini, eləcə də NATO-nun çikaqo sammitində iştirakını məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın inkişafına dair aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. ölkəmizin NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasında iştirakının, tranzit ölkə kimi Əfqanıstana yüklərin daşımasındakı rolunun və “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində uğurlu əməkdaşlığının önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığa bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
NATO-nun baş katibi Anders Foq Rasmussen ölkəmizdə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması və Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib.
Azərbaycanda gedən yüksək inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyən baş katib ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan məmnunluğunu ifadə edib. Anders Foq Rasmussen Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan-NATO əlaqələrinin gələcək inkişafı, regional təhlükəsizlik və sabitlik, enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun baş katibi Anders Foq Rasmussen birgə mətbuat konfransı keçiriblər. Azərbaycan Prezidenti və NATO-nun baş katibi əvvəlcə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev deyib ki, NATO ilə Azərbaycan arasında bu fəal dialoq regional sabitlik və əməkdaşlıq üçün olduqca vacibdir: “Mən, həmçinin Şimali Atlantika Şurasının üzv dövlətlərinin səfirləri ilə keçirdiyim görüşü və apardığımız müzakirələrdən sonra onların şərhlərini xatırlayıram. Bu şərhlərin hamısı ölkəmiz haqqında müsbət mövqe yaradırdı. Bu, göstərir ki, ikitərəfli səviyyədə üzv dövlətlərlə də bizim olduqca konstruktiv münasibətlərimiz vardır. Azərbaycan ilə NATO-ya üzv dövlətlər arasında olan münasibətlər çox geniş, proqnozlaşdırılan və dostluq xarakteri daşıyan münasibətlərdir. Bu isə öz növbəsində NATO ilə Azərbaycan arasında mövcud əlaqələri daha da gücləndirir.
Biz bir çox məsələlər üzərində çalışırıq. O məsələlərdən biri Əfqanıstandakı vəziyyətdir. İlk günlərdən Azərbaycan sülhməramlı əməliyyatlarda iştirak edib və beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin apardığı əməliyyatlara töhfə verib. Əfqanıstandakı hərbçilərimizin sayını 2 dəfə artırmışıq. Biz yerləşdirmə, tranzit, logistika, o cümlədən hava məkanından istifadə dəstəyi ilə töhfəmizi də veririk. Bu gün Əfqanıstana göndərilən qeyri-hərbi yüklərin 30 faizindən çox hissəsi Azərbaycan ərazisi ilə daşınır. Biz fəaliyyətimizi davam etdirməyə hazırıq. Cənab baş katibin bu gün qeyd etdiyi kimi, 2014-cü ildən sonra da bu işlər davam etdiriləcəkdir. Biz 2014-cü ildən sonra da proseslərin inkişafında iştirak etməyə hazırıq. Biz, həmçinin təlim proqramlarında, qeyri-hərbi yardım proqramlarında iştirak edirik. Biz əfqan milli ordusunun qəyyumluq fonduna yardım etmişik və əlavə yardımların göstərilməsi ilə bağlı bəyanat vermişik. Başqa sözlə desək, bu əməkdaşlıq çox səmimi və açıqdır və ortaq dəyərlərə əsaslanır. Biz əlimizdən gələni edəcəyik ki, əfqan dostlarımız qarşılaşdıqları çətinlikləri aradan qaldıra bilsinlər.
Bu gün biz, həmçinin regiondakı vəziyyəti, regional təhlükəsizliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Azərbaycan münaqişənin tezliklə, beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında həllinə çalışır. Ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə NATO-ya çox minnətdarıq. Bu, çikaqo sammitinin, o cümlədən əvvəlki Lissabon və Buxarest sammitlərinin sənədlərində əks olunub. Azərbaycan torpaqları demək olar ki, 20 ildir işğal altındadır. Biz bu ədalətsizliyə son qoymalıyıq, bu regional təhlükəni aradan qaldırmalıyıq.
Müzakirə etdiyimiz mövzulardan biri enerji təhlükəsizliyi idi. Azərbaycan bu məsələ ilə bağlı NATO-nun üzv dövlətləri ilə sıx işləyir. Biz nəhəng enerji ehtiyatları aşkar etmişik. çox müasir daşıma infrastrukturuna, boru kəmərlərinə malikik. Biz yeni TANAP boru kəmərinin tikintisini planlaşdırırıq. Bu boru kəməri ilə resurslarımızı Avropa bazarlarına nəql edə biləcəyik. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan öz səylərini davam etdirməyə, tərəfdaşlığın gücləndirilməsinə hazırdır. Əminəm ki, bu tərəfdaşlıq davam edəcək, xüsusən də nəzərə alsaq ki, biz enerji təhlükəsizliyi məsələləri üzrə üzv dövlətlərlə artıq iş aparırıq, uğurlu olacaqdır. Bəzi üzv ölkələrin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Əminəm ki, vaxt gələcək bizim qazımız da Avropadakı dostlarımızın və qonşularımızın qaz istehlakında mühüm yer tutacaqdır.
Cənab baş katib! Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlamaq istəyirəm. Bu, sizin ölkəmizə ilk səfərinizdir. Biz çox şadıq ki, siz bu səfəri həyata keçirirsiniz. Bu səfər bizə NATO ilə Azərbaycan arasında daha yaxşı münasibətlər və daha sıx əməkdaşlıq qurmağa imkan yaradacaqdır”.
Baş katib Anders Foq Rasmussen isə deyib ki, NATO Cənubi Qafqaz regionuna sadiqdir və belə də qalacaq: “Azərbaycan NATO üçün mühüm tərəfdaşdır. Münasibətlərimiz sabit və müsbət olaraq inkişaf edir. Biz sizin hərbçilərinizin Əfqanıstana verdiyi qəti dəstəyi yüksək dəyərləndiririk. Onlar nümunəvi xidmət göstərirlər. Siz onlarla fəxr edə bilərsiniz. Biz hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə NATO-ya verdiyiniz siyasi dəstəyi də yüksək qiymətləndiririk. Əfqanıstanın təhlükəsizlik qüvvələrinə keçirilən təlimlərə verdiyiniz mühüm maliyyə töhfəsinə görə minnətdarıq. Biz bir yerdə razılığa gəldik ki, 2014-cü ildə beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatları başa çatdıqdan sonra da əfqan tərəfinə dəstəyimizi davam etdirək. Mən böyük məmnunluq hissi ilə Prezident Əliyevdən eşitdim ki, Azərbaycan həmin prosesdə iştirak edəcəkdir. Bu, Əfqanıstanda və regiondakı sabitlik üçün həyati əhəmiyyət daşıyır.
NATO Azərbaycana müdafiə və təhlükəsizlik islahatları sahəsində dəstək göstərir. Biz istəyirik ki, siz həmin mühüm sahələrdəki dinamikanı qoruyub saxlayasınız. Biz, həmçinin çoxlu sayda partlamamış mərmilərin zərərsizləşdirilməsində və 100 hektarlarla torpağın bundan təmizlənməsində yardım edirik. Bu, dünyada bu cür layihələrdən ən böyüyüdür və insanların marağına xidmət edən layihədir. Beləliklə, dialoqumuzun və əməkdaşlığımızın güclü çərçivəsi vardır. Biz uğurlarımızı davam etdirməkdə, illər boyu Əfqanıstanda birgə işləyərək hərbi qüvvələrimizin əldə etdiyi əməli təcrübənin artırılmasında, XXI əsrdə qloballaşan dünyada hamının üzləşdiyi təhlükəsizlik çağırışlarını birgə işləyərək aradan qaldırmaqda israrlıyıq. Bir sözlə, Azərbaycan NATO üçün və NATO isə Azərbaycan üçün dəyərli tərəfdaşlardır. Biz güclü, uzunmüddətli tərəfdaşlığı qurmaq imkanına malikik və əminəm ki, bu fürsətdən istifadə etməyə çalışmalıyıq”.
Sonra Azərbaycan dövlətinin başçısı və Alyansın baş katibi jurnalistlərin suallarına cavab veriblər.
“Frans Press” agentliyi: Cənab Rasmussen, Ramil Səfərovun əfv olunmasından sonra Ermənistan təhlükəsizlik şurasının iclasında çıxış edən prezident Serj Sarkisyan “Azərbaycan özündən küssün” bəyanatını vermişdir. Bundan sonra erməni terror təşkilatı “ASALA” Azərbaycan vətəndaşlarını ölümlə hədələmişdir. NATO-nun baş katibi olaraq Ermənistan prezidentinin terrora siqnal bəyanatlarına münasibətiniz necədir?
NATO-nun baş katibi Anders Foq Rasmussen: Təbii ki, NATO-nun müttəfiqləri terrorçuluğu bütün formalarda pisləyirlər. Biz bütün məsuliyyətli siyasi liderlərə müraciət edirik ki, onlar terrorçuluğun həvəsləndirilməsindən çəkinsinlər. Yerli, regional vəziyyətə gəldikdə, gərginliyin azaldılmasına, əməkdaşlığın və barışığın təşviq edilməsinə böyük ehtiyac vardır. Mən vəziyyətlə bağlı çox narahatam. ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini görəcəyik. NATO Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini təşkilatın çikaqo sammitində bildirib. NATO bu münaqişənin həllinin tapılmasında birbaşa iştirak edən təşkilat deyildir və Minsk prosesini dəstəkləyir. Buna əsaslanaraq, biz münaqişənin sülh yolu ilə həllini görməyə ümid edirik.
Azərbaycan Prezidenti İlham Əliyev: İcazə verin, mən də bir neçə söz əlavə edim. Mən Ramil Səfərovun məsələsi ilə bağlı danışmaq istərdim. Reaksiyalara cavab olaraq qeyd edirəm ki, Ramil Səfərovla bağlı qərar Avropa Konvensiyasına uyğun verilib və Prezidentin Sərəncamı ilə onun əfv edilməsi Azərbaycan Konstitusiyasına uyğundur. Buna görə ümumi nöqteyi-nəzərdən vəziyyət tam aydındır. Azərbaycanı Konvensiyanın pozulmasında günahlandırmağa çalışanlar ya reallığı bilmir, ya da ictimai rəyi çaşdırmaq istəyirlər. Onu da qeyd etmək istəyirəm ki, Ermənistan bundan Azərbaycanla sülh prosesinə xələl gətirmək üçün fürsət kimi istifadə etməli deyildir. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə sadiqdir. Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdiyi bəyanat bizi çox həvəsləndirdi. Bu bəyanatda deyilirdi ki, status-kvo qəbuledilməzdir. Bu status-kvo dəyişilməlidir. Ermənistan status-kvonu qoruyub saxlamağa çalışır.
ötən ilin iyul ayında Kazan şəhərində keçirilmiş görüş məsələnin sülh yolu ilə həllinin tapılmasında son cəhd idi. Hazırda isə sülh prosesi durğunluq vəziyyəti alıb. Fikrimcə, beynəlxalq ictimaiyyət və ilk növbədə Minsk qrupu Ermənistana imkan verməməlidir ki, bunu səbəb kimi istifadə etsin və danışıqları tamamilə dondursun.
Ramil Səfərovun məsələsinə gəldikdə, bir daha bildirmək istəyirəm ki, qərar beynəlxalq hüquq norma və qaydalarına uyğun verilib. Mən sadəcə, ermənilərə xatırlatmaq istəyirəm. Fransanın Orli hava limanında 2001-ci ildə Avropa və Amerika vətəndaşlarının qətli ilə nəticələnən terror aktını törədən şəxs Fransadan Ermənistana ekstradisiya olunmuşdu. Baxmayaraq ki, o, Ermənistan vətəndaşı da deyildi, Ermənistan prezidenti isə onu əfv etdi. Mən terrorçular ilə zabitimiz arasında paralellik aparmaq istəməzdim. Lakin zabitimiz həbsdə artıq 9 il cəzasını çəkib. O, cəzalandırıldı, onun əfvi ilə bağlı qərar hüquqi nöqteyi-nəzərdən düzgün qərardır. Bu, Prezidentin qəbul etdiyi qərardır və düzgün qərardır. Azərbaycan öz zabitini vətənə qaytardı.
Azad Azərbaycan Televiziyası: Cənab baş katib, bildiyiniz kimi, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqları təxminən 20 ildir Ermənistanın işğalı altındadır. Bu münaqişə Azərbaycan kəndlərinin və şəhərlərinin dağıdılması ilə nəticələnib. Bir milyondan artıq vətəndaşımız hələ də qaçqın və məcburi köçkün kimi yaşayır. Bununla belə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində gedən danışıqlar, yəni, sülh yolu ilə həlli, göründüyü kimi, hələlik istənilən nəticəni verməmişdir. Münaqişənin ədalətli həllinə NATO hansı töhfəni verə bilər?
Baş katib Anders Foq Rasmussen: Əvvəlcə verdiyim cavabda artıq qeyd etdiyim kimi, NATO bir təşkilat kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasında birbaşa iştirak etmir. Biz bu cür ağır münaqişəni sülh yolu ilə həll etmək məqsədini qarşısında qoyan Minsk qrupunun apardığı prosesi dəstəkləyirik. Biz çikaqo sammitinin bəyannaməsində mövqeyimizi açıq şəkildə bildirmişik. Biz regionda gərginliyin azalmasına və əməkdaşlığın, barışığın təşviq edilməsinə çalışırıq.
Prezident İlham Əliyev: Mən də bu fürsətdən istifadə edib NATO-nun tutduğu mövqeyə görə təşəkkür etmək istəyirəm. Bu, öncə qeyd etdiyim kimi, çikaqo sammitində və əvvəlki sammitlərdə qəbul edilən sənədlərdə əksini tapıb. Biz bu mövqeyi yüksək dəyərləndiririk. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həlli bütün ölkələrin marağına xidmət edən məsələdir. Bu, Azərbaycanın marağındadır. çünki bu, bizə işğaldan əziyyət çəkən insanların öz yurd-yuvalarına qayıtmasına imkan yaradacaqdır. Bu, Ermənistanın maraqlarına uyğundur. çünki gərginliyin azaldılması və qonşular arasında münasibətlərin normallaşması onların marağına xidmət edəcəkdir. Buna görə biz ümidvarıq ki, Ermənistanın mövqeyi dəyişəcək, onlar münaqişənin həllinin tapılması məqsədilə Azərbaycan ilə mümkün qədər tez fəal və konstruktiv danışıqlar prosesini bərpa edəcəklər.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan NATO-nun baş katibi Anders Foq Rasmussenin şərəfinə nahar verilib.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

