Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib

04.10.2012 [02:46]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib. Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovun Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı tədbirə dünyada və regionda böyük marağın olduğunu bildirib. Forumda 70-dən çox ölkədən 600-dən artıq nümayəndənin iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev tədbiri humanitar əməkdaşlıq sahəsində mühüm beynəlxalq layihə kimi dəyərləndirib. Georgi Pırvanov Bolqarıstanın dövlət başçısı vəzifəsində çalışarkən Azərbaycan Prezidenti İlham Əliyevlə həyata keçirdikləri birgə səylər nəticəsində ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxdığını məmnunluqla qeyd edib. Georgi Pırvanov dostluq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Paylaş:
Baxılıb: 1218 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30