YAP Mərkəzi Aparatında MDB PA beynəlxalq müşahidəçilər qrupunun üzvləri ilə görüş keçirilib
31.08.2024 [14:06]
Avqustun 31-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun üzvləri ilə görüş keçirilib.
Görüş imkanının yaradıldığına görə təşəkkürünü bildirən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin missiyanın tərkibi və fəaliyyəti haqqında məlumat verib.
O, seçki prosesinin müşahidəsi çərçivəsində Azərbaycanda bir sıra görüşlər keçirdiklərini, Azərbaycanın seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və namizədlərin seçkilərdə iştirakı üçün yaradılmış şəraiti müsbət qiymətləndirdiklərini vurğulayıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov MDB PA müşahidəçilərinin təmsil etdikləri ölkələrin bir-biri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğunu bildirib, bu cür missiyaların təşkilata üzv ölkələr arasında seçki təcrübəsinin mübadiləsi baxımından önəmini qeyd edib.
YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu, 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin də azad, şəffaf və ədalətli keçirilməsi üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Tahir Budaqov bu seçkilərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra bütün ölkə ərazisində keçirilən ilk parlament seçkiləri olmasını xüsusi vurğulayaraq seçkilərə hazırlıq tədbirləri haqqında ətraflı məlumat verib, seçkilərlə bağlı fəaliyyətin partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli iclasında təsdiq etdiyi Tədbirlər Planı əsasında ölkənin seçki qanunvericiliyinə uyğun həyata keçirildiyini bildirib, missiya üzvlərinin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxAnalitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46

