Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub
29.12.2012 [02:14]
Prezident İlham Əliyev açılış mərasimində iştirak edib
Dekabrın 28-də Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 1985-ci ildə istifadəyə verilən bu tibb müəssisəsində uzun illər təmir işlərinin aparılmaması nəticəsində xəstəxananın binası yararsız vəziyyətə düşmüşdü. Bu da xəstələrə yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə mane olurdu. Azərbaycan Prezidentinin paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2010-cu ilin iyununda Respublika Neyrocərrahiyyə Xəstəxanasında da yenidənqurma işlərinə başlanıb. Ötən dövrdə respublikanın yeganə neyrocərrahiyyə xəstəxanasının binası əsaslı surətdə yenidən qurulub, müəssisə dünyanın ən müasir tibbi avadanlığı ilə təchiz olunub. Görülən işlər nəticəsində xəstələrin yüksək səviyyədə müalicəsi, 430 həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Azərbaycan Prezidentinin diqqətinə çatdırılıb ki, xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyyə otağı yaradılıb, burada mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıq quraşdırılıb. Reanimasiya şöbəsi də ən müasir avadanlıqla təchiz edilib, xəstələrin daim nəzarət altında saxlanması üçün bütün tələblər nəzərə alınıb. Bununla da, 125 çarpayılıq xəstəxanada tibb işçilərinin fəaliyyəti və xəstələrin yüksək səviyyədə müalicəsi üçün hər cür şərait yaradılıb.
Tibb ocağı ilə tanışlıqdan sonra dövlətimizin başçısı xəstəxananın kollektivi ilə görüşüb.
Prezident İlham Əliyev xəstəxananın kollektivini salamlayaraq deyib: “Sizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm. Eyni zamanda, biz Yeni il bayramı ərəfəsində neyrocərrahiyyə xəstəxanasının əsaslı təmirdən sonra açılışını qeyd edirik. Çox gözəl təəssürat bağışlayır. Xəstəxana o qədər də yaxşı vəziyyətdə deyildi, köhnəlmişdi, təmirə ehtiyacı var idi. İndi ən yüksək standartlara cavab verir, həm avadanlıq, həm təmir işləri. Yəni, burada çox yüksək səviyyəli tibbi xidmət göstərmək mümkün olacaqdır. Bu, məni çox sevindirir. Çünki hesab edirəm ki, ölkəmizin hər bir xəstəxanasında ən yüksək səviyyə, gözəl şərait olmalıdır. Biz buna çalışırıq və nəinki Bakıda, eyni zamanda, bütün bölgələrdə, bütün rayon və şəhərlərimizdə yeni tikilmiş xəstəxanalar bax bu səviyyədədir.
Bu, artıq səhiyyə sistemində Azərbaycan standartlarıdır. Şəhərdən, bölgədən asılı olmayaraq, hər bir yerdə Azərbaycan vətəndaşı üçün yüksək tibbi xidmət göstərilməlidir. Əvvəlki dövrdə bizim buna o qədər də imkanımız çatmırdı. Əvvəlki illərdə alınmış avadanlıq köhnəlmişdir, sıradan çıxmışdır. Ancaq bu gün Azərbaycan dövləti güclü dövlətdir, güclü iqtisadiyyatımız var və sosial məsələlərin həlli bizim üçün ön plandadır. Sosial məsələlərin arasında isə səhiyyə məsələləri əlbəttə ki, xüsusi yer tutur. Mən çox şadam ki, son illər ərzində Bakının bir sıra xəstəxanaları çox gözəl təmir edilmiş və istifadəyə verilmişdir. Demək olar ki, ixtisaslaşdırılmış bütün tibb mərkəzlərimiz artıq belə səviyyədədir. Növbəti illərdə bu işlər davam etdiriləcəkdir. Hələ ki, təmirə ehtiyacı olan xəstəxanalar vardır. Biz bunu bilirik və bu işlər ardıcıllıqla görüləcəkdir.
Sizə uğurlar arzulayıram. Arzu edirəm ki, xəstələrə yaxşı xidmət göstərəsiniz. Xəstəxana əlbəttə ki, ilk növbədə xəstələr üçün olan bir tibb müəssisəsidir, amma, eyni zamanda, həkimlərin iş yeridir. Həkimlərin iş yeri də belə olmalıdır. Həkimlər çox böyük xidmət göstərirlər. Mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Arzu edirəm ki, həkimlərimiz öz biliklərini artırsınlar, təkmilləşmə daim getməlidir. Çünki dünyada səhiyyə sahəsində çox böyük inkişaf gedir. İndi yeni texnologiyalar, yeni müalicə üsulları, yeni cərrahiyyə metodları tətbiq olunur. Biz də ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq etməliyik. Bunu etmək üçün əlbəttə ki, müasir avadanlıq olmalıdır, eyni zamanda, təlim prosesi də daim getməlidir.
Sizi gözəl hadisə münasibətilə təbrik edirəm və sizə cansağlığı, uğurlar arzulayıram”.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

