/ / Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib
Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib
02.04.2013 [01:45]
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib
Aprelin 1-də Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. 1993-cü ildən başlayaraq Ulu öndər Heydər Əliyev bu istiqamətdə 81 Fərman və Sərəncam imzalayıb, Nazirlər Kabineti 307 qərar verib, Milli Məclis 24 qanun qəbul edib. 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 Fərman və Sərəncam imzalanıb. Ötən dövrdə iki Dövlət Proqramı və həmin Dövlət Proqramlarına edilən əlavələr təsdiq edilib və onlar uğurla icra olunub. 2001-2012-ci illərdə 31 min ailə və ya 140 min nəfərdən çox qaçqın və məcburi köçkün üçün 77 qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikilib. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, iki Olimpiya İdman Kompleksi, 37 rabitə evi inşa olunub, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilib. Həmçinin, 1348 ailə və ya 6740 məcburi köçkün Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülüb. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 352 evin inşası başa çatdırılıb və bu layihə 2013-cü ildə də davam etdiriləcək. Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənib. 2012-ci ildə Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılıb ki, bu da 2011-ci illə müqayisədə 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur. 2013-cü ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 590 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 4 min ailə, yəni, 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaq.
Dövlətimizin başçısı əvvəlcə Zəngilan rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlanıb.
Ən müasir standartlar səviyyəsində inşa olunmuş üçmərtəbəli binanın foyesində Ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, foyedə Ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısı və onlarla görüşlərini, eləcə də Zəngilanın işğaldan əvvəlki görüntülərini əks etdirən fotostend yaradılıb. İş otaqları ilə tanışlıq zamanı bildirilib ki, burada işçilərin rahat fəaliyyəti üçün hər cür şərait var. Üçüncü mərtəbədəki 50 nəfərlik akt zalında isə müxtəlif tədbirlər keçirmək mümkün olacaq.
Sonra Azərbaycan Prezidenti Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Vəli Quliyevin mənzili üçotaqlıdır. Mənzildə ailənin rahatlığı üçün hər cür şərait var.
Dövlətimizin başçısı çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət edib.
* * *
Yeni məhəllə ilə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, bu kompleks qaçqınlar və məcburi köçkünlər üçün indiyədək salınmış sayca 78-ci yaşayış məntəqəsidir. Məhəllə Azərbaycan Prezidentinin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni salınmış məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcək. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.
Diqqətə çatdırılıb ki, 12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u isə dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilib. Məhəllənin inşasına ötən ilin aprelində başlanılıb. Tikinti işləri bu ilin martında tam başa çatdırılıb. Su, elektrik və qaz təchizatı şəbəkələri Abşeron rayonunun kommunikasiya sisteminə qoşulub. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunmuş qəsəbənin inşasına 83,9 milyon manat sərf edilib.
Azərbaycan Prezidenti məhəllədə salınmış 280 yerlik “Şəfəq” uşaq bağçası ilə də tanış olub. Bildirilib ki, bağçanın ikimərtəbəli binası zəruri avadanlıqla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait var.
Daha sonra Prezident İlham Əliyev 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəbinə gəlib.
Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğısını, eləcə də məhəllənin baş planını əks etdirən stendlər quraşdırılıb.
Məktəblə tanışlıq zamanı bildirilib ki, yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Azərbaycan Prezidentinin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu sahənin dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edildiyini təsdiqləyir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə əhəmiyyəti ilə seçilir.
Prezident İlham Əliyev məktəbin kompyuter otağında, idman zalında yaradılmış şəraitlə tanış olub, Zəngilan rayonunun “Araz” idman klubu idmançılarının nümunəvi çıxışlarına baxıb.
Dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirib.
Azərbaycan Prezidenti məktəbin ikinci mərtəbəsində təşkil olunan Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi ilə tanış olub.
Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı burada məcburi köçkünlər və inşaatçılarla görüşüb.
Prezident İlham Əliyev deyib ki, bu şəhərciyin istifadəyə verilməsi bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir: “Bizim siyasətimiz isə ondan ibarətdir ki, hər şey Azərbaycan vətəndaşı üçün olmalıdır. Məcburi köçkünlərin problemlərinin həlli bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Birinci qəsəbə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmışdır. O vaxtdan bu günə qədər 77 qəsəbə tikilmişdir. Bu, 78-cidir. Burada yeniliklər də çoxdur. Hündür binalar tikilmişdir. Əminəm ki, bu siyasət gələcək illərdə uğurla davam etdiriləcəkdir. Çünki Azərbaycanda Ulu öndər Heydər Əliyev siyasəti bütün istiqamətlər üzrə davam etdirilir. O cümlədən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması məsələləri də öz həllini tapmaqdadır. Müvafiq sərəncamlar imzalanmışdır, proqramlar qəbul edilmişdir. Proqramlar çox dəqiqdir. Ən önəmli məsələ ondan ibarətdir ki, bu proqramlar vaxtında icra edilir.
Keçən il 20 min məcburi köçkün öz yaşayış şəraitini yaxşılaşdırmışdır. Bu il də ən azı 20 min köçkünün yaşayış səviyyəsi yaxşılaşdırılacaqdır. Bu işlər bundan sonrakı illərdə də görüləcəkdir. Dövlət bu istiqamətdə öz siyasətini uğurla aparır. Bu il bütün mənbələrdən məcburi köçkünlərin problemlərinin həlli üçün 600 milyon manata qədər vəsait nəzərdə tutulmuşdur. Bu məbləğin 300 milyondan çox hissəsi yeni qəsəbələrin tikintisinə sərf ediləcəkdir. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində buna oxşar məhəllənin açılışını qeyd etmişik. Bu il isə buradayıq. Bundan sonra Mingəçevirdə, Gəncədə, başqa şəhərlərdə yeni qəsəbələr tikiləcəkdir.
Azərbaycan dövləti bütün bu istiqamətdəki işlərini ardıcıllıqla həll edir”.
Dövlətimizin başçısı qeyd edib ki, görülən bütün bu işlər bir daha onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir: “Bu günə qədər 140 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Yəni bu, böyük bir işdir, elə bil ki, yeni böyük bir şəhər salınmışdır. Onu da bilməliyik ki, dünyada ən çox qaçqın-köçkün olan ölkə Azərbaycandır. Azərbaycanın əhalisi artır. Ancaq, eyni zamanda, məcburi köçkünlərin də sayı artmaqdadır. 1992-ci ildə onların sayı bir milyon idi, indi isə artıq 1 milyon 100 min, bəlkə də 1 milyon 200 min məcburi köçkün vardır.
Əlbəttə ki, bu, böyük maliyyə vəsaiti tələb edən məsələdir. Ancaq yenə də deyirəm, nəzərə alsaq ki, Azərbaycanda sosial siyasət çox uğurla aparılır, birinci növbədə ən böyük vəsait məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulmuşdur. Gələcək illərdə də bu siyasət davam etdiriləcəkdir. Ola bilsin ki, gələcək illərdə daha da böyük məbləğlər ayrılacaqdır. Amma onu da bilməliyik ki, keçən il Dövlət Neft Fondundan bütün dövrlərdə ən böyük məbləğ ayrılmışdır - 300 milyon manat. Əvvəlki illərdə 100 milyon, 200 milyon, yəni, ötən il 300 milyon manat, bu il də 300 milyon manat təkcə Neft Fondundan ayrılmışdır. Eyni zamanda, ilin əvvəlində Prezidentin ehtiyat fondundan da 14 milyon manat təxirəsalınmaz tədbirlərin görülməsi üçün ayrılmışdır. İstisna deyil ki, il ərzində ehtiyat fonddan bu məsələlərə yenə də vəsait ayrılacaqdır”.
Prezident İlham Əliyev həmçinin, deyib ki, Azərbaycan iqtisadiyyatı o qədər sürətlə inkişaf edir ki, bizim o qədər də böyük maliyyə problemlərimiz yoxdur: “Ancaq biz ölkə qarşısında duran problemləri də həll edirik. Əlbəttə ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması onların arasında ən böyük diqqətə layiq olan məsələdir. Ancaq digər məsələlər də var - infrastruktur layihələri, abadlıq-quruculuq, yenidənqurma işləri. Dövlət büdcəmizin həcmi artır, amma xərclər də artır və bu məsələləri uğurla həll etmək üçün biz hələ çox işləməliyik”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara da toxunan Prezident İlham Əliyev bir daha bəyan edib ki, bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır: “Bu mövqe həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Hazırda işğal altında olan bütün torpaqlar tarixi torpaqlarımızdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə əsas verən bir çox amillər vardır. Onların içərisində həm hüquqi, həm siyasi, həm tarixi, həm də iqtisadi amillər vardır.
Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bütün beynəlxalq təşkilatlarda qəbul edilmiş qətnamələr bunu göstərir. Yəni, bu, məsələnin həlli üçün əsas hüquqi və siyasi şərtlərdir.
Eyni zamanda, bölgədə qüvvələr nisbəti artıq bizim xeyrimizə dəyişmişdir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Ermənistan isə ildən-ilə tənəzzülə uğrayır. Bizim əhalimiz artır - artıq 9 milyon 300 min nəfərdir. Ermənistanın əhalisi hətta onların rəsmi statistik məlumatlarına görə ildə təxminən 100 minə qədər azalır. Ona görə, mən deyəndə tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, bu amillərə əsaslanıram. Ancaq eyni zamanda, mən də, hər birimiz də çox istəyirik ki, bu məsələ tezliklə həllini tapsın. Biz çox istəyirik təxirəsalınmaz tədbirlər görülsün ki, işğala son qoyulsun. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir.
Münaqişənin birinci mərhələsində demək olar ki, Ermənistan ilə Azərbaycan arasında hərbi və iqtisadi sahədə paritet mövcud idi. Ancaq biz artıq bu pariteti dəyişdirə bilmişik. Bu gün fərq çox böyükdür. Fərq böyüdükcə beynəlxalq təşkilatlardan və bu məsələ ilə məşğul olan ölkələrdən yeni mesajlar gəlir - məsələ yalnız sülh yolu ilə həllini tapmalıdır, başqa yol ola bilməz.
Ermənistan torpaqlarımızı hərb yolu ilə işğal edib. O vaxt bu işğalın nəticələrini aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa bir məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar vardır. Bizim tam hüququmuz vardır və beynəlxalq hüquq bizə bu imkanları tanıyır ki, biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edək. BMT-nin Nizamnaməsində bu müddəalar vardır ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməlidir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipi hər bir başqa prinsipdən üstündür, o cümlədən ölkələrin, xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstündür. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisi və onun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır. Ancaq buna baxmayaraq, biz öz siyasi və diplomatik səylərimizi daha da böyük əzmlə, iradə ilə davam etdirəcəyik. Beynəlxalq təşkilatlarda fəaliyyətimizi daha da fəallaşdıracağıq. Eyni zamanda, ordu quruculuğu işində daha da ciddi addımlar atılacaqdır. İqtisadi və regional məsələlərdə Ermənistanı indiki təcrid vəziyyətində saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyik. Əminəm ki, bu kompleks tədbirlər nəticəsində və ölkəmizin artan qüdrəti hesabına biz ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyik.
Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, biz doğma torpaqlarımıza, o cümlədən Zəngilana da, Qarabağa da, Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaqdır. Buna şübhəm yoxdur. Sadəcə olaraq, biz hamımız istəyirik ki, bunu tezliklə həll edək və tezliklə sizi doğma torpağınıza göndərək və orada sizin üçün gözəl binalar, evlər tikək, qəsəbələr, şəhərlər salaq”.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxMEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30

