2025: Konstitusiya və Suverenlik İli!
29.12.2024 [11:07]
Azərbaycanın uğurlu inkişafının ən mühüm təminatı
Müasir dövrdə ictimai həyatın, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətləri sayılır. Azərbaycanda mövcud olan mütərəqqi inkişaf proseslərinin, novatorluğun, davamlı islahatların lokomotivi qismində çıxış edən hüquqi dövlət anlayışı bütövlükdə, sabit inkişafın əsas təməl prinsipidir. Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən, son 4 ildə bölgədə mühüm siyasi-iqtisadi reallıqlar formalaşdıran Azərbaycan özünün inkişaf strategiyasını ən vacib parametrlər üzərində formalaşdırır.
Vətən müharibəsindəki qələbə, antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpa olunması müasir Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırır. Atdığı addımlarda, apardığı uğurlu siyasətdə hər zaman beynəlxalq hüquqa və ədalətə, Konstitusiyaya, bir sözlə ali hüquqa və qanuna əsaslanan dövlətimiz bütün dünyaya nümunə təqdim edir.
İlk milli Konstitusiyamızın qəbulu...
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi hələ SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. SSRİ dövrünün son Konstitusiyası isə 1978-ci ilin aprelin 21-də qəbul edilmiş qanunvericilik toplusudur.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin yarıtmaz fəaliyyəti ölkədə Konstitusiya qəbulunu mümkünsüz etdi. Həmin illərdə dövlətin daxilindəki anarxiya, özbaşınalıq, dövlət idarəçiliyi mexanizmlərinin formalaşdırılmaması vətəndaşların azad, hüquqi təminatını da təhlükə qarşısında qoyurdu. 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyamızın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazıldı. Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Azərbaycan Respublikasının Konstitusiyasında BMT-nin 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunub.
Müasir çağırışlara əsaslanan əlavə və dəyişikliklər...
Müstəqil Azərbaycanın Əsas Qanunu eyni zamanda, milli inkişafın dərin siyasi-hüquqi əsaslarını formalaşdırdı. İlk milli Konstitusiyamızın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu əvəzolunmazdır. Konstitusiya ölkəmizdə hakimiyyət bölgüsünü təmin etməklə yanaşı, subyektlərin fəaliyyətinə hüquqi zəmində əlverişli şərait yaradıb. Bütün bunların fonunda isə həyata keçirilən islahatların davamlılığını təmin etmək mümkün oldu.
Sonrakı illərdə Kosntitusiyaya edilən əlavə və dəyişikliklər müasir çağırışları və yenilikləri özündə əks etidirməkdədir. 24 avqust 2002-ci il, 18 mart 2009-cu il, 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsi - referendumlarda həyata keçirilən əlavə və dəyişikliklər qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb etdi.
Suverenliyimizin bərpası yeni inkişaf mərhələsi üçün başlanğıc yaradır...
Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi göstərilir. 30 ildən artıq davam etmiş erməni işğalı suveren hüquqlarımızın ölkəmizin bütün ərazilərində tətbiqini mümkünsüz etmişdi. Torpaqlarımızın 20 faizə yaxınını 30 il ərzində işğal altında saxlayan Ermənistan beynəlxalq züququ pozmuşdu. Müstəqillik dövründən indiyə qədər ölkəmiz bütün daxili, hərbi resurslarını bu problemin həllinə, Konstitusiya ilə bəyan edilmiş suveren hüquqlarımızın bərpasına səfərbər etdi. Bu mənada, Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan mübarizə həm də Konstitusiyanın müddəalarının bərpası uğrunda aparılan bir mübarizə idi.
Ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisəsinə çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş Zəfər, eləcə də 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bu isə həm də o demək idi ki, artıq Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar olub. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.
Qarşıdan gələn 2025-ci ilin Azərbaycanın inkişaf tarixində özünəməxsus yer tutacağına əminlik böyükdür. Bu mənada, Prezident İlham Əliyevin imzaladığı Sərəncam xüsusi əhəmiyyət kəsb edir. Suveren, bütöv Azərbaycanı yeni dövrdə yeni inkişaf mərhələsi gözləyir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

