Suverenliyin, konstitusiya quruluşunun əzmkar keşikçiləri
24.09.2025 [11:38]
İlham Əliyev: Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar
Son illərdə Azərbaycanın dünyada artan nüfuzunun təsdiqi olaraq ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb. Respublikamızın ən yüksək səviyyədə təşkil etdiyi belə tədbirlərdə qlobal gündəliyin aktual məsələləri, yeni çağırışlar ətrafında müzakirələr aparılır, qabaqcıl təcrübələrin təqdimatları keçirilir və adekvat koordinasiyalı fəaliyyət istiqamətləri müəyyənləşdirilir.
Bugünlərdə Bakıda Heydər Əliyev Mərkəzində növbəti belə tədbir - “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfrans keçirilib. Xatırladaq ki, bundan əvvəl cari ilin may ayında Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsində altıncı plenar iclası baş tutub. Ötən ilin sentyabr ayında isə respublikamız Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransına və Ümumi Yığıncağına ev sahibliyi edib. Belə tədbirlərin ardıcıl qaydada paytaxtımızda təşkil olunması həm ölkəmizə artan inamın göstəricisidir, həm də ona dəlalət edir ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizədə prinsipial yanaşma sərgiləməsi və bu məqsədlə ölkəmizdə səmərəli hüquqi və institusional çərçivə yaradılması beynəlxalq səviyyədə yüksək dəyərləndirilir və ayrı-ayrı ölkələrin müvafiq qurumları bu təcrübədən yararlanmağa çalışırlar. “Dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür”, - deyə Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində bildirib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq konfransın keçirilməsi əlamətdar hadisədir
Ölkəmizdə 2025-ci il Prezident İlham Əliyevin imzaladığı 28 dekabr 2024-cü il tarixli Sərəncama əsasən “Konstitusiya və Suverenlik İli” elan edilib. Dövlətimizin başçısının 11 fevral 2025-ci il tarixində imzaladığı növbəti Sərəncamla respublikamızda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib. Dövlət başçısının təsdiqlədiyi Tədbirlər Planı geniş əhatə dairəsinə malikdir. Sənədə uyğun olaraq ilin əvvəlindən bəri silsilə tədbirlər həyata keçirilir. Sentyabrın 22 -də Heydər Əliyev Mərkəzində “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransın da “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutması əlamətdar hadisədir. Prezident İlham Əliyev bəhs olunan müraciətində 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin heç də təsadüfi olmadığını bildirib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu il biz Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və tarixi Zəfərimizin 5 illiyini qeyd edirik.
Müstəqil Azərbaycan ölkənin bütün ərazisində konstitusiya quruluşunun bərpa edilməsinə və dövlət suverenliyinin tam təmin olunmasına gedən yolda bir sıra çətinliklərlə üzləşib. Əvvəla, ötən əsrin doxsanıncı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan ciddi sınaq qarşısında qalıb. Xüsusilə də AXC - “Müsavat” iqtidarının bir illik hakimiyyəti dönəmində həyata keçirdiyi diletant siyasətin nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranıb. Yalnız 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan böyük siyasətçi Heydər Əliyevin titanik səyləri sayəsində müstəqilliyimizi qorumaq və ölkəni davamlı sabitliyə, inkişafa istiqamətləndirmək mümkün olub. Müstəqil Azərbaycanın ilk Konstitusiyası da məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunub.
Konfrans iştirakçılarına müraciətində Prezident İlham Əliyev ölkəmizin digər bir kədərli reallığını - təxminən 30 il ərzində qonşu Ermənistanın işğalçılıq siyasətinə məruz qaldığına da xüsusi diqqət çəkib. Azərbaycan xalqı və dövləti ölkə ərzisinin 20 faizinin təcavüzə məruz qalması, suverenliyimizin pozulması faktı ilə heç vaxt barışmayıb. Nəhayət, 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan şanlı zəfərlər sayəsində ölkəmiz öz gücünə tarixi ədaləti və beynəlxalq hüququ təmin etməyə nail olub. “ 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi ölkənin bütün ərazisinə şamil edilmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bu gün Azərbaycanın suverenliyi real səciyyə daşıyır. Ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq sırf milli maraqlar üzərində qurulan, müstəqillik və suverenlik prinsiplərinə əsaslanan daxili və xarici siyasət kursu həyata keçirərək ümummilli hədəflərinə doğru inamlı addımlar atır.
Milli prokurorluq orqanları ölkədə konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər
Son illərdə respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif dövlət proqramları, milli strategiyalar qəbul olunub və uğurla reallaşdırılıb. Dövlətin, şəxsən Prezident İlham Əliyevin göstərdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarında göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan icraatların paralel olaraq elektron formada təşkili, “ASAN xidmət”, “DOST” modellərinin tətbiqi vətəndaşların dövlət qurumlarına əlçatanlıq səviyyəsinin artmasına, həmin qurumların fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Ölkənin mövcud inkişaf səviyyəsi bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizədə də yeni baxış tələb edir. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Cari ildə isə dövlətimizin başçısı “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında Fərman imzalayıb. Eləcə də Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Fərmanına uyğun olaraq istifadəyə verilmiş “Elektron prokurorluq” informasiya sisteminin texniki və funksional imkanları əhəmiyyətli dərəcədə təkmilləşdirilib, bir sıra digər dövlət informasiya resursları ilə inteqrasiya təmin edilib.
Aparılan islahatların və prokurorluq orqanlarının əzmkar fəaliyyətinin nəticəsidir ki, ölkəmizdə korrupsiya və digər neqativ halların əhatə dairəsi getdikcə daralır. “Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

