Qeyri-neft ixracına xüsusi töhfə
16.01.2026 [08:10]
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır
Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, ölkəmizdə Qərb Sənaye Parkı yaradılacaq. Park Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində yerləşəcək. Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi kimi müəyyənləşib. Parkın fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə tapşırılıb.
Qərb Sənaye Parkının fəaliyyəti üçün Gəncə şəhəri Yevlax şosesində yerləşən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş “Azəralüminium” MMC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 81.8 hektar torpaq sahəsi icarə hüququ ilə agentliyin daimi istifadəsinə veriləcək. Eləcə də Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 100 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi nəzərdə tutulur.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”yə və digər normativ hüquqi aktlara uyğun olaraq Qərb Sənaye Parkının fəaliyyətinə cəlb olunması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etmək, bu fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Qərb Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin təmin edilməsi məqsədilə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 yüz min manat ayrılıb.
İqtisadiyyat Nazirliyinə Qərb Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən edib Prezidentə məlumat vermək, Qərb Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə agentliyə kömək etmək, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Qərb Sənaye Parkı ölkə iqtisadiyyatı üçün hansı əhəmiyyət kəsb edə bilər?
Millət vəkili Vüqar Bayramov bildirib ki, sənaye parkları yerli sahibkarlar və bir sıra hallarda xarici investorlar üçün güzəştlər anlamına gəlir. “Sənaye parkları artıq işğaldan azad edilmiş ərazilərimizdə də formalaşır. Ağdam və Cəbrayılda sənaye parklarının yaradılması, istehsalın təşkili həyata keçirilir. Ağdamda yaradılan sənaye parkı həm də Azərbaycanda qeyri-neft ixracatına töhfə verir, burada istehsal olunan məhsulların xarici ölkələrə ixracı həyata keçirilir. Bu baxımdan Azərbaycan sənaye məhəllələri və sənaye parkları praktikasından istifadə edir. Bu, sahibkarlar üçün qeyri-neft sektoruna sərmayənin cəlb edilməsi baxımından yeni imkanlar yaradır, həm də sahibkarların dövlət tərəfindən daha yaxın dəstəklənməsidir. Çünki sahibkarlar sənaye parkları və sənaye məhəllələrində kifayət qədər ciddi vergi güzəştlərindən istifadə edirlər. Həmin ərazilərdə infrastrukturun formalaşması, bu infrastrukturdan istifadə imkanları olur ki, bu da sahibkarlar üçün sərmayənin cəlb edilməsinin təşviqidir. O baxımdan Qərb Sənaye Parkının yaradılması da bu istiqamətdə siyasətin daha da genişləndirilməsinə xidmət edəcək”.
Dövlətin sahibkarları fərqli alət və vasitələr ilə dəstəklədiyini deyən Vüqar Bayramov Qərb Sənaye Parkının xarici investorlar üçün maraqlı olacağını sözlərinə əlavə edib: “Bu, yerli sahibkarlar üçün birmənalı maraqlıdır, çünki onlar vergi güzəştlərindən istifadə edəcək, istehsal imkanlarını genişləndirəcəklər ki, bu da daha az xərclə daha çox məhsul istehsalı deməkdir. Ümumiyyətlə, sənaye parkları sənaye sektorunda istehsalın təşkilini həyata keçirir. Əvvəlki sənaye parkları və sənaye məhəllələrində iqtisadiyyatın fərqli sektorları üzrə məhsul istehsalının həyata keçirilməsini müşahidə etmişik. Bu praktika yeni yaradılan sənaye parkında da davam etdiriləcək. Burada xüsusən də daha çox tələb olunan sənaye məhsullarının istehsalının təşkil olunacağı gözlənilir. Sənaye parkının formalaşması, investisiyanın cəlb edilməsi qeyri-neft sektorunun inkişafını stimullaşdırır. Orada istehsal edilən məhsullar qeyri-neft məhsullarıdır. Bu, qeyri-neft məhsullarının istehsalının artırılması ilə yanaşı, həm də ixrac imkanlarının genişlədirilməsi deməkdir”.
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

