Tehran Naxçıvana dron hücumunu araşdırmalıdır
19.03.2026 [11:58]
Yaxın Şərq regionunda, xüsusilə İranda baş verən hadisələr Azərbaycanın diqqət mərkəzindədir. Mövcud vəziyyət bütün region ölkələri üçün riskləri artırır. Çünki münaqişənin genişlənməsi qonşu ölkələr üçün təhlükələri istisna etmir. Bu yaxınlarda İran ərazisindən Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə dron hücumunun edilməsi qonşu ölkələrin təhdidlərdən sığortalanmadığını göstərdi. Azərbaycan proseslərlə bağlı müxtəlif ölkələrlə, o cümlədən region dövlətləri ilə sıx təmasdadır.
Ceyhun Bayramov iranlı həmkarına məsələnin vacibliyini xatırladıb
Yeri gəlmişkən, martın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub. Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb. Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Məlumdur ki, İranın Prezidenti Azərbaycanın dövlət başçısı ilə telefon danışığında Naxçıvana dron hücumunun ölkəsi tərəfindən törədilmədiyini bildirmişdi. Eyni mövqeni İranın XİN başçısı və Silahlı Qüvvələrin komandanlığı da ifadə etmişdi. Belə olan təqdirdə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, insident ciddi şəkildə araşdırılmalı, ölkəmizə qarşı bu təxribatı törədənlər tapılıb cəzalandırılmalıdır. Azərbaycan rəsmi Tehrandan bu addımın atılmasını gözləyir.
Bakı regional hərbi eskalasiyanın əleyhinədir
Nəzərə alaq ki, rəsmi Bakı regional hərbi eskalasiyanın əleyhinədir. Bununla bağlı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, bölgədə və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. “Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, - deyə bəyanatda vurğulanıb. Göründüyü kimi, ölkəmiz bu münaqişədə tərəf tutmur, əksinə, münaqişə tərəflərini problemləri danışıqlar yolu ilə həll etməyə çağırır.
Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib.
Azərbaycanın xarici siyasəti isə beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykənən uğurlu bir xəttdir. Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasəti bu kursun əsasını təşkil edir. Ölkəmiz qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir. Azərbaycan regionda geosiyasi və iqtisadi birləşdirici körpü rolunu oynayır, enerji və nəqliyyat layihələri (məsələn, Bakı-Tbilisi-Qars, Şimal-Cənub) ilə qonşuların iqtisadi əlaqələrini dəstəkləyir.
Bununla belə yaxın regionlarda qonşu dövlətlərin ərazilərində baş verən hərbi toqquşmalar ciddi narahatlıq doğurur. Bu mənada, Yaxın Şərqdə yenidən alovlanan münaqişə bütün region üçün təhlükədir. Azərbaycan da yaranmış vəziyyətdən narahatdır. Çünki İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır.
Azərbaycanın mövqeyi dəyişməzdir
Azərbaycan dünyada, o cümlədən yaxın regionumuzda sülh və sabitliyin tərəfdarıdır. Ölkəmiz hər zaman bu mövqeyini nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycan bir sıra qarşı duran tərəflər arasında vasitəçilik edib, eləcə də onların görüşlərinə evsahibliyi edib. Buna nümunə olaraq, ABŞ - Rusiya, NATO - Rusiya, İsrail - Suriya nümayəndələri arasında keçirilən görüşləri göstərmək olar. Eyni zamanda, Azərbaycan üçüncü ölkələrin öz ərazisindən qonşu dövlətlərə qarşı istifadəsinə heç zaman icazə verməyib. Bu faktı xarici işlər nazirləri arasında telefon danışığı da təsdiqləyir. Bir müddət öncə Ceyhun Bayramov və Seyid Abbas Əraqçinin telefon danışığında Azərbaycanın rəsmi mövqeyi ifadə edilib və qeyd olunub ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol verməyəcək.
Onu da qeyd edək ki, İran ətrafında münaqişənin alovlanmasından sonra bu ölkədəki xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təxliyəsi həyata keçirilir. Bu fakt isə ölkəmizin humanitar siyasətinin bariz göstəricisidir. Məlumdur ki, Azərbaycan müxtəlif ölkələrə humanitar yardımlar göstərir, ekoloji və təbii fəlakətlər zamanı dəstək nümayiş etdirir. Eləcə də, Prezident İlham Əliyevin tapşırığı ilə İrana humanitar yardım karvanları göndərilib. Bütövlükdə, Azərbaycanın humanitar siyasəti regionda sülh və əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.
Beləliklə, ölkəmizin mövqeyi bərabərlik, qarşılıqlı anlaşma və mehriban qonşuluq, humanizm prinsiplərinə əsaslanır. Azərbaycanın mehriban qonşuluq siyasəti regionda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Gərginliyin davam etdiyi hazırkı şəraitdə də dövlətimiz bu mövqeyini həyata keçirməkdədir. Bütün bunların fonunda rəsmi Tehran da münasibətlərdə səmimi olmalı, Naxçıvana dron hücumu ilə bağlı araşdırma apararaq günahkarları cəzalandırmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17

