Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro parlamentinin sədri - ATƏT Parlament Assambleyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro parlamentinin sədri - ATƏT Parlament Assambleyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

01.07.2014 [09:52]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyev və Ranko Krivokapiç sessiyada məhsuldar müzakirələrin aparılacağına ümidvar olduqlarını bildiriblər.
Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əlaqələrin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

Paylaş:
Baxılıb: 931 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31