Füzulililər Konstitusiya islahatlarını ölkəmizin inkişafı baxımından vacib hesab edirlər
13.03.2009 [09:50]
“Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri martın 18-də keçiriləcək referendumla əlaqədar rayonlarda görüşlərini davam etdirirlər. Füzuli rayonunun Alıxanlı kəndində dünən keçirilmiş növbəti görüşdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Füzuli rayon şöbəsinin sədri Hafiz Tahirov ilk olaraq son 15 ildə Azərbaycanda görülən işlər haqqında məlumat verib. Onun sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasətin Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib. Təkcə son beş ildə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində yoxsulluq böyük ölçüdə aradan qaldırılıb, Azərbaycanın iqtisadi potensialı artıb. 2003-08-ci illər ərzində ölkəmizdə 700 mindən çox iş yerləri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında böyük rol oynayıb: “Bu gün Azərbaycanda elə bir sahə tapa bilməzsən ki, oraya dövlət qayğısı olmasın, problemlərin həlli üçün səylər göstərilməsin. Eləcə də qaçqın və məcburi köçkünlərlə bağlı problemlər daim diqqət mərkəzindədir. Sevindirici haldır ki, bu məsələlərin həllinə ölkə başçısı İlham Əliyev birbaşa özü nəzarət edir. Cənab Prezident İlham Əliyev 2003-cü ildə bu vəzifəyə seçilərkən demişdi ki, birinci prezidentlik dövründə ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Hazırda bütün qaçqın və məcburi köçkünlər evlərlə təmin olunub, böyük qəsəbələr salınıb. Eləcə də Füzuli rayonunun problemlərinin həlli üçün böyük işlər görülüb. Ona görə də füzulililər dövlət başçısına daim etimad göstərirlər, Onu sevirlər, Ona inanırlar. Biz Füzuli camaatı, Füzuli sakinləri ötən ilin oktyabr ayında keçirilən prezident seçkilərində Prezidentimizə səs verərək bu etimadımızı bir daha rəsmiləşdirdik”.
Daha sonra Füzuli sakinlərinin ölkənin ictimai-siyasi hadisələrində daim fəal olduqlarını diqqətə çatdıran Hafiz Tahirov xatırladıb ki, hazırda ölkəmiz çox böyük siyasi kampaniya ərəfəsindədir: “Bir neçə gün sonra Azərbaycan dövlətçiliyi, ölkəmizin müstəqilliyi, qüdrətlənməsi üçün böyük əhəmiyyət kəsb edən Konstitusiya dəyişikliklərilə bağlı referendum keçiriləcək. Mən inanıram və əminəm ki, Füzuli sakinləri bu dəfə də böyük fəallıq nümayiş etdirəcəklər və ümumxalq partiyası - Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Konstitusiyaya dəyişikliklərin edilməsi təklifini dəstəkləyəcəklər”.
Daha sonra tədbirdə seçicilərin çoxsaylı sualları cavablandırılıb, seçicilərə dəyişikliklər barəsində ətraflı məlumat verilib.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01

