Prezident İlham Əliyev Misir Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanını qəbul edib
30.03.2016 [11:06]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahimini qəbul edib.
Əhməd İbrahim Məhəmməd İbrahimi Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanın Misirə dost ölkə olduğunu vurğulayıb. Misirin ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
İki ölkənin sərhəd xidmətlərinin əməkdaşlığına toxunan Əhməd İbrahim Məhəmməd İbrahimi Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisinin Misirə, özünün isə Azərbaycana bu səfərinin ölkələrimizin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına töhfə verəcəyini söyləyib. Ölkələrimizin müvafiq qurumlarının uğurlu əməkdaşlıq həyata keçirdiklərini deyən qonaq bu əməkdaşlığın təhlükəsizlik, hərbi-texniki və digər sahələri əhatə etdiyini söyləyib. Azərbaycanın hərbi-texniki sahədə və təlimlərin keçirilməsində yaxşı təcrübəyə malik olduğunu vurğulayan Əhməd İbrahim Məhəmməd İbrahimi sərhəd xidmətləri arasında təcrübə mübadiləsinin önəmini də qeyd edib. O, ölkəmizə sabitlik, firavanlıq və bütün sahələrdə inkişaf arzularını çatdırıb.
Dövlətimizin başçısı Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Dövlətimizin başçısı iki ölkənin sərhəd xidmətləri arasında uğurlu əməkdaşlığa toxunaraq, ölkələrimizin hərbi, sərhəd xidməti, təhlükəsizlik sahələrində əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Prezidenti yüksək səviyyəli qarşılıqlı səfərlərin bu əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini deyib.
Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Misirin dövlət başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

