/ / Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı istintaq təcridxanasının yeni binası istifadəyə verilib
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı istintaq təcridxanasının yeni binası istifadəyə verilib
30.05.2009 [12:29]
Dünən Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı istintaq təcridxanasının yeni binası istifadəyə verilib. Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə tanış olub.
ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində penitensiar sistemin fəaliyyətinin yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçirilir. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş tədbirlər “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nda da əksini tapıb. Bu məqsədlə inşa olunan Bakı istintaq təcridxanasının binası da beynəlxalq standartlara tam cavab verir. 120 il əvvəl inşa edilən və dövrün tələblərinə cavab verməyən 1 saylı Bayıl və 3 saylı Şüvəlan istintaq təcridxanalarının əvəzinə Zabrat qəsəbəsində inşa olunan Bakı istintaq təcridxanası nüfuzlu beynəlxalq təşkilatların tövsiyələrinə əsasən, habelə qabaqcıl dövlətlərin, o cümlədən Finlandiya, Belçika, Estoniya və Türkiyənin təcrübəsindən bəhrələnərək tikilib. İnşasına 2008-ci ilin aprelində başlanan Bakı istintaq təcridxanasının tikintisinə 600-dən çox işçi qüvvəsi cəlb olunub. Zabrat-Kürdəxanı şosesindən müəssisəyə qədər ümumi sahəsi 27 min 650 kvadratmetr olan yeni yol çəkilib.
2001-ci ildən başlayaraq məhkumların hüquqlarının genişləndirilməsi və cəza şəraitinin humanistləşdirilməsi məqsədi ilə cəzaların icrası məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar 16 qanun qəbul olunub. Humanist cəza siyasətinin nəticəsi kimi Azərbaycanda azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərin sayı MDB-nin digər ölkələri ilə müqayisədə daha azdır. Digər tərəfdən, qəbul edilmiş əfv və amnistiya aktlarının nəticəsində minlərlə insan azadlığa buraxılıb. 1995-2008-ci illərdə Azərbaycan Prezidentinin 45 Fərmanı əsasında 4858 nəfər əfv olunub. ölkəmizdə 9 dəfə qəbul edilmiş amnistiya aktları 100 minə yaxın şəxsə şamil edilib. Təkcə bu ilin martında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş sonuncu amnistiya aktı bütövlükdə 9 min nəfəri əhatə edib.
Hazırda azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında beynəlxalq standartlara uyğun saxlanma şəraitinin yaradılması üçün bütün müəssisələrdə əsaslı təmir-tikinti, abadlıq işləri aparılır. Penitensiar sistemdə ictimai nəzarətin təşkilinə xüsusi diqqət yetirilir, bu məqsədlə yerli və xarici qeyri-hökumət təşkilatları ilə qurulmuş əlaqələr nəticəsində 2006-cı ildən ictimai komitə fəaliyyət göstərir. Penitensiar sistemin işinin müasir tələblər səviyyəsində qurulması üçün Avropa Şurası və Avropa Komissiyası ilə birgə proqram həyata keçirilib.
Prezident İlham Əliyev əvvəlcə binanın baş planı ilə tanış olub. Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, Bakı istintaq təcridxanası rejim korpuslarından, inzibati binadan, karantin otağından, qısa və uzunmüddətli görüş otaqlarından, istintaq bölməsindən, təsərrüfat-məişət xidməti işlərində saxlanılan məhkumlar üçün nəzərdə tutulan korpuslardan ibarətdir.
Burada saxlanma limiti 2500 nəfərdir. Müəssisədə 1, 2, 4 və 6 nəfərlik 576 kamera var. Bütün korpuslar xüsusi keçidlə mərkəzi korpusa bağlanıb. Ədliyyə naziri onu da bildirib ki, yaxın gələcəkdə təcridxananın yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə üçün yeni inzibati binanın inşası planlaşdırılır.
Dövlətimizin başçısı məhkəmənin yeni binasının eskizi ilə tanış olub. Bildirilib ki, Bakı istintaq təcridxanasının karantin bölməsində təqsirləndirilən şəxslərin ilkin tibbi müayinəsi aparılır, onlar haqqında ümumi məlumatlar toplanır. Təqsirləndirilən şəxslər korpusdan karantin otağına gətirildikdən sonra aidiyyəti üzrə məhkəmələrə göndərilir. İstintaq otaqları və məhkəmə zalı kompyuter və xüsusi avadanlıqla, həyəcan siqnalı verilməsi üçün cihazla təmin olunub. İstintaq otaqlarından biri şəxsiyyətin tanınması üçün ayrılaraq, xüsusi şüşədən hazırlanan arakəsmə və avadanlıqla təchiz edilib. Bu tanınma otağı ölkədə ilk dəfə təşkil olunur.
Burada görüş üçün kabinetlər, hər cür məişət şəraiti olan otaqlar və uzunmüddətli görüşlər üçün mətbəx yerləşir. Məhbusların saxlanma kameralarında da nümunəvi şərait yaradılıb. Birinci və ikinci mərtəbələrdə 28, üçüncü mərtəbədə 13 kamera var. Bütün korpuslar veb-kameralar vasitəsilə idarəetmə mərkəzindən nəzarətdə saxlanılır. Korpuslarda psixoloq və həkim otaqları yerləşir.
İstintaq təcridxanasının tibb-sanitariya hissəsi ikimərtəbəli binada yerləşir. Burada həkim kabinetləri, cərrahi əməliyyat otağı, laboratoriyalar, aptek və digər yardımçı otaqlar yerləşir. 14 kamera-palatalarda 60 təqsirləndirilən şəxsin stasionar müalicəsi üçün hər cür şərait var. Tibbi müayinə otaqları da müasir avadanlıqla təchiz olunub. Bu binanın birinci mərtəbəsində 24, ikinci mərtəbəsində 25 palata yerləşir.
Dünya Səhiyyə Təşkilatının vərəm əleyhinə “DOTS” layihəsinin icrasına 1995-ci ildə Azərbaycanda ilkin olaraq Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində başlanıb. Binadakı laboratoriyada da bu tip xəstələrin müayinəsi üçün hər cür şərait yaradılıb.
Təsərrüfat və məişət xidməti işlərində çalışan məhkumlar üçün nəzərdə tutulan korpusda böyük ictimai təhlükə törətməyən və ilk dəfə məhkum olunan şəxslər qalaraq təsərrüfatda çalışırlar. Burada yaradılan kitabxana zəruri ədəbiyyatla təchiz olunub, oxu zalı və kompyuter otağı yaradılıb. Bundan əlavə, korpusda dini ibadət üçün otaq da var.
Bakı istintaq təcridxanasında saxlanılan şəxslərin qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa olunub. Camaşırxanada yeni avadanlıq quraşdırılıb.
Təcridxananın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 210 kilovoltluq yeraltı elektrik xətti çəkilib, transformator yarımstansiyaları, 3 generator quraşdırılıb, su və qaz təchizatı sistemi qurulub.
Müəssisə ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, bir neçə korpusun tikintisi bu ilin sonunadək tam yekunlaşacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:21
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41

