Soçidə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
12.10.2017 [10:02]
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib
Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin məhdud tərkibdə görüşdə qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı ətraflı müzakirələrin aparıldığını deyib. Rusiya dövlətinin başçısı gələn il yanvarın 1-dən quruma sədrliyin Tacikistana keçəcəyini bildirib.
Tacikistan Prezidenti Emoməli Rəhmon qeyd edib ki, əldə olunmuş nəticələrin möhkəmləndirilməsi ölkəsinin MDB-yə sədrliyi dövründə prioritet məsələ kimi qalacaq. Tacikistan Prezidenti iqtisadi, energetika, alternativ enerji, yüklərin tranziti, logistika, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyinin təmini məsələlərinə diqqət yetiriləcəyini vurğulayıb, humanitar, turizm, innovasiya, ətraf mühitin mühafizəsi, terrorizmin və mütəşəkkil cinayətkarlığın qarşısının alınması istiqamətində əlaqələrin genişləndiriləcəyini deyib.
MDB-nin beynəlxalq qurumlarla əlaqələrinə toxunan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov siyasi sahədə əməkdaşlıqdan danışıb. Qeyd edib ki, MDB ölkələri arasında qarşılıqlı etimadın artırılması olduqca vacib məsələlərdən biridir.
MDB Parlamentlərarası Assambleyası Şurasının və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Parlamentlərarası Assambleya Şurasının fəaliyyətindən danışıb, humanitar sahədə dinamik əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Sonda çıxış edən Rusiya Prezidenti Vladimir Putin siyasi dialoqun, təhlükəsizlik, iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndiyini bildirib, bu ilin əvvəlindən qarşılıqlı ticarət dövriyyəsinin 25 faiz artdığını qeyd edib.
Daha sonra sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19

