Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX zirvə görüşü keçiriləcək
03.10.2009 [12:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün dünən Naxçıvan Muxtar Respublikasına gedib.
Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Respublikasının Prezidenti Kurmanbek Bakiyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün dünən Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev türk dünyasının böyük oğlu, Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər. Dövlət başçılarının hər birinin adından abidənin önünə əklil qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Naxçıvan şəhərindəki Heydər Əliyev muzey-kompleksi ilə tanış olublar. Ali qonaqlara məlumat verilib ki, burada Ulu öndərə aid mindən artıq şəxsi əşya saxlanılır. Geniş sahəsi olan muzey ekspozisiya salonu, kitabxana və fonddan ibarətdir. Prezidentlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, Onun xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillər, habelə Ulu öndər haqqında yazılmış kitablarla tanış olublar. ümummilli liderin xarici ölkələrə və Muxtar Respublikaya səfərlərini əks etdirən materiallar diqqəti cəlb edir. Buradakı kompyuterlər vasitəsilə Ulu öndər Heydər Əliyevlə bağlı istənilən məlumatı əldə etmək mümkündür. Muzeydə dahi şəxsiyyətə aid bir çox məktub, teleqram, rəsmi sənəd də saxlanılır. Muzeydəki “Yüksəlişə doğru həyat yolu” adlı xalça da kompozisiyası və nəfis toxunuşu ilə diqqəti çəkir. Ekspozisiyaya Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri olduğu dövrü əks etdirən eksponatlar, eləcə də həmin vaxt imzaladığı sənədlər daxildir. ümummilli liderin Naxçıvanda işlədiyi dövrdə iş otağında istifadə etdiyi çıraq, telefon, qələmdan, habelə o vaxtkı geyim əşyaları, saatı, həmçinin 1930-cu ildə çəkilmiş ailə fotosu əsasında 2000-ci ildə toxunan “Tarix” xalçası da maraq doğurub. Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri Heydər Əliyev muzey kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
Naxçıvana gələn Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Muxtar Respublikanın paytaxtındakı “Əcəmi” seyrangahı ilə tanış olublar. Dövlət başçıları əvvəlcə burada Ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər. Sonra prezidentlər “Əcəmi” seyrangahında açıq səma altındakı muzeyin eksponatlarına baxıblar. Qonaqlara Azərbaycanın bütün tarixi abidələri kimi, Möminəxatın türbəsinin də qorunması və bərpasına göstərilən dövlət qayğısı barədə məlumat verilib. Dövlət başçıları türbənin önündə xatirə şəkli çəkdiriblər.
Oktyabrın 2-də Naxçıvandakı Heydər Əliyev Sarayında Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün iştirakçılarının şərəfinə konsert proqramı təşkil edilib. Konsertdə Naxçıvanın incəsənət ustaları türkdilli xalqların milli musiqisi və rəqslərini ifa ediblər. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev konsertə baxıblar.
ölkələrimiz arasında ikitərəfli məsələlərə toxunan dövlətimizin başçısı əlaqələrimizin dinamik inkişaf etdiyini, iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. Qeyd edib ki, Qırğızıstan Prezidentinin ölkəmizə bu səfəri ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir. Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün əhəmiyyətini qeyd edib. Bildirib ki, bu görüş türkdilli ölkələr arasında əlaqələrin genişlənməsinə töhfə verir.
Kurmanbek Bakiyev Azərbaycana ilk səfərini Naxçıvana etdiyini vurğulayıb və xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin daim əziz tutulduğunu deyib.
Qırğızıstan dövlətinin başçısı bildirib ki, onun bu səfəri ikitərəfli əlaqələrin genişlənməsinə xidmət edəcək.
Xəbər lenti
Hamısına baxSosial
20 Yanvar 16:54
Dünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35

