Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışı olub
29.08.2018 [08:56]
Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdilər.
Mərkəzin direktoru Günel Rzayeva burada yaradılan şərait barədə məlumat verdi. Paytaxtın Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşən bu Mərkəzin sahəsi 2500 kvadratmetrə yaxındır. Fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan Bakı Kitab Mərkəzində Azərbaycan və digər dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq. Mərkəzdə, ümumilikdə, oxucular Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər.
Mərkəzin layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını xoş keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib. Kitab satışı ilə bərabər, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış ola biləcəklər. Beləliklə, şəhər mənzərəsinə açılan pəncərələrin önündə çay süfrəsi arxasında mütaliə kitabsevərlərə xüsusi zövq verəcək.
Kitab Mərkəzinin qonaqları burada müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirləri və “Azərmarka”nın məhsullarını da əldə edə biləcəklər.
Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar veriləcək. Eyni zamanda, kitabsevərlər sensor ekranlarda mərkəzdə satılan kitablar haqqında da məlumatlar alacaqlar. Burada, həmçinin oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.
Görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan məkan kitabsevərlərin ixtiyarına veriləcək.
Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçılar, şairlər, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri olacaq. Bundan başqa, Mərkəzdə uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet səhifəsi vasitəsilə kitablar sifariş edə biləcəklər.
Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir. Fondun Ulu öndər Heydər Əliyev, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, görkəmli şəxsiyyətlərimiz haqqında bir-birindən maraqlı nəşrləri müxtəlif dillərdə ölkəmizin təbliği baxımından mühüm rol oynayır.
Azərbaycanda vaxtilə kitaba böyük maraq göstərilib, mütaliə sevənlərin sayı isə digər ölkələrlə müqayisədə dəfələrlə çox olub. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə mədəniyyətini yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verir. Bu Mərkəzin istifadəyə verilməsi kitaba marağı yenidən bərpa etməklə yanaşı, eyni zamanda, uşaq və yeniyetmələrdə kitaba olan sevgini artıracaq, onlara mütaliə etmək vərdişləri aşılayacaq. Bütün bunlar gənc nəslin bilikli, savadlı və yüksək intellektual səviyyədə yetişməsinə xidmət edir ki, bu məsələyə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi diqqət yetirir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nizami Gəncəvinin 1941-ci ildə nəşr olunmuş “İsgəndərnamə” əsəri və Dubrovinin 1866-cı ildə çap edilmiş “Zakavkazye” adlı tarixi əsərinin siqnal nüsxələrinə baxıblar.
Mərkəzlə tanış olan dövlətimizin başçısı və xanımı Bakı Kitab Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

