Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfər edib
25.09.2018 [09:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də ölkəmizə işgüzar səfərə gələn Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Daha sonra dövlət başçılarının görüşü olub.
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa deyib: “Cənab Prezident, bizim bir çox vətəndaşlarımız, xüsusilə idmançılarımız, güləşçilərimiz Bakıdakı çempionatda iştirak edirlər. Onların hamısı böyük məmnuniyyətlə qeyd edirlər ki, ölkəniz möhtəşəm inkişaf edir. Onlar bunu öz gözləri ilə görürlər. Biz yerə enərkən təyyarədən görünürdü ki, siz çoxlu ağac əkmisiniz, çox təmiz küçələriniz var, çoxlu sayda müasir binalar, idman qurğuları inşa edilib. Bütün bunlar daha çox gəncin idmana yiyələnməsi üçündür və bu, böyüyən nəslin tərbiyəsinə müsbət təsir göstərir”.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Cənab Prezident, Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.
Seçkilərdə qələbə münasibətilə məni təbrik etmək üçün zəng vuranda söhbət zamanı biz Bakıda görüşməklə bağlı razılığa gəldik. Mən Sizi dəvət etdim. Şadam ki, Siz Bakıya gəlmisiniz. Siz tanınmış cüdoçusunuz, buna görə də yarışları izləmək Sizin üçün maraqlı olacaq.
Bu görüş bizim ikitərəfli gündəliyimizi, əməkdaşlığımızı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Siz qeyd etdiniz ki, burada çox idman qurğuları var. Bu, belədir. Biz son zamanlar çoxlu idman obyektləri, stadionlar inşa etmişik və nəticələr çox yaxşıdır. Bizim idmançılarımız Rio de Janeyrodakı Olimpiadada 18 medal qazanıblar və idmanın bir çox növlərində, o cümlədən cüdoda da yaxşı nəticələr göstərirlər. Bir daha xoş gəlmisiniz. Mən əminəm ki, Azərbaycana səfəriniz Sizin üçün xoş olacaq”.
Görüşdə iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, humanitar, təhsil, xalçaçılıq və Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi və “ASAN xidmət” təcrübəsinin bölüşülməsi ilə bağlı məsələlər müzakirə olunub.
Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

