Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib
26.10.2018 [09:39]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodetsi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putinin VI Bakı Beynəlxalq Humanitar Forumuna göndərdiyi təbrik məktubuna görə minnətdarlığını bildirib və orada qeyd olunan fikirlərin önəmini vurğulayıb. Prezident İlham Əliyev Rusiyanın bu tədbirdə belə geniş tərkibdə təmsil olunmasından məmnunluğunu ifadə edib.
Dövlətimizin başçısı bildirib ki, Rusiya Prezidenti ilə son görüşləri zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən bu Forumla bağlı məsələlər də müzakirə olundu və əməkdaşlığımızın bütün istiqamətlərdə, eləcə də humanitar sahədə inkişafından məmnunluq ifadə edilib. Dövlətimizin başçısı qeyd edib ki, qonşu və dost ölkələr olan Azərbaycan ilə Rusiyanın bu sahədə əlaqələri nümunəvi xarakter daşıyır və humanitar əməkdaşlıq məsələsi demək olar ki, dövlət başçıları arasında keçirilən bütün görüşlərin gündəliyində durur. Prezident İlham Əliyev bildirib ki, siyasi sahədə əlaqələr də uğurla inkişaf edir. Bu baxımdan dövlətimizin başçısı bir aydan az bir müddətdə özünün Rusiyaya rəsmi səfəri və Vladimir Putinin də Azərbaycana səfərinin həyata keçirilməsinin əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.
Forumun bir daha ölkələrimiz arasında yaxın əlaqələrin mövcud olduğunu nümayiş etdirdiyini deyən Prezident İlham Əliyev bu tədbirdə demək olar ki, dünya birliyinin yarısının təmsil olunmasını Foruma olan böyük diqqətin təzahürü kimi qiymətləndirib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodets ölkəmizin, şəxsən Prezident İlham Əliyevin Humanitar Foruma göstərdiyi bu cür diqqətə görə minnətdarlığını bildirib. Bu tədbirin iki ölkənin dövlət başçıları tərəfindən irəli sürülmüş təşəbbüs olduğunu vurğulayan qonaq forumdan-foruma iştirakçıların sayının artdığını və gündəliyin daha da genişləndiyini vurğulayıb. O qeyd edib ki, bu Forumda müzakirə olunan məsələlərin gündəlik həyatda reallaşması böyük önəm daşıyır.
Daha sonra xanım Olqa Qolodets vurğulayıb ki, həm Azərbaycan, həm də Rusiya davamlı olaraq tolerantlıq siyasətinin həyata keçirilməsi və milli mədəniyyətlərin vəhdət şəklində inkişaf etdirilməsi baxımından dünyaya bir nümunədirlər. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək Forumun humanitar sahədə əməkdaşlıq işinə böyük töhfə verdiyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

