/ / Prezident İlham Əliyev İranın Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İranın Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
24.10.2019 [09:25]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğunu qeyd edərək, əməkdaşlığımızın mövcud səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb.
Prezident İlham Əliyev ölkələrimiz arasında Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında iqtisadi-ticari əlaqələrin inkişafında Hökumətlərarası birgə Komissiyanın rolunu qeyd edib və Komissiyanın eyni tərkibdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif Prezident Həsən Ruhaninin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Prezident Həsən Ruhaninin Qoşulmama Hərəkatının ölkəmizdə keçiriləcək XVIII Zirvə görüşündə iştirak etmək üçün yaxın günlərdə Azərbaycana səfər edəcəyini bildirərək səfər çərçivəsində dövlətimizin başçısı ilə görüşünün əlaqələrimizin daha da inkişafına töhfə verəcəyini deyib.
Cavad Zərif Qoşulmama Hərəkatının Bakı Zirvə görüşünün Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib və 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla aparacağını deyib.
Prezident İlham Əliyev İran İslam Respublikası Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarının İran Prezidentinə çatdırılmasını xahiş edib və Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü çərçivəsində Prezident Həsən Ruhani ilə görüşünü məmnuniyyətlə gözlədiyini bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50

