Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub
15.02.2020 [11:18]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan Prezidentini salamlayan Prezident İlham Əliyev deyib: Kasım-Jomart Kemeleviç, Sizinlə yenidən görüşməyimə çox şadam. Burada görüşmək, münasibətlərimizin gündəliyini bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Hər şey çox uğurla gedir. Bizim birgə layihələrimiz çoxdur, onlar fəal həyata keçirilir. Buna görə də ümidvarıq ki, 2020-ci il də ölkələrimiz arasında münasibətlər üçün uğurlu olacaq. Biz əmtəə dövriyyəsini artırmağa çox ümid bəsləyirik. Düşünürəm ki, nəqliyyat, energetika, turizm sahələrində yaxşı imkanlar var. Ölkələrimizin vətəndaşları arasında fəal gediş-gəliş var. Bu, ölkələrimizdə turizmin inkişafı üçün çox yaxşı perspektivlər də yaradır.
Əlbəttə, bizim tərəfimizdən ratifikasiya edilmiş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Konvensiyanın imzalanması son dövrün ən vacib hadisəsi olub. İnanıram ki, Xəzərdə gələcək əməkdaşlığımız bütün Xəzəryanı ölkələrə daha çox dividend gətirəcək.
Kommunikasiya sahəsində fəal qarşılıqlı fəaliyyəti də qeyd etmək istərdim. Ötən il Xəzərin dibi ilə kabelin çəkilməsinə başlanılıb. Bu, ölkələrimizi daha sıx birləşdirəcək bir layihədir. Yəni, biz ikitərəfli münasibətlərin davamlı inkişafı yolu ilə gedirik. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək.
Prezident Kasım-Jomart Tokayev deyib: Hörmətli İlham Heydər oğlu. Sizi burada, Münxendə görməyimə şadam. Elə bu yaxınlarda biz Soçidə görüşmüşük. Bizim çox yaxşı görüşümüz oldu. Sonra biz Aşqabadda MDB Sammitində görüşdük. Dövlətlərimiz arasında münasibətlərə gəldikdə isə həqiqətən də çox böyük yol qət edilib. Əslində elə sıfırdan başladıq və indi, demək olar, bütün sahələrdə qarşılıqlı münasibətlərin çox yüksək səviyyəsinə nail olmuşuq. Bu əməkdaşlığın əsasını bizim böyük sələflərimiz Nursultan Abişeviç Nazarbayev və Heydər Əlirza oğlu Əliyev qoyublar. Mən özüm Xarici İşlər naziri olanda müəyyən mənada bu əməkdaşlığın qurulmasında iştirak etmişəm. Fəxr ediləsi uğurlarımız var. Şəksiz ki, Qazaxıstan Azərbaycanla əməkdaşlığı qiymətləndirir və onu qoruyur. Siz düzgün qeyd etdiniz ki, bizdə istər nəqliyyat, istər kommunikasiyalar, istərsə də ticarət olsun, strateji xarakter daşıyan sahələr var. Biz, mahiyyətcə, Xəzər dənizi vasitəsilə qonşu dövlətlərik. Xəzər dənizinin statusu haqqında müvafiq Konvensiya da Aktau şəhərində imzalanıb. Bu, Xəzərdə irimiqyaslı əməkdaşlığın təməlini qoyur və əlbəttə, bu əməkdaşlıq, mahiyyət etibarilə, strateji əməkdaşlıqdır. Biz fürsətdən istifadə edərək, indicə səfərlərin qrafikinə, o cümlədən istər Sizin Qazaxıstana səfərlərinizin, istərsə də bizim birinci Prezidentimizin Bakıya səfərlərinin qrafikinə baxdıq. Sizin üçün hər hansı münasib vaxtda Sizi ölkəmizə səfərə dəvət etməyi vacib sayıram. Bizim həqiqətən də müzakirə olunası və həll ediləsi bir çox məsələlərimiz var. Çünki həyat yerində saymır, qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olmasına baxmayaraq, yeni hüdudlar yaranır ki, onları da biz birgə səylərimizlə aşmalıyıq.
Prezident İlham Əliyev: Çox sağ olun.
* * *
Söhbət zamanı Qazaxıstan Prezidenti dövlətimizin başçısını ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31

