Ermənistanın fəaliyyəti beynəlxalq təşkilatların nüfuzuna zərbədir
19.06.2010 [11:22]
Məlum olduğu kimi, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və 7 ətraf rayon beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə zidd olaraq işğal altındadır. üstəlik, yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkün soydaşlarımızın hüquqları hələ də bərpa olunmayıb. Sözsüz ki, Azərbaycan heç vaxt belə vəziyyətlə barışa bilməz və bu problemin həlli ölkə rəhbərliyinin qarşısında duran ən vacib məqsəddir. Bu baxımdan, beynəlxalq ictimaiyyət mövcud problem barədə daim məlumatlandırılır, Ermənistan aqressiyasının qurbanlarının yalnız insanlar olmadığı, işğal altında olan minlərlə maddi mədəniyyət nümunələrinin, qədim tikililərin, sosial infrastruktur obyektlərinin, yaşayış məskənlərinin dağıdılması və bu prosesin bu gün də davam etməsi dünya birliyinin diqqətinə çatdırılır. Məlum olduğu kimi, bütün bu antihumanist əməllər, insanlıq əleyhinə cinayətlər beynəlxalq təşkilatların nizamnamələri, qətnamələri və digər sənədlər əsasında formalaşan beynəlxalq hüquq tərəfindən kəskin pislənilir və belə hallara qarşı sərt tədbirlər nəzərdə tutulur. Məhz beynəlxalq hüququn tələbləri çərçivəsindən çıxış edən Azərbaycanın prinsipiallığı sayəsində Ermənistanın işğalçılıq əməllərini tənqid edən çoxsaylı qərar və qətnamələr qəbul olunub. Lakin təkcə qərarların qəbulu ilə problem həll olunmur, əsas məsələ həm də onların icrasıdır. Bu yaxınlarda Türkiyədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın haqlı tələbini ortaya qoyub: “Biz beynəlxalq təşkilatların qərar və qətnamələrinin Ermənistan tərəfindən icrasını tələb edirik”.
Sirr deyil ki, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Parlament Assambleyasının, Avropa Şurasının və digər mötəbər təşkilatların Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb edən çoxsaylı qətnamə və qərarları mövcuddur. Lakin görünən odur ki, Ermənistan üzv olduğu bu təşkilatların qərarlarına heç bir əhəmiyyət vermir. Şübhəsiz, rəsmi İrəvanın sərgilədiyi bu mövqe beynəlxalq münasibətlər sistemində formalaşmaqda olan mənfi tendensiyanı daha da gücləndirir. Bu tendensiya ondan ibarətdir ki, bir sıra ölkələr beynəlxalq hüquqa hörmətlə yanaşdıqlarını bəyan etmələrinə və başqa ölkələrdən də bunu tələb etmələrinə baxmayaraq, öz fəaliyyətlərində ədalət prinsiplərindən tamamilə uzaqlaşırlar. Beynəlxalq hüquq normalarının bütün ölkələr tərəfindən əməl olunması üçün yarandığını bildirən Prezident İlham Əliyev mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib: “Əgər beynəlxalq hüququn normaları işləmirsə, onda beynəlxalq ictimaiyyət üçün hansı durumdan söhbət gedə bilər?”.
Həqiqətən də, qərarların icra olunmaması, onlara adi bir kağız parçası kimi yanaşılması beynəlxalq təşkilatların nüfuzuna və beynəlxalq hüququn aliliyinə ciddi zərbədir. Bu səbəbdən, işğalçı Ermənistanın yeritdiyi siyasət nəticəsində Cənubi Qafqazda yaranmış hazırkı vəziyyət beynəlxalq təhlükəsizliyin təəssübünü çəkən dövlətlər, regional və qlobal təşkilatlar üçün xəbərdarlıq siqnalı olmalıdır.
Digər tərəfdən, təcavüzə məruz qalan tərəf olmasına baxmayaraq, Azərbaycanın sərgilədiyi konstruktiv mövqe də dünya birliyi tərəfindən layiqincə dəyərləndirilməlidir. Münaqişənin dinc yolla həllinə çalışan Azərbaycan ərazi bütövlüyünün bərpası çərçivəsində Dağlıq Qarabağdakı erməni azlığa yüksək muxtariyyət statusu da verməyə hazırdır. Lakin Ermənistan rəhbərliyi hər cür vəchlə danışıqların gedişatını ləngitməyə, prosesə mane olmağa çalışır. Qeyri-konstruktivlik göstərən və vaxt uzatmaqla məşğul olan rəsmi İrəvanın pozuculuq fəaliyyəti münaqişənin həlli istiqamətində illərdir ki, fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun səylərini də heçə endirir. Bildiyimiz kimi, artıq yarım ildən çoxdur ki, Minsk qrupu yenilənmiş Madrid prinsiplərini irəli sürüb. Qısa müddət ərzində təkliflə bağlı mövqeyini açıqlayan Azərbaycandan fərqli olaraq Ermənistan hələ də konkret münasibət bildirməkdən çəkinir. Bu isə birbaşa olaraq təklifi irəli sürən Minsk qrupu üzvlərinə qarşı hörmətsizlikdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi belə vəziyyət Minsk üçlüyünün Ermənistana xəbərdarlıq etməsini zəruri hala gətirib: “ümid edirəm ki, bu ölkələr öz təkliflərinə hörmətlə yanaşacaqlar və son aylar ərzində danışıqlar prosesində pozuculuq fəaliyyəti aparan Ermənistana ciddi siqnallar getməlidir”.
Heç bir şübhə yoxdur ki, Azərbaycan hansı yolla olursa, olsun öz torpaqlarını azad edəcək. Əgər başqa dövlətlər və beynəlxalq təşkilatlar Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasını istəyirlərsə, onda regiondakı sabitliyi ən böyük təhlükə altında qoyan Dağlıq Qarabağ münaqişəsinin səbəbkarı olan Ermənistana ciddi təzyiqlər göstərməlidirlər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16

