Azərbaycan və Özbəkistan arasında geniş əməkdaşlıq üçün zəngin baza mövcuddur
30.09.2010 [09:28]
Türkdilli ölkələr olan Azərbaycan və özbəkistanı tarixi yaxınlıq və eyni milli dəyərlər, qardaşlıq əlaqələri birləşdirir. Hər iki ölkə ortaq milli dəyərlərdən faydalanaraq milli maraqlar və mənafelərin qorunmasına birgə dəstək verir, bölgədə bütün prinsipial məsələlərdə vahid mövqedən çıxış edirlər. Azərbaycan və özbəkistanın siyasi-iqtisadi əlaqələrində son illərdə müşahidə olunan dinamizm meyilləri hər iki ölkə arasında yüksək strateji tərəfdaşlığın möhkəmlənməsinə əlverişli zəmin yaradıb. Tərəflər iqtisadi və siyasi münasibətlərin dərinləşməsinə baza yaradan mühüm addımlar atmaqla yaxın dostluq və qardaşlıq əlaqələrinin inkişafına töhfə verməkdədirlər.
Son illər daha da intensivləşən əlaqələr özbəkistan və Azərbaycan arasında əməkdaşlıq üçün zəngin bazanın mövcudluğunu göstərir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın pozitivliyini daha da gücləndirib və əlaqələr məzmun və keyfiyyət baxımından zənginləşib. Xatırladaq ki, özbəkistan Prezidenti İslam Kərimovun 2008-ci ildə Azərbaycana səfəri zamanı dövlətlərarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə dərin əsaslar yaradan bir neçə mühüm sənəd imzalanıb. İqtisadi əməkdaşlıq, investisiyalar və ticarət, dəmiryolu nəqliyyatı, informasiya və kommunikasiya texnologiyaları, elmi-texniki, humanitar, ekologiya və təbii ehtiyatlar sahələrində imzalanmış sazişlər ötən müddət ərzində iki ölkə arasında iqtisadi-siyasi, sosial-ictimai, humanitar münasibətlərin intensivləşməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin özbəkistana səfəri isə iqtisadi-siyasi münasibətlərin yeni mərhələyə qədəm qoymasına və əməkdaşlığın yeni sahələri əhatə etməsinə dərin əsaslar yaradıb. Dövlət başçılarının apardığı səmərəli danışıqların əhatə dairəsi çox geniş olub və dərin məzmun kəsb edən mühüm müzakirələrlə yadda qalıb. Tərəflər birgə ikirtərəfli əməkdaşlıq meyillərini yeni inkişaf erasının zəruri tələblərinə uyğun dərinləşdirməyi qarşıya məqsəd qoymaqla yanaşı, regional müstəvidə siyasi və iqtisadi münasibətlərin dinamikasına impuls vermək niyyətlərini də ifadə ediblər.
Dövlətimizin başçısının ikitərəfli əlaqələrin dinamikasına təkan verən mühüm strateji məsələlərin reallaşması ilə bağlı irəli sürdüyü təşəbbüslər rəsmi Daşkənd tərəfindən müsbət dəyərləndirilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər iki ölkə bütün sahələrdə çox fəal əməkdaşlıq edir və siyasi dialoqun güclənməsi bölgədə geniş əməkdaşlıq dəhlizinin möhkəmlənməsinə xidmət edir: “Biz münasibətlərimizi çox yüksək qiymətləndiririk. Bu münasibətlər möhkəm bazaya, dostluğa, xalqlarımız arasında qardaşlığa əsaslanır. Bizi ümumi tarix birləşdirir. Bu gün də iki müstəqil və dinamik inkişaf edən dövlət kimi biz, əlbəttə, birgə səylərlə regionumuzda sabitliyin möhkəmləndirilməsi və vəziyyətin proqnozlaşdırılması işinə böyük töhfə verə bilərik və veririk”.
Eyni zamanda, özbəkistan Prezidenti İslam Kərimovun bəyan etdiyi kimi tərəflər bütün məsələlər üzrə birgə həmrəyliyə və siyasi iradəyə malikdirlər: “Azərbaycan və özbəkistan üçün birmənalı şəkildə əhəmiyyət kəsb edən bütün problemlərin həllinin yeni yollarını, prioritet istiqamətlərini müəyyən edə bilərik”.
Azərbaycan həmişə çoxsaylı təşəbbüsləri irəli sürərək regional layihələrin reallaşmasına nail olub və bölgənin hazırki proqressiv dinamikasını sürətləndirmək üçün daha yeni təşəbbüslərin müəllifi kimi çıxış edir. Məhz bu baxımdan özbəkistanın bölgədə çoxtranzitli layihələrə qoşulması ümumilikdə regionun geoiqtisadi xəritəsinin yeni komponentlərlə zənginləşməsinə və bölgədə geniş iqtisadiyyat, humantiar, elm, təhsil, mədəniyyət, incəsənət, turizm koridorunun yaradılmasına səbəb ola bilər. Hazırda Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlıq dəhlizinin geniş komponentlərlə zənginləşməsi və bu regionda yerləşən dövlətlərlə sıx inteqrasiyanın gücləndirilməsi də başlıca diqqət mərkəzində durur. İki ölkə arasında imzalanan sazişlər də məhz bu prinsiplərə söykənir.
Azərbaycan və özbəkistan arasında imzalanan sənədlər ümumilikdə, tərəflərin mühüm strateji tərəfdaş kimi yaxın təmaslara malik olmasını göstərir. Tərəflər qarşılıqlı mal dövriyyəsi həcminin qaldırılması, birgə müəssisə və məhsul növlərinin sayının artırılması, bank-maliyyə sahəsində əlaqələrin yaradılması, işgüzar biznes dairələrinin təklif etdiyi layihələrin dəstəklənməsi, sahibkarlar arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tuturlar. Qeyd edək ki, özbəkistan hazırda Azərbaycana maşın və avadanlıqlar, qida məhsulları, kimya sənayesi, əlvan və qara metallar, enerjidaşıyıcıları ixrac edir.
özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2009-cu ildə təxminən 45 milyon dollar təşkil edib. Tərəflər bu rəqəmi qaneedici saymır və mal dövriyyəsinin həcminin artırılması üçün güclü potensialın olmasını bildirirlər. özbəkistan Prezidenti İslam Kərimov hesab edir ki, mövcud potensialdan istifadə etmək üçün çox böyük imkanlar var və bundan qarşılıqlı şəkildə faydalanmaq gərəkdir: “Azərbaycanın və özbəkistanın potensialından tam həcmdə istifadə edilmir və bunun səbəbi, ilk növbədə, transkommunikasiya problemləri ilə bağlı məsələlərdir. Güman edirəm ki, əgər bu məsələ həll edilsə, biz hələ tələbat olmayan imkanlardan istifadə edəcəyik. Bu gün həmin imkanlardan Azərbaycanın və özbəkistanın mənafeyi üçün istifadə edilməsi çox vacibdir”.
Göründüyü kimi, tərəflər iqtisadi əlaqələrin dinamikasını sürətləndirmək üçün yeni transnəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasını vacib sayır. Məhz bu məqsədlə hava nəqliyyatı sahəsində birgə faydalı əməkdaşlığın yaradılmasına dair saziş imzalanıb.
özbəkistan idxal və ixrac yüklərinin daşınması üçün Transqafqaz nəqliyyat dəhlizindən istifadəni daha rentabelli və səmərəli hesab edir. Qafqaz və Mərkəzi Asiya dövlətlərinin Cənubi, Mərkəzi Avropa və Aralıq dənizi bazarlarına çıxışını təmin edəcək Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi özbəkistan üçün mühüm əhəmiyyət kəsb edir və rəsmi Daşkənd bu infrastrukturun imkanlarından faydalanmağı məqsəduyğun sayır. Bu məqsədlə hökumətlərarası komissiyalar çərçivəsində yüklərin tranzit ilə bağlı rəqabətqabiliyyətli tariflərin təqdim olunması müzakirə olunur.
Hər iki ölkə arasında perspektiv əlaqələrin yüksək inkişafı üçün zəngin baza daha da möhkələnib. Belə ki, vizasız gəliş-gedişi haqqında sənədin, eləcə də, “2011-2015-ci illər üzrə özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in imzalanması iqtisadi əlaqələrin və ikitərəfli mal dövriyyəsinin genişləndirilməsinə böyük təkan verəcək. Eyni zamanda, dövlətlər arasında elm, təhsil, mədəniyyət, incəsənət sahəsində birgə tədqiqatların aparılması və qarşılıqlı əməkdaşlığa dair sənədin imzalanması iki türk ölkəsinin milli-mədəni-mənəvi bağlantısının daha da möhkəmlənərək bölgədə sivilizasiyaların inkişafına öz töhfəsini vermiş olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59

