/ / Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsi və tikintisi işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsi və tikintisi işlərinin gedişi ilə tanış olub
30.09.2010 [09:30]
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına layihə barədə məlumat verib. Bildirilib ki, Mərdəkan dairəsində üçsəviyyəli yol qovşağında yol ötürücüsünün uzunluğu 220 metr, eni isə 23,5 metr olacaq. Layihədə buradakı tunelin uzunluğunun 55 metr, eninin isə 9,8 metr olacağı nəzərdə tutulur.
Prezident İlham Əliyev Buzovna dəmir yolu kəsişməsində inşa ediləcək tunelin və müxtəlif səviyyəli yol qovşağının tikintisi ilə də tanış olub.
Dövlətimizin başçısına tikintinin əsas texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, buradakı yol ötürücüsünün uzunluğu 49,3 metr, eni 41,5 metr, istinad divarlarının uzunluğu isə 658 metr olacaq.
Sonra Prezident İlham Əliyev Buzovna dairəsində inşa edilən tunelin və müxtəlif səviyyəli yol qovşağının tikintisi ilə tanış olub. Qeyd edilib ki, buradakı yol ötürücüsünün uzunluğu 19,4 metr, eni isə 41,5 metr nəzərdə tutulub. Tunelin eni isə 17 metr olacaqdır. Burada piyadalar üçün keçid də tikiləcək.
Prezident İlham Əliyev sonra Bilgəh qəsəbəsindəki, kardioloji mərkəzin qarşısında ikisəviyyəli tunel tipli qovşağın layihələndirilməsi və tikinti işlərinin gedişi ilə də tanış olub. Dövlətimizin başçısına layihə üzrə həyata keçirilən işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev sonra Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt şəhəri istiqamətində yeni tikilən və uzunluğu 14 kilometr olan yolda inşaat işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısına yolun əsas göstəriciləri barədə də məlumat verilib. Qeyd olunub ki, yolun hərəkət hissəsi altızolaqlıdır. Layihələndirilən avtomobil yolu, həmçinin, Maştağa-Saray-Sumqayıt-Tağıyev qəsəbəsi istiqamətində də yaşayan və dincələn əhali, eyni zamanda, Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən Pirallahı, Dübəndi, Zirə və digər yaşayış məntəqələri və istirahət zonaları üçün Bakı şəhərinə daxil olmadan M-1 magistral yoluna çıxmağa imkan yaradacaq. Bununla bərabər, bu yol Sumqayıt şəhərindən və digər şimal bölgəsindən həmin ərazidə yaşayan əhalinin Bakının mərkəzinə daxil olmadan, qeyd edilən Bakı kəndlərinə, sahilkənarı istirahət mərkəzlərinə, o cümlədən, Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çıxışını təmin edəcək. Bu da öz növbəsində iqtisadi cəhətdən daha səmərəli, təhlükəsiz və rahat nəqliyyat əlaqəsi yaradacaq.
Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün layihə üzrə müxtəlif səviyyəli yol qovşaqlarının və piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Prezident İlham Əliyev nəqliyyat naziri Ziya Məmmədova bu yolun tikintisinin davam etdirilərək Bakı-Rusiya və Bakı-Şamaxı yolları ilə birləşdirilməsini təmin etməyi tapşırıb.
Tikinti işlərinin gedişi ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

