AXCP sədri təkzib, ifşa və rəzil-rüsvay edir – yenə də özünü
28.03.2022 [02:11]
Saytların, informasiya agentliklərinin xəbər lentini “Xocalı rayonun Fərrux kəndi artıq Azərbaycan Ordusunun nəzarətindədir” sərlövhəsi bəzəyir. Feysbukun Azərbaycan bölməsində isə “Fərrux Azərbaycandır!” postunun sayı-hesabı yoxdur. Qürurvericidir!
Amma təəəssüfləndirici, “əfsuslar olsun ki...” dedirdən məqam da var. Azərbaycan Ordusunun Fərrux dağındakı mövqelərindən Pirlər kəndinin görüntüsünün yayıldığı vaxtda ermənilərdən əvvəl bir azərbaycanlı bu hərbi-strateji nailiyyəti “təkzib” etməyə, ictimai rəyi yanıltmağa cəhd göstərir. Bəli, yanılmadınız – bunu etnik mənsubiyyətinə görə azərbaycanlı, siyasi dünyagörüşünə və əqidəsinə görə qeyri-azərbaycanlı edir. Söhbət papadan artıq katolik, ermənidən artıq revanşist olmağa çalışan AXCP sədri Əli Kərimlidən gedir. Nə hüquqşünas, nə də siyasətçi olmağı bacaran Kərimli indi Rusiya Müdafiə Nazirliyinin dili ilə danışır.
Feysbuk səhifəsində paylaşdığı statusu olduğu kimi təqdim edirik: “Rusiya Müdafiə Nazirliyi açıqlama verib ki, Azərbaycan tərəflə danışdıq (yəni onları başa saldıq), hərbçilərini Fərrux kəndindən geri çəkdilər. Rusiyanın bir acıqlı bəyanatı ilə hərbçilərimizi Fərrux kəndindən geri çəkəcəkdinizsə, bu qədər hay-küyə nə ehtiyac var idi? Neçə dəfə dedik ki, arxasında dura bilməyəciyiniz sözləri danışmayın, ya da dediyiniz sözün, atdığınız addımın arxasında durmağı öyrənin, nəhayət. Özünüz heç, milətin heysiyyatı ilə oynayırsınız. P.S. Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq Rusiya Müdafiə Nazirliyini təkzib edib. Bildirib ki, Fərrux kəndi və digər yüksəkliklər ordumuzun nəzarətindədir. Təki dediyi doğru olsun”.
Bu paylaşım, əslində, Əli Kərimlinin özünü ifşa, təkzib və rəzil-rüsvay etməsidir. Müdafiə Nazirliyimiz reallığı ifadə, Rusiyanın aidiyyəti strukturunu isə təkzib edir. AXCP sədri isə Müdafiə Nazirliyimizi “təkzib” etməyə çalışır -virtual siyasi şoumen kimi “onlayn teatr tamaşası” təşkil etməyə cəhd göstərir. Özü də savadsızcasına və riyakarcasına. Fərrux kəndinin Azərbaycan Ordusunun nəzarətində olması ilə əlaqədar informasiyanı və sevinci paylaşmayan Kərimli yalan məlumat yaymaqdan çəkinmir - Azərbaycan dövlətini arxasında dura bilməyəciyi sözləri danışmaqda ittiham edir. Halbuki bir status – paylaşım çərçivəsində öz sözünün üzərində dura bilmir. Əvvəlcə Rusiya Müdafiə Nazirliyinin bəyanatını tirajlayır – həqiqət kimi təqdim edir, Azərbaycanın aidiyyəti strukturunun cavabından sonra posta “P.S.” əlavəsi etmək məcburiyyətində qalır. “Özünüz heç, millətin heysiyyatı ilə oynayırsınız” ,-deyən bu siyasi autsayder Azərbaycan dövlətinin mövqeyini “təkzib”, gerçəkliyi isə inkar etməyə çalışmaqla millətin heysiyyatı ilə oynamağa cəhd göstərmir?! Yaxud o, insanlarla oyun oynamağa çalışır?!
Azərbaycan Ordusunun Fərrux zirvəsində hakim olması, Müdafiə Nazirliyimizin isə bəyanatı İlham Əliyev nəyi, nə zaman və necə etməyi yaxşı bildiyini, Azərbaycanın Liderininsözünün imzası qədər dəyərli və keçərli olduğunu bir daha sübuta yetirir. Liderin nitqində, hər addımında, hər açıqlamasında məğrur bir təmkin və alicənablıq olmalıdır. Bu, siyasi liderliyin əlifbasıdır. Yoxdursa, ambisiyalar onun özünü və partiyasını içəridən dağıdıb yeyər və çökdürər (1812-ci ildə Rusiya ilə müharibəni uduzmuş Napaleon Parisə qayıdarkən 5 milyonluq şəhər əsir düşməkdən güc-bəla ilə xilas olmuş azsaylı, həm də məğlub fransız əsgərini və onun məğlub komandanını gül-çiçəklə, ayaq üstdə qarşılayırdı... Tarixçilər qeyd edir ki, mövcud olduğu müddətdə Paris belə təntənə yaşamamışdı).
Rusiya Müdafiə Nazirliyinin bəyanatını tələm-tələsik, sevinclə paylaşan Əli Kərimli isə Azərbaycan Ordusunun uğurunu, Azərbaycan əsgərinin şücaətini təqdir etməyəcək qədər cılız siyasi mahiyyətə malik olduğunu göstərir. “Arxasında dura bilməyəciyiniz sözləri danışmayın” ,- deyən Əli Kərimli bir cümləsinin belə arxasında durmağı bacarmadığını, ikinci abzasında birincini təkzib etdiyini nümayiş etdirir. Həm də özünü – fərdi və siyasi xarakterini nümayiş etdirir. Özü də ilk dəfə deyil. Bir neçə il əvvəl Şərur rayonunun Cünnütkəndi daxil olmaqla on bir min hektar ərazinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi barədə rəsmi məlumat verilərkən də ilk “təkzib” Əli Kərimlidən gəlmişdi – o, “bu,iqtidarın şousudur” demişdi. Həm o zamankı, həm də bugünkü reallıq kimin siyasi şoumenliklə məşğul olduğunu təsdiqləyir.
“Alışmış qudurmuşdan betərdir” deyirlər. Xeyr, qeyri-etik ifadə deyil – mənfi əməllərə öyrəşmək xislətdən qaynaqlanır. Əli Kərimli alışıb – dezinformasiya yaymağa, başqasının dili ilə öz dövlətini “təkzib” etməyə və rəzil-rüsvay olmağa... İlk olmadığı kimi, son(uncu) da deyil. Yəni ənənəsinə sadiqdir...
Ermənilər (iqtidarlı-müxalifətli, bir nəfər kimi) öz mətbuatının (və hakimiyyətinin) yalanına sahib çıxdığı halda, azərbaycanlı kimliyini daşıyan Əli Kərimli nə üçün Azərbaycanın doğrusuna – reallığa sahib çıxmağı bacarmır? Paradoksal deyilmi?! Xeyr, deyil! Sahib çıxmaq “təkzib” etməklə eyni keyfiyyətləri tələb etmir - cəsarət, heysiyyat, mənəviyyat və xarakter tələb edir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33

