Beynəlxalq hüquq normaları, yoxsa transmilli maraqlar?
14.04.2011 [11:24]
Cənubi Qafqaz strateji baxımdan dünyanın ən önəmli bölgələrindən biridir. Təsadüfi deyil ki, dünya siyasətinin və beynəlxalq münasibətlər sisteminin əsas meyillərini yönləndirən güc mərkəzləri bu bölgəni özlərinin uzunmüddətli strateji planlarına daxil ediblər. Geostrateji planlarda və nəzəriyyələrdə “heartland” (dünyanın qəlbi-idarəetmə mərkəzi) adlandırılan Avrasiya materikində hakim mövqeyə sahib olmaq üçün qlobal aktorlar digər önəmli bölgələrdə olduğu kimi, Cənubi Qafqazda da uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaq və genişəhatəli inteqrasiya proseslərini milli maraqlarına müvafiq qaydada sürətləndirmək üçün fundamental addımlar atmağa çalışırlar. Bu baxımdan, qlobal güclərin geosiyasi və geoiqtisadi maraqlarının kəsişdiyi və toqquşduğu bir məkan kimi Cənubi Qafqazda uzunmüddətli sabitliyin və tərəfdaşlığın hökm sürməsinə mane olan mənfi faktorların, tendensiyaların neytrallaşdırılmasına xüsusi ehtiyac var. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı təcavüzkar, təhdid xarakterli addımların atılması, separatçılığa dəstək verilməsi, birtərəfli qaydada hər hansı bir dövlətə qarşı müxtəlif xarakterli təzyiqlərin edilməsi (buraya psixoloji müharibə, müxtəlif dövlətlərin diplomatik nümayəndələrinin “persona non-qrata” elan edilməsi, kütləvi deportasiya siyasətinin həyata keçirilməsi və s. hallar aid edilir-N.Q.) bu kimi mənfi tendensiyalara daxildir. Məsələyə məhz bu baxımdan yanaşdıqda tərəddüdsüz qeyd etmək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biridir. Ona görə də, bu problemin həlli beynəlxalq təhlükəsizliyin, hətta qlobal güclərin milli maraqlarının diktə etdiyi zəruri bir amildir.
ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dinamikası və spesifikliyinə-xarakteristikasına görə xüsusi yanaşma tələb edən həssas problemlərdəndir. Münaqişənin gedişatında atılacaq hər hansı bir qeyri-konstruktiv və disfunksional səciyyə daşıyan addım nəticə etibarilə Cənubi Qafqazı “barıt çəlləyi”nə - destabil bir məkana çevirə bilər. Bu isə ümumilikdə, beynəlxalq təhlükəsizlik üçün təhdid yaradan başlıca dağıdıcı meyillərdən və faktorlardan birini təşkil edə bilər. Münaqişəşünaslıq elminin əsasları sübut edir ki, məhz bu cür münaqişələrin həllinə istər dünya ictimaiyyəti, istər aparıcı beynəlxalq təşkilatlar və aktorlar, istərsə də vasitəçi qurumlar xüsusi yanaşma göstərməlidirlər. çünki regional və qlobal miqyasda təhlükəsizliyin, strateji balansın və uzunmüddətli sabitliyin təmin edilməsi məhz bu cür dağıdıcı meyillərin aradan qaldırılmasından bilavasitə asılıdır. Dolayısıyla, münaqişənin həlli yönündə istər diplomatik vasitələrdən, istərsə də güc tətbiqi metodundan istifadə olunması yekdilliklə qəbul olunmuş zəruri praktik mexanizm hesab olunur.
Məhz bu mənada Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq meyillərini reallaşdırmaq qeyri-mümkündür. Onun üçün zərurətdir ki, BMT başda olmaqla, öz fəaliyyətində sülh və sabitlik amilini fundamental prinsip kimi qəbul edən dünyanın aparıcı təşkilatları münaqişənin ədalətli qaydada həllinə xüsusi töhfələr versinlər, işğalçı dövlətə qarşı effektiv islahedici metodlardan istifadə etsinlər. Eyni zamanda, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı və problemin həlli istiqamətində hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır. Əks təqdirdə Cənubi Qafqaz yeni müharibələr və qarşıdurmalar meydanına çevrilə bilər. Bu isə istər regional, istərsə də qlobal mənada heç bir dövlət və təşkilat tərəfindən arzuolunan hal hesab edilmir. Separatizm və kəskin qarşıdurmaların fonunda ortaya çıxan 2008-ci ilin avqust hadisələri-Rusiya-Gürcüstan müharibəsi deyilən fikri təsdiqləyən ən güclü dəlillərdən biridir. Qısacası, bütün beynəlxalq sənədlərdə ən yüksək səviyyədə qəbul edilən dövlətlərin ərazi bütövlüyü prinsipinə müvafiq qaydada Dağlıq Qarabağ probleminin həlli yönündə xüsusi və intensiv addımlar atılmalıdır...
Məhz bütün bunların fonunda qeyd etməliyik ki, müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar, həmçinin, onlarda təmsil olunan güc mərkəzləri (aparıcı milli dövlətlər nəzərdə tutulur-N.Q.) münaqişənin həlli ilə bağlı imperativ və operativ səciyyəli tədbirlər görməlidirlər. Məsələn, BMT bundan öncə qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı daha effektiv islahedici metodlara istinad etməli və prinsipial mövqe sərgiləməlidir. Liviyaya müdaxilə ilə bağlı BMT Təhlükəsizlik Şurasında 1973 saylı imperativ səciyyəli qətnamənin qəbulundan dərhal sonra aktiv əməliyyatlara başlanması faktı deməyə əsas verir ki, sözügedən təşkilat və Təhlükəsizlik Şurasında təmsil olunan aparıcı dövlətlər beynəlxalq hüquq normalarını əsas götürsələr, məhz bu zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hüquqi əsaslara söykənən qəti tədbirlər görmək mümkün olar. ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24”-Rusiya informasiya telekanalına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, neçə illər keçməsinə və praktiki olaraq bütün beynəlxalq təşkilatların müvafiq qərarlar və qətnamələr qəbul etməsinə baxmayaraq, münaqişə hələ də tənzimlənməmişdir: “BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir və onların heç biri reallaşmamışdır. Təhlükəsizlik Şurasının Liviyaya dair qətnamələri qəbul ediləndən, sözün həqiqi mənasında, bir neçə saat sonra onların həyata keçirilməyə başlanmasını, Dağlıq Qarabağa dair qətnamələrin isə artıq 17-18 ildən bəri həyata keçirilmədiyini görəndə təbii olaraq belə bir sual yaranır: nə üçün? Burada bu cür operativliyə, bizimlə bağlı halda isə bu cür passivliyə səbəb nədir?”
Bəli, göründüyü kimi, qlobal güc mərkəzləri hələ ki, özlərinin transmilli maraqlarını beynəlxalq hüquq normalarından üstün tuturlar. İstər Liviya hadisələri, istərsə də Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son durum bunu deməyə əsas verir.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14

