Azərbaycanla Serbiya arasında əlaqələr dinamik və intensiv xarakter daşıyır
15.06.2011 [09:31]
Azərbaycanla Serbiya arasında siyasi-iqtisadi əməkdaşlıq son illər yüksələn xətt üzrə inkişaf etməyə başlayıb. Əslində, birgə əlaqələr respublikamızın dövlət müstəqilliyini bərpa etməsindən sonra inkişaf etməyə başlasa da, Serbiya keçmiş Yuqoslaviyanın tərkib hissəsində olduğu dövrdə də Azərbaycanla bir sıra sahələrdə münasibətlərə malik olub. Rəsmi Belqrad ilə Bakı arasında uzun illər iqtisadi və siyasi bölmələri əhatə edən təmaslar qeydə alınıb. Son illər tərəflər arasında qarşılıqlı münasibətləri möhkəmləndirən bir sıra sazişlərin imzalanması isə əlaqələrə daha möhkəm təməl yaradıb. Hazırda hər iki ölkə siyasi və iqtisadi sahələrdə sıx münasibətlərə malikdir.
Bir neçə il əvvəl ölkələr arasında yaradılmış hökumətlərarası komissiyanın intensiv fəaliyyəti bu iki dövlətin siyasi-iqtisadi münasibətlərinə yeni dinamizm elementlərinin əlavə edilməsinə səbəb olub. Bundan başqa son illərdə möhkəm təməllər üzərində dərinləşən Azərbaycan-Serbiya əlaqələri ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fazasına qədəm qoyub. Tərəflər əməkdaşlığın çox geniş olan komponentləri üzrə razılaşma əldə etməklə, uzunmüddətli əlaqələrin möhkəmlənməsinə dərin əsaslar yaradıblar. Azərbaycan Serbiyanın, Serbiya isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Beynəlxalq hüququn vacib, təməl prinsipləri olan bu prinsiplər hər iki tərəfin siyasi əlaqələrində başlıca yer tutur.
Onu da qeyd edək ki, Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın başlıca komponenti enerji sektoru ilə bağlıdır. Rəsmi Belqrad enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək istəyir. Serbiya prezidenti Boris Tadiçin qeyd etdiyi kimi Azərbaycanın bu gün bölgədə böyük həcmdə neft və qaz hasil edən ölkəyə çevrilməsi və mövqelərinin qlobal səviyyədə güclənməsi serbləri ölkəmizlə sıx əməkdaşlığa vadar edir. Respublikamızın regionda böyük layihələrə imza atması, hər il yeni marşrutların çəkilməsində əsas təşəbbüskar kimi çıxış etməsi Serbiyanın bu proseslərə qoşulması üçün əlavə imkanlar açır.
Belə ki, rəsmi Belqrad Azərbaycanın müəllifi olduğu AGRİ layihəsinin strateji əhəmiyyətini nəzərə alaraq bu marşruta qoşulmağa çalışır. B.Tadiçin fikrincə, Gürcüstan, Rumıniya və Azərbaycanın, eləcə də, Macarıstanın bu layihənin tez bir zamanda reallaşması üçün göstərdiyi səylər Serbiyanı da AGRİ-yə qoşulmağa vadar edir: “ümid edirəm ki, bir neçə il sonra bu, artıq reallığa çevriləcəkdir. Serbiyanın bu məsələdə strateji maraqları vardır. Serbiya bu layihəyə qoşulmaq istəyir və cənab Prezidentlə mən bu məsələni müzakirə etdik. İndi bir daha iradəmizi bildirdik ki, biz bu layihəyə qoşulmaq istəyirik. Serbiya qaz təchizatını şaxələndirmək fikrindədir və Azərbaycan əslində bizim çox gözəl, perspektivli tərəfdaşlarımızdan biridir”.
Azərbaycan Prezidenti İlham Əliyev isə iki ölkə arasında münasibətlərin çox sürətlə inkişaf etdiyini, əlaqələrin dinamik və intensiv xarakter daşıdığını qeyd edərək dövlət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin inkişafına güclü təkan verdiyini bildirib: “Mənim bugünkü səfərim onu göstərir ki, aramızda güclənən siyasi dialoq doğrudan da strateji xarakter daşıyır və biz ikitərəfli münasibətlərə məhz bu nöqteyi-nəzərdən yanaşırıq”.
Dövlətimizin başçısı bütün sahələrdə ikitərəfli formatda əməkdaşlığın daha da dərinləşməsi və regional əməkdaşlıq meyillərinin gücləndirilməsi üçün birgə təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Balkan regionunu Xəzər və Qafqaz regionları ilə birləşdirə biləcək strateji layihələrin mövcudluğunu xatırladaraq bu marşrutlarda, o cümlədən, AGRİ layihəsində Serbiyanın iştirak etmək niyyətini müsbət dəyərləndirib: “Biz Serbiyanın AGRİ layihəsinə qoşulmaq təşəbbüslərini böyük məmnuniyyətlə alqışlayırıq. Bildiyiniz kimi, bu layihə bu yaxınlarda müzakirə mövzusuna çevrilmişdir və birinci sammit Bakıda keçirilmişdir. Hazırda AGRİ layihəsi üzrə araşdırmalar aparılır, texniki-iqtisadi əsaslandırma hazırlanır. Biz çox istərdik ki, Serbiya da bu layihəyə qoşulsun. Nəzərə alsaq ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları hazırda müxtəlif bazarlara nəql edilir və bizim üçün yeni bazarlar çox maraqlıdır. Biz ümid edirik ki, zəngin qaz potensialımızı maksimum dərəcədə reallaşdıra bilərik”.
Azərbaycan və Serbiya digər iqtisadi sahələrdə də əlaqələrin geniş miqyas almasına çalışırlar. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi onların mövcud iqtisadi potensialını əks etdirmədiyindən biznes qurumlarının iştirakı ilə ikitərəfli təmasları gücləndirməyə ehtiyac var. Serbiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin ötən ilki həcmi təxminən 25 milyon dollara bərabər olub. Təbii ki, bu göstərici tərəfləri qane edə bilməz və əməkdaşlığın daha da inkişafına nail olmaq əsas prioritetlərdəndir. Hər iki tərəf qarşılıqlı sərmayələri cəlb etmək, birgə müəssisələr yaratmaq, iri investisiya layihələrində təmsil olunmaq üçün təkliflər hazırlayacaq. Eyni zamanda, iş adamları arasında əlaqələri intensivləşdirmək, biznes-forumlar təşkil etmək qərara alınıb.
Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişin imzalanması hər iki ölkənin biznes qurumları, dövlət şirkətləri, iqtisadi qurumları arasında münasibətlərin genişlənməsinə, sıx əlaqələrə öz töhfəsini verəcək. Serbiya ölkəmizlə maşınqayırma, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi, məişət mallarının birgə istehsalı üçün müəssisələrin yaradılması və bank sektorunda əməkdaşlıq istiqamətlərini təklif edir. Bundan başqa, bu ölkə nəqliyyat, infrastruktur, energetika sahələrində əməkdaşlığa böyük maraq göstərir. Serblər son illər Azərbaycanın tikinti bumunun mühüm nəticələrini nəzərdən keçirərək bu sahədə də əməkdaşlığa başlamağa çalışır. Ən əsası isə odur ki, serbiyalı iş adamları respublikamızın tikinti şirkətlərinin öz ölkələrinin inşaat sektoruna cəlb olunmasını istəyirlər.
Azərbaycanın yüksək inkişaf edən yol-nəqliyyat sektorundakı dinamikanı görən Serbiya hökuməti yol, körpü, yeraltı keçid və digər nəqliyyat infrastrukturlarının yaradılmasında da respublikamızın köməyinə ehtiyac duyur. Prezident Boris Tadiçin vurğuladığı kimi nəqliyyat infrastrukturu sahəsində Azərbaycan şirkətləri çox inkişaf edib və dünya miqyasında tanınır. Ona görə də, bu infrastruktur sahəsində əməkdaşlığa böyük maraq var. Artıq tərəflər arasında bu sahədə mühüm saziş imzalanıb və yaxın vaxtlarda birgə layihələrin icrasına başlanacaq. Azərbaycan nəqliyyatçıları Serbiyada dəmiryolu xəttinin tikintisində iştirak edəcəklər. ümumiyyətlə, serb hökuməti çindən Xəzər dənizi regionuna qədər uzanan nəqliyyat-kommunikasiya sistemlərinin yaradılmasında ölkəmizin imkanlarını yüksək qiymətləndirir və Azərbaycan vasitəsilə Avropa-Asiya transkontinental marşrutunun reallaşmasını daha məqbul hesab edir.
Bundan başqa, Serbiya respublikamızla fövqəladə hallar, gömrük işi, qarşılıqlı yardım, elm və təhsil, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, energetika, mülki aviasiya sahəsində əməkdaşlıq haqqında sazişləri imzalamaqla perspektiv əlaqələrə dərin baza yaratmış olub.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58

