Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin prioritetlərindəndir
21.06.2011 [09:59]
20 iyun ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Hər il həmin tarixdə dünyanın müxtəlif yerlərində olan qaçqın və məcburi köçkünlərlə bağlı çeşidli tədbirlər keçirilir, onların üzləşdikləri problemlərin həlli yolları araşdırılır. Onu da qeyd edək ki, Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətin nəticəsində bu gün bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb. Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistan silahlı qüvvələri artıq 20 ilə yaxındır ki, ölkəmizin 20 faizdən yuxarı hissəsini işğal altında saxlayır. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı qəbul olunan beynəlxalq sənədlər, o cümlədən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə isə rəsmi Yerevan tərəfindən icra olunmayıb. Ermənistan bütün beynəlxalq konvensiyaları heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü pozub və hələ də pozmaqdadır. Bütün bunlarla yanaşı isə, Ermənistanın işğalının davam etməsi nəticəsində artıq 20 ilə yaxındır ki, qaçqın və məcburi köçkün durumuna düşmüş Azərbaycan vətəndaşlarının hüquqları pozulur.
Onu da xüsusi olaraq qeyd edək ki, doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olub. ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində olduqca mühüm addımlar atılıb. Ulu öndərin 1998-ci ildə imzaladığı Sərəncama əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edilib. 1999-cu ildə Ulu öndərin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilib.
ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev də hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həllini prioritet olaraq diqqət mərkəzində saxlayır. Hələ 2003-cü ilin oktyabr ayında Biləsuvar rayonunda yerləşən çadır şəhərciyində qaçqın və məcburi köçkünlərlə görüşündə Prezident İlham Əliyev ölkəmizdə çadır şəhərciklərinin olmayacağı haqda vəd vermişdi. Bundan əlavə Prezident İlham Əliyev doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımların atılacağını bildirmişdi. ötən müddət ərzində bu vədlər tam olaraq yerinə yetirildi, ölkəmizdə çadır şəhərcikləri ləğv edildi, həmçinin, qaçqın və məcburi köçkünlərin yaşaması üçün yeni qəsəbələr salındı.
ümumiyyətlə, qeyd etmək lazımdır ki, 2003-cü ildən bu yana qaçqın və məcburi köçkünlərin rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” isə bu mənada xüsusi əhəmiyyətə malikdir. Məlumat üçün bildirək ki, həmin Dövlət Proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev 2004-cü il sentyabr ayının 11-də Bərdə rayonuna səfəri zamanı həmin rayonun ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşündə də bu məsələyə xüsusi olaraq toxunmuşdu: “ölkədə mövcud olan çadır düşərgələri tezliklə ləğv olunacaq və məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcəkdir”.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamına və yeni Dövlət Proqramına uyğun olaraq Dövlət Neft Fondundan ayrılan vəsait hesabına sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılıb, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv olunması təmin edilib. 2006-cı il martın 1-də təməli qoyulan Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin tikintisi 2007-ci ildə başa çatdırılıb.
Eyni zamanda, Ağdam və Ağcabədi rayonlarında yeni salınmış qəsəbələrdə ümumi sahəsi 190632 kv.metr olan 3860 yaşayış evi ilə yanaşı, 15 məktəb binası, 5 uşaq bağçası, 1 xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11 hamam, 10 inzibati bina, 1 yanğın postu tikilib, 113,8 km yol, 139,2 km su xətti, 43,2 km qapalı irriqasiya sistemi, 211,9 km elektrik hava xətti çəkilib, 124 artezian quyusu qazılıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsi üçün yaşayış evləri tikilərək istifadəyə verilib, Saatlı rayonunda Yunanıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan sektorunun tikintisini həyata keçirən “Contractors İnternational Company” (CCİC) şirkətinin vəsaiti hesabına salınmış 100 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi təmin edilib.
Görülən tədbirlər nəticəsində Azərbaycanda mövcud olmuş çadır düşərgələri ləğv edilib. Bakı şəhəri, Sabunçu rayonu ərazisindəki “Qərənfil” sanatoriyasında müvəqqəti məskunlaşmış 39 məcburi köçkün ailəsi üçün 2006-cı ilin oktyabrında Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Xəzər rayonu ərazisindəki “Zuğulba” sanatoriyasında müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün Sabunçu rayonu, Ramana qəsəbəsində salınmış yeni qəsəbədə fərdi evlər tikilərək istifadəyə verilib. Həmçinin, yeni Dövlət Proqramına uyğun olaraq Xocalı rayonundan olan 500 ailə üçün Goranboy rayonu ərazisində, Xocavənd rayonundan olan 500 ailə üçün isə Beyləqan rayonu ərazisində yeni qəsəbələrin salınması məqsədi ilə müvafiq torpaq sahələri ayrılıb. Orada da qəsəbələrin tikintisi başa çatdırılıb və qaçqın və məcburi köçkünlərə verilib.
Prezident İlham Əliyevin 2010-cu ilin fevralında imzaladığı “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam da məhz dövlətin qaçqın və məcburi köçkünlərə ayırdığı diqqətin növbəti bariz nümunəsidir. Sərəncamda qeyd edilir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınıb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisələri, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Proqramına uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3 milyon manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib. Sənəddə Dövlət Neft Fonduna qurumun 2010-cu il büdcəsi layihəsində məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi üçün müvafiq məbləğdə vəsait nəzərdə tutmaq tapşırılıb. ümumiyyətlə, ölkə başçısı hər zaman bildirib ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin prioritet məsələsidir. Bu məqsədlər üçün dövlət başçısı tərəfindən 16 Fərman və Sərəncam imzalanıb. Bu fərman və sərəncamlar, həmçinin, qısa müddət ərzində Azərbaycanda çadır şəhərciklərinin ləğvi üçün əsas təkanverici rolu oynayıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın və işğal altında olan ətraf rayonların işğaldan azad edilməsi istiqamətində fəaliyyətini də uğurla davam etdirir. Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra bu ərazilərdə yeni infrastrukturlar qurulacaq, geniş işlər aparılacaq: “Mən əminəm ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra biz həmin ərazilərdə böyük işlər görəcəyik. Orada bütün infrastrukturlar, bütün binalar dağıdılıbdır. Bunu həm oraya gedən insanlar, eyni zamanda, beynəlxalq müşahidəçilər deyirlər. Erməni vandalları orada talançılıqla məşğul olurdular. Onlara lazım olan bütün şeyləri oradan oğurlamışlar, dağıtmışlar, qalan binaları da dağıtmışlar. Ona görə böyük təmir-bərpa, yenidənqurma lazımdır. Faktik olaraq, biz bu qəsəbələri, şəhərləri yenidən yaratmaq üçün bütün gücümüzü səfərbər etməliyik və bunu edəcəyik”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03

