Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Brüsseldə Prezident İlham Əliyevin Şarl Mişel ilə görüşü olub YENİLƏNİB

Brüsseldə Prezident İlham Əliyevin Şarl Mişel ilə görüşü olub YENİLƏNİB

14.05.2023 [12:20]

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Görüşdə dövlətimizin başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirdi. 

Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə etdilər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olundu.

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30