Azərbaycan-Türkiyə münasibətləri regionda stabilliyin əsas təminatçısıdır
29.07.2011 [10:37]
Danılmaz həqiqətdir ki, qonşu dövlətlər arasında münasibətlərin inkişaf səviyyəsi həmin regionun siyasi sabitliyinə, hərbi təhlükəsizliyinə təsir göstərən başlıca amillərdəndir. Bu baxımdan, dostluq, qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərpasına mühüm töhfədir. Əksər ekspertlərin vurğuladığı kimi, Azərbaycanla Türkiyənin münasibətləri bütün dünyaya nümunə ola bilər. Buna səbəb iki ölkə arasındakı münasibətlərin ali bəşəri dəyərlərə, dostluq, qardaşlıq prinsiplərinə, bütün sahələrdə qarşılıqlı hörmət əsasında qurulan faydalı, bərabərhüquqlu əməkdaşlığa söykənməsidir. Bu əlaqələr iki ölkə xalqlarının mənafeyinin müdafiəsinə, rifahının yüksəlməsinə xidmət etməklə yanaşı, regionun stabil və təhlükəsiz gələcəyinə də töhfədir.
Lakin nə qədər təəssüfləndirici olsa da, sirr deyil ki, regionda müəyyən qərəzli və qəsbkar maraqların reallaşmasına çalışan dağıdıcı qüvvələr də mövcuddur. Xüsusən də, Ermənistanın qonşu dövlətlərə münasibətdə yeritdiyi aqressiv siyasət bu ölkəni regionun başlıca təhlükə mənbəyinə çevirib. İşğalçı ölkə rəhbərliyinin region ölkələrinə qarşı xəstə təfəkkürdən irəli gələn bitib-tükənməyən iddiaları bölgədə hərbi-siyasi gərginliyi artırır. Məlum olduğu kimi, bu gün Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistan işğalı altındadır, 1 milyondan artıq azərbaycanlı isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalı ilə kifayətlənməyən Ermənistan rəhbərliyi Türkiyəyə qarşı qondarma “soyqırım” və ərazi iddiaları ilə də çıxış edir. Ermənistanın təcavüzkar siyasəti ilə üzləşən Azərbaycan və Türkiyə haqlı olaraq neçə illərdir ki, bir-birinə qardaş dəstəyi göstərir.
Məlum olduğu kimi, qardaş Türkiyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına və qondarma “soyqırımı” iddialarına cavab olaraq 1993-cü ildən bu ölkə ilə sərhədləri bağlayıb. Nəticədə, bölgədəki siyasi, iqtisadi, humanitar, mədəni əməkdaşlıqdan təcrid olunan Ermənistan nəinki heç bir sahədə irəliləyiş əldə edə bilmir, əksinə hər gün məhvə doğru bir addım da yaxınlaşır. Buna baxmayaraq, işğalçı ölkə təcavüzkar siyasəti, təxribat xarakterli fəaliyyəti hələ də davam etdirməkdədir. Belə ki, hər vəchlə Azərbaycanla Türkiyənin münasibətlərinə zərbə vurmağa çalışan Ermənistan bununla öz çirkin niyyətlərinin reallaşmasına cəhd göstərir. Azərbaycan torpaqlarının işğalından əl çəkmək istəməyən Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına nail olmaqla düşdüyü çətin vəziyyətdən qurtulmaq istəyir.
Lakin möhkəm qardaşlıq, dostluq, strateji tərəfdaşlıq əlaqələrinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinə xələl yetirmək heç də asan deyil. Bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”.
Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanla Türkiyə ortaq siyasi maraqlara sahibdir. Bunun da göstəricisi olaraq, hər iki ölkə prinsipial əhəmiyyət daşıyan məsələlərdə daim bir-birinin mövqeyini müdafiə edir. Azərbaycan tərəfi hər zaman Türkiyənin PKK terror təşkilatına qarşı apardığı mübarizədə qardaş ölkəni dəstəkləyir. Terrora məruz qalan, terrorun nə demək olduğunu yaxşı anlayan bir ölkə kimi Azərbaycan bu haqlı mübarizədə Türkiyənin yanındadır. öz növbəsində, qardaş Türkiyə də hər zamankı kimi, bu gün də Azərbaycanın problemlərinə böyük həssaslıqla yanaşır. 1990-cı illərin əvvəllərində olduğu kimi, bu gün də rəsmi Ankara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə eyni qətiyyətli mövqedən çıxış edir. Ermənistanın bütün siyasi manevrlərinə, təxribat xarakterli bəyanat və əməllərinə baxmayaraq, Türkiyə işğalçı Ermənistana qarşı təzyiqlərini qətiyyətlə davam etdirir.
Ermənistan tərəfinin bütün səylərinə, bir sıra hallarda isə ermənipərəst beynəlxalq qüvvələrin göstərdiyi təzyiqlərə baxmayaraq, Azərbaycan torpaqları işğaldan azad edilməyincə Türkiyə bu ölkə ilə sərhədləri açmamaqda israrlıdır. Bakıya səfəri zamanı Baş nazir Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər rəsmi Ankaranın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiq edir: “Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz - hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik”.
Beləliklə, Azərbaycan-Türkiyə əməkdaşlığı bu gün uğurla davam etdirilir. Bu əməkdaşlıq bölgənin Qərbə inteqrasiyasına, beynəlxalq rolunun artmasında olduqca faydalıdır. Ərazi bütövlüyü prinsipinə hörmət etməyən, beynəlxalq hüququn tələblərini kobudcasına pozan Ermənistan isə bu əməkdaşlıqdan kənarda qalmaqla layiq olduğu vəziyyətlə üzləşib.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

