Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli norveçli səyyah və alim Tur Heyerdalın ailə üzvlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli norveçli səyyah və alim Tur Heyerdalın ailə üzvlərini qəbul edib

31.10.2011 [18:11]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən dünya şöhrətli norveçli səyyah və alim Tur Heyerdalın ailə üzvlərini qəbul edib.
Dünya şöhrətli səyyahın oğlu Tur Heyerdal ailə üzvləri adından çıxış edərək atasının xalqımızın ümummilli lideri Heydər Əliyevlə  görüşlərini məmnunluqla xatırlayıb. O, atasından Azərbaycanla bağlı daim xoş sözlər eşitdiyini vurğulayıb.
Dövlətimizin başçısı Tur Heyerdalın Azərbaycana böyük maraq göstərməsinin və ölkəmizlə bağlı söylədiyi fikirlərin önəmini qeyd edib. Prezident İlham Əliyev Tur Heyerdalın ailəsinin ölkəmizə səfərinin Azərbaycanla daha yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını deyib.
Paylaş:
Baxılıb: 978 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30