Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

22.12.2011 [10:43]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkəmizin Avropa institutları ilə əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu ilin sentyabrında Polşada “Şərq Tərəfdaşlığı” Proqramına qoşulan ölkələrin uğurla keçən sammitinin önəmini qeyd edib. Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana və özünün Brüsselə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bütün bu tədbirlərin ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı baxımından əhəmiyyətli olduğunu deyib. Dövlətimizin başçısı Uilfrid Martensin ölkəmizə səfərinin Avropa Xalqları Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martens “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini dövlətimizin başçısına təqdim edib. Uilfrid Martens Yeni Azərbaycan Partiyasında keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verib. O, rəhbərlik etdiyi Avropa Xalqları Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığının genişləndirilməsinə maraqlı olduğunu bildirib.
Paylaş:
Baxılıb: 935 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30