Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filatı qəbul edib

Prezident İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filatı qəbul edib

18.01.2012 [23:13]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Moldova Respublikasının Baş naziri Vladimir Filatı qəbul edib. Dövlətimizin başçısı Moldova Respublikasının Baş naziri Vladimir Filatla Varşavada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin inkişaf tarixinin müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev yeni mərhələdə  münasibətlərimizin inkişafına təkan verməyin vacibliyini bildirib. ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın  genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu deyib. Prezident İlham Əliyev Baş nazir Vladimir Filatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan ilə Moldova arasında münasibətlərin həmişə dostluq prinsiplərinə əsaslandığını deyən Baş nazir Vladimir Filat ölkələrimizin əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb. Baş nazir ümidvar olduğunu bildirib ki, ölkəmizə  səfəri Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsinə yaxşı imkan yaradacaq.
Paylaş:
Baxılıb: 821 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30