Leyla Əliyevanın əsərlərində doğma Vətənə sonsuz sevgi duyulur
25.01.2012 [00:56]
Mən də bu hisslərlə qalereyanın gözəl binasına yaxınlaşıb ona doyunca tamaşa etdikdən sonra foyeyə daxil oldum. Buradakı zövqlə tərtib edilmiş masaların üstündə “Baku” jurnalının ingilisdilli iki nömrəsinin nüsxələri, kompakt disklər, Azərbaycan haqqında yüksək poliqrafik səviyyədə tərtib edilmiş çap məhsulları düzülmüşdü. Elə buradaca “Bakıya uçuş” adlı sərgi haqqında materiallar diqqəti cəlb edirdi.
Həmin materialları gözdən keçirəndə məlum oldu ki, sərgiyə gələnlərin diqqətinə iyirmi bir müəllifin işləri təqdim ediləcək. Onların arasında təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya və video kimi istiqamətlər üzrə çalışan Ağa Hüseynov, Aida Mahmudova, Əli Həsənov, Altay Sadıqzadə, Əliyar Əlimirzəyev, Ənvər Əsgərov, Leyla Əliyeva və digər sənət adamları vardı.
Sərginin anonsu ilə tanış olduqdan sonra hələ işıqlandırılmamış zalları oğrun gözdən keçirdim və burada sərgilənmiş işlərə baxandan sonra bir daha başa düşdüm ki, qalereyada təsvirəgəlməz həyəcanlı ab-havanın sirrini tapmışam. Bəli, bu gün burada müasir Azərbaycan incəsənətinin ən istedadlı sənətkarlarının əsərlərindən ibarət sərginin açılışı olacaq. Bu əsərlərin müəllifləri arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla xanım Əliyeva da var. Sərgidə Londonun bütün say-seçmə sənət adamları, incəsənət dünyasının elitası, dünya miqyaslı məşhurlar, əsl gözəllik sərrafları iştirak edəcəklər.
Leyla xanımın bir həftə əvvəl AzərTAc-a verdiyi müsahibə yadıma düşdü. Leyla xanım həmin müsahibədə demişdi ki, İngiltərə paytaxtında ilk dəfə belə bir sərgi keçirmək planlaşdırılır.
Budur, indi mən qalereyanın zallarından birinin mərkəzindəyəm. Sərginin təntənəli açılış mərasiminə bir neçə saat qalır. Mənim bəxtim gətirmişdi - burada, İngiltərə paytaxtının lap mərkəzində təsviri sənətin müxtəlif istiqamətlərini təmsil edən istedadlı Azərbaycan rəssamlarının yaradıcılığı ilə birinci tanış olanlardan biri mən olacağam.
Sərgidə nümayiş etdirilən işləri tələsmədən, bir-bir gözdən keçirdim, hələ tamaşaçıların olmadığı zalların ortasında sərgilənən heykəltəraşlıq əsərlərini müxtəlif tərəflərdən müşahidə etdim və yalnız öz sakit addımlarımın səsini eşitməklə bu işlərin müəlliflərinin obrazına daxil olmağı, xəyalən onların emalatxanalarına baş çəkməyi və bu əsərləri yaratdığı anda onların keçirdiyi hissləri yaşamağa çalışdım.
Bu işlərin hər biri insanı özünəməxsus tərzdə heyran edir. Leyla xanım Əliyevanın fırçasının məhsulu olan əsərlər həm xalqımızın qədim folkloru (məsələn, Azərbaycan xalq nağıllarından ibarət “Biri var idi, biri yox idi” kitabının rus və ingilis dillərində nəşrə hazırlanan variantlarına müəllifin illüstrasiyaları), həm də müasirlərimizin dünyagörüşünü, onların keçirdiyi hissləri əks etdirir. “Həyat davam edir” adlı əsər məni xüsusilə heyrətləndirdi. Burada insanın əvvəllər məruz qaldığı tale sınaqları və gələcəyə ümidlə dolu baxışları əks olunub. “Nar” və “Nar ağacı” rəsmləri bərəkətli Vətənimizə hədsiz sevginin təcəssümüdür. “Böyük beşlik” rəsmi isə Azərbaycanın bənzərsiz təbiətinin rəmzlərini: dağ zirvələrinin və səmanın məğrur sahibi qartal, ələkeçməz Qafqaz bəbiri, əyripəncə ayı, gözəl ceyran və türk xalqlarının rəmzi sayılan qurd əks olunub. Leyla xanım Əliyevanın və digər iyirmi sənətkarın əsərlərinə baxmaqdan doymaq olmur, insan bu əsərləri yaradanların duyğularına və emosiyalarına şərik olur.
Məsələn, tavandan saplarla asılmış “kağız təyyarələr” formasında rəngbərəng şüşələrin işıq harmoniyasına hətta müasir incəsənətdən o qədər də başı çıxmayan tamaşaçı da laqeyd qala bilməz. Bu şüşələrə baxanda uşaqlıq illərimizdə binaların yuxarı mərtəbələrinin pəncərələrindən həyətə atmağı hamımızın xoşladığı əyləncələri yada salır. Otağın divarlarına diqqətlə baxmasan bu sapdan asılı şüşələrin mənasını başa düşmək asan deyil: otağın o biri küncündə qoyulmuş proyektordan çıxan işıq seli bu rəngbərəng şüşə təyyarəciklərin gövdəsindən əks edərək divarda Bakı buxtasının, Qız qalasının, İçərişəhərin, dənizin dərinliklərinə gedən buxta və estakadanın təsvirlərini yaradır. Bir qədər irəli gedərək qeyd etməliyəm ki, Mehriban xanım Əliyeva sənətkarların işləri ilə tanış olarkən bu əsər onu həqiqətən heyran edib.
Adi nazik taxtaları birləşdirməklə yaradılmış, məna etibarilə yuxarıda təsvir edilənə oxşar iş də heç kəsi laqeyd qoymadı. İlk baxışda bunlar adi taxta parçaları, tikinti tullantılarıdır. Lakin bu taxta parçalarından düzəldilmiş hörümçək torundan keçən işıq seli otağın o biri divarında gözəl bir şəbəkə, naxışın mərkəzində isə ulduz təsviri yaradırdı. Hər bir əsərin bənzərsizliyi barədə danışmaqla qurtarmaz. Şübhəsiz, burada yaxşıların yaxşısı toplanmışdı.
İlk dəfə belə bir sərginin keçirildiyi yer kimi məhz Londonun seçilməsi heç də təsadüfi deyil. İngiltərə paytaxtı dünya sənət xəzinəsi kimi ad çıxarıb. Burada çoxlu muzeylər, sənətşünaslıq institutları, qalereyalar var. Sərginin məhz Londonda keçirilməsi böyük ictimai əks-səda doğurur və Azərbaycan sənətkarlarının nailiyyətlərini xaricdə populyarlaşdırmağa əlavə təkan verir.
Bu günlərdə qalereyanın qapıları sərgiyə gələnlərin üzünə açıq. Bu genişmiqyaslı mədəni tədbirin keçirilməsi təşəbbüsünün müəllifi Leyla xanım Əliyevadır.
Tədbir müstəqil art-konsultant Erve Mikaelofun kuratorluğu və “Phillips de Pury & Company” şirkətinin rəhbəri Simon de Pürinin konseptual-təşkilati dəstəyi ilə keçirilir. Leyla xanım bu yaxınlarda AzərTAc-a verdiyi müsahibədə haqlı olaraq qeyd edib ki, bu insanlar incəsənət aləmində yaxşı ad çıxarmış məşhur simalardır. Leyla xanım həmin müsahibədə ümid etdiyini bildirmişdi ki, azərbaycanlı müəlliflərin işləri öz tamaşaçısını tapacaq və bu sərgi istedadlı gənc azərbaycanlıları dünya sənət meydanına çıxarmağın təməlini qoyacaq. Bu sərgi bizim mədəniyyətimizi və milli bənzərsizliyimizi nümayiş etdirmək üçün daha bir fürsətdir. O, qeyd edib ki, son illərdə Azərbaycanda çox istedadlı gənclər yaranıb. Onlar rəssamların, heykəltəraş və musiqiçilərin əvvəlki nəsilləri kimi dünya sənət xəzinəsinə öz töhfələrini verə bilərlər. Bu gün Bakıda mövcud ab-hava müasir incəsənətin inkişaf etdirilməsi üçün hər cür şərait yaradır və dünya səviyyəsində tamdəyərli sərgilər hazırlamağa imkan verir.
Leyla xanım bizim agentliyə müsahibəsində qürurla demişdi: “Azərbaycanı belə bir nüfuzlu yerdə təmsil etmək böyük məsuliyyətdir”.
Simon de Püri də həmin sərginin təşkil edilməsi ideyasının necə yaranması barədə sirrini bölüşərək deyib: “2011-ci ilin yayında mən xanımımla birlikdə ilk dəfə Bakıya getmişdik. Orada rəssamların işləri ilə tanış olduq, bu işlərin keyfiyyəti və orijinallığı bizi heyran etdi. Nəticədə bu sərgini keçirmək ideyası yarandı, Erve Mikaelof isə sərginin kuratoru kimi çıxış etdi”.
“Phillips de Pury & Company” şirkəti yeganə beynəlxalq hərrac evidir ki, onun fəaliyyəti yalnız müasir mədəniyyətlə bağlıdır. Bununla əlaqədar, həmin şirkət müasir incəsənət əsərlərini, qrafika janrında görülmüş işlərin, fotoşəkillərin, çap məhsulları və zərgərlik məmulatlarının satışı sahəsində lider mövqe tutur. Şirkətin nadir ekspertlər komandası sayəsində formalaşmaqda olan bazarlarda yeni meyillərə əsaslanan iş təcrübəsi toplanıb.
Nəhayət, sərginin çoxdan gözlənilən açılış mərasimi baş tutdu. Leyla xanım etiraf edir ki, bu sərginin keçirilməsi ideyası bir neçə il ərzində yetişib.
Azərbaycanın nailiyyətlərini, o cümlədən incəsənət sahəsində uğurlarını xaricdə populyarlaşdırmaq baxımından “Bakıya uçuş” sərgisinin əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Mübaliğəsiz demək olar ki, Avropa paytaxtlarında keçirilməsi nəzərdə tutulan silsilə sərgiləri “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndələrinin qələbəsi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və ya digər nailiyyətlərlə müqayisə etmək olar. Bütün bu qələbələr və düşmənlərimizdə həsəd hissi doğuran əlamətdar hadisələr inandırıcı şəkildə göstərir ki, Azərbaycan düz yolla irəliləyir. Bu, yeni zirvələrin fəth edilməsi, dünya dövlətləri birliyində layiqli yer tutmaq yoludur. Səmimi etiraf etməliyik, bir vaxtlar bizə hər tərəfdən təlqin edirdilər ki, biz dünya miqyaslı nailiyyətlər qazanmağa qabil deyilik, biz müstəqil dövlət qurmağa və hansısa “xilasedici” mərkəz olmadan yaşamağa hazır deyilik. Bütün bunları bizə təlqin edənlər bizdə özümüzə inamsızlıq hissi aşılamağa çalışırdılar. Lakin bizim yaxın vaxtlarda qazandığımız (və əlbəttə, gələcəkdə də qazanacağımız) qələbələr bütün dünyaya sübut etdi ki, həmin adamlar çox yanılırdılar. Biz hamıya sübut etdik ki, özümüz müstəqil şəkildə dünya səviyyəli zirvələri fəth etməyi bacarırıq.
Artıq bu gün Azərbaycanın regionda bütün göstəricilər üzrə lider olması mübahisəsiz faktdır. özü də bu uğurlar torpaqlarımızın bir hissəsinin işğal edildiyi, ölkədə bir milyon qaçqın və məcburi köçkünün olduğu şəraitdə qazanılıb. Şübhə etmirik ki, bu problem də ədalətlə həll ediləcəkdir. Onda Azərbaycanın daha mühüm zirvələrə gedən yolunda heç bir maneə olmayacaq.
Vüqar Seyidov,
AzərTAc-ın xüsusi müxbiri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

