Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
07.02.2012 [12:38]
Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, demokratiya prinsiplərinin reallaşdırılması səviyyəsi baxımından heç də bir sıra Avropa dövlətlərindən geri qalmır. Dünyada insan hüquq və azadlıqlarına dair başlıca dəyərlər hesab olunan etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəsin qanun qarşısında bərabərliyi, söz, mətbuat, vicdan azadlığı, demokratik siyasi sistem, vətəndaş cəmiyyəti institutlarının geniş şəbəkəsi artıq respublikamızda formalaşıb. Azərbaycandakı demokratik inkişafı ölkə əhalisi ilə yanaşı, beynəlxalq ictimaiyyət də görür və dəyərləndirir.
Bu günlərdə Münxen Təhlükəsizlik Konfransının “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrində iştirak edən Prezident İlham Əliyev çıxışlardan sonra səsləndirilən suallardan birinə cavabında Azərbaycandakı demokratik inkişafı, insan hüquqlarının vəziyyətini dəyərləndirərək ölkədə siyasi sabitliyin olduğunu vurğulayıb: “Bizim çoxpartiyalı sistemimiz vardır. Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız vardır. Bizim azad mətbuatımız vardır. Bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır. Nəhayət, bizdə azad internet vardır. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır”.
Göründüyü kimi, Azərbaycan insan hüquq və azadlıqlarının təmin olunmasına, vətəndaşların informasiya əldə etmək və yaymaq imkanlarının sərbəstliyinə və genişliyinə görə, hətta bir sıra dövlətlər üçün nümunə də ola bilər. Azərbaycanın demokratik inkişaf yolunda inamlı addımları ölkəmizin BMT, Avropa İttifaqı, Avropa Şurası, AŞ PA, ATƏT, UNESCO və digər beynəlxalq təşkilatlarla möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına da imkan yaradıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə təsir göstərən amillər içərisində, heç şübhəsiz, respublikamızın demokratik azadlıqlar sahəsində əldə etdiyi nailiyyətlərin də böyük rolu olub. Beynəlxalq təşkilatlarla əlaqələr çərçivəsində müxtəlif dövlətlərin demokratiya institutları sahəsində təcrübəsindən yararlanan Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb.
Məlumdur ki, ölkənin demokratik və iqtisadi inkişafının paralel surətdə getməsi hər iki sferada qazanılan uğurların davamlılığını təmin edir. Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycan hərtərəfli inkişaf edən bir ölkədir, yəni, son illərdə ölkədə ümumi daxili məhsulun dəfələrlə artması, inflyasiyanın birrəqəmli həddə saxlanması, yoxsulluğun səviyyəsinin 7,6 faizə enməsi, bir milyondan artıq yeni iş yerinin yaradılması və digər amillər sayəsində iqtisadi sabitlik, sosial rifah təmin olunub. Bu isə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətlə getməsinə, bu istiqamətdə görülən tədbirlərin ən yüksək səmərəlilik göstəriciləri ilə müşayiət olunmasına imkan yaradır.
Bütün bu uğurlar ardıcıl və məqsədyönlü surətdə həyata keçirilən dövlət siyasətinin, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının layiqincə davam etdirilməsinin nəticəsidir. Məlum olduğu kimi, Azərbaycan demokratiya prinsiplərinin bərqərar olduğu indiki səviyyəyə heç də birdən-birə gəlib çatmayıb. Müstəqilliyin ilk illərində dərin siyasi, sosial, iqtisadi böhran keçirən ölkəmiz demokratik inkişaf yoluna ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiyanın müstəqil Azərbaycanın əsas hədəflərindən birinə çevrilməsi nəticəsində məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
Azərbaycanın hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yolunda atdığı ilk ən böyük addım 1995-ci il 12 noyabr referendumu ilə Konstitusiyamızın qəbul edilməsidir. Həmin gün keçirilən ilk parlament seçkiləri ilə vətəndaşlar qanunvericilik orqanının formalaşmasında iştirak edən real qüvvəyə çevrildi. Seçkidən-seçkiyə şəffaflığın artırılması sayəsində seçkili orqanların tərkibinin müəyyənləşdirilməsində xalqın iradəsinin obyektiv ifadəsi təmin edilib.
Bundan əlavə, 1998-ci ildə ölüm hökmü və KİV üzərindəki senzuranın ləğv olunması, sonrakı illərdə bələdiyyələrin, milli Ombudsman aparatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də, digər bu kimi addımlar Azərbaycanda hüquqi dövlət quruculuğunun uğurla həyata keçirildiyini təsdiq edir. Lakin Azərbaycan hökuməti bu vaxtadək görülən işlər və əldə olunan irəliləyişlərlə kifayətlənmir, yəni, vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasının, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Son zamanlar korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir.
Demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkədə uğurla irəliləyir. Bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı (QHT) dövlətin artan dəstəyini hiss edir. Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir. Bundan əlavə, QHT-lərin fəaliyyətinə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə də daim dövlət qayğısı göstərilir. Hər il QHT-lərin müxtəlif sahələr üzrə həyata keçirmək istədiyi layihələrə dövlət tərəfindən qrantlar ayrılır. 2012-ci ilin dövlət büdcəsində də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına böyük həcmdə vəsaitin ayrılması nəzərdə tutulub.
Beləliklə, Azərbaycan dünyada qəbul olunan demokratik dəyərlərə və ölkənin sosial-iqtisadi reallıqlarına əsaslanan özünəməxsus demokratik inkişaf yolu müəyyənləşdirib və bu yolda inamla irəliləyir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57

