AZƏRBAYCANIN MÜASİR DÖVLƏT QURUCULUÄžUNDA GƏNCLİYİN YERİ VƏ ROLU
11.04.2012 [00:11]
Bu baxımdan dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” fikri yada düşür. Onun “müstəqilliyimiz əbədidir” sosial-fəlsəfi konsepsiyası da məhz milli mənlik şüurumuzun təbiətini dəyərincə dərk etmək və mental xüsusiyyətlərin məntiqini dərindən öyrənməklə milli mentalitetimizin əsl mahiyyətinin başa düşülməsi zərurətinə əsaslanır. ümummilli lider Heydər Əliyevin siyasət fəlsəfəsinin strukturunda azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərlər sisteminin aparıcı faktorudur. Azərbaycançılığın üç başlıca meyarı-dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlərdir. “Hər bir azərbaycanlı milli mənsubiyyətinə,mentalitetinə görə qürur hissi keçirməlidir və biz Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adətlərini yaşatmalıyıq” fikri də məhz bu böyük insana məxsusdur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən amilin dil olduğunu göstərən Heydər Əliyev, eyni zamanda, islam dininin də bəşər sivilizasiyasına verdiyi töhvələri, xüsusilə mənəvi dəyərləri yüksək qiymətləndirmişdir. Milli-mənəvi dəyərlər abstraksiya deyil, gənclərimizin milli ruhda tərbiyə olunması, tariximizi, keçmişimizi, dilimizi, dinimizi, milliyyətimizi, milli ənənələrimizi bilməyimiz və onları yaşatmağımız, orduda sadəcə xidmət etmək deyil,vətəni sevmək, torpağa sadiq olmağımızdır. Təsadüfi deyil ki, “Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlı işi hər bir kəs özü seçir” söyləyən uzaqgörən Liderimiz mənəvi dəyərlərin inkişafında gənclərin rolunu xüsusi qeyd etmişdir. Bu baxımdan, müstəqil Azərbaycanda Ulu öndər Heydər Əliyevin rəhbər ideoloji tezisləri işığında yaranan və gənclərin təhsili, milli ruhda tərbiyələndirilməsi, vətənpərvərlik hisslərinin aşılanması yönümündə işlər görən çoxsaylı gənclər təşkilatlarını göstərmək olar.
Qeyd etdiyimiz kimi, dövrümüzün qabarıq tendensiyası hazırki gənc nəslin qarşısında daha böyük imkanlar açılması, ümumilikdə həyatın və yaşam tərzinin dəyişməsi, sürətli inkişaf, o cümlədən son zamanlar geniş vüsət alan Qərbə inteqrasiyadır. Lakin bu, heç də o demək deyil ki, müasirliyi, inkişafı əlində bayraq tutub öz “inkişafı” yolunda heç nəyi görməyən gənclərə haqq qazandırmalıyıq. çünki hər şeydən əvvəl, biz millətik və bu gün bizim bir millət kimi mövcud olmağımıza görə nə vaxtsa bu milli deqradasiya təhlükəsinə sinə gərib, özünəməxsusluqlarına görə inadlı mübarizə aparan sələflərimizə borcluyuq. Başqa bir tərəfdən, xalqımızın çox zəngin xüsusiyyətləri-əsrlərin sınağından çıxmış və artıq formalaşmış milli-mənəvi dəyərlər sistemi mövcuddur. Məhz bu baxımdan, ümummilli lider Heydər Əliyevin ictimai görüşlərində milli iftixar hissinin yüksəldilməsi, hər bir vətəndaşda dövlət rəmzlərinə daxili ehtiramın vacibliyi göstərilir, vətən amalı milli varlığımızın müqəddəs anlayışı kimi təhlil olunur.
Qədim müdrik kəlamlardan birində deyildiyi kimi: “Biz bu gün özümüzün sabahı ilə məşğul olmasaq, bu işi bizim yerimizə zaman görəcək”. Zaman isə bizim xeyrimizə işləyəcəkmi?.
Bu gün təkcə yaşamaqla həm də mübarizə aparırıq. Bunu poetika xatirinə təkcə mübarizə deyil, istənilən formada adlandıra bilərik, görünən odur ki, biz, həqiqətən də, yaşayırıq, vuruşuruq, müqavimət göstəririk, nəhayət özümüzü müdafiə edirik. Qloballaşmağa doğru sürət götürmüş müasir dünyada baş verən böyük olaylar, xüsusən də mədəniyyətlərin inteqrasiyası pərdəsi arxasında intellekt və milli dünyagörüşlərin yarışı, bəlkə də savaşı zamanı zəif mədəniyyətə malik olanların (həm də geniş mənada xalqların) yeri son sıradadır. Təsadüfi deyil ki, bütün hallarda istənilən sahədə yenilik hər zaman cəmiyyətə onun ən dinamik, çevik, enerjili və novator təbəqəsi - məhz gənclər tərəfindən gətirilir.
Bu baxımdan gənclərlə iş dövlət siyasətinin xüsusi- çox mühüm istiqamətini təşkil etməklə daim aktual olaraq qalır. Qeyd etmək lazımdır ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ümumilikdə gənclərin qarşısında duran problemlərə və onların həlli yollarına münasibəti kökündən dəyişməyə imkan yaratdı. Gənclərlə bilavasitə işin aparılması isə bu sahədə ixtisaslaşmış strukturun - 1994-cü il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasından sonrakı dövrə təsadüf edir. Bu mühüm hadisədən sonra 1996-cı ildə respublika gənclərinin I Forumunun keçirilməsi, 1997-ci ildə isə 2 fevralın “Gənclər günü” elan olunması gənclərimizin sonrakı fəaliyyəti və inkişaf perspektivləri baxımından əlamətdar tarixə çevrildi. “Gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması dövlətin gənclər siyasətinin əsas prinsiplərindən biridir”. Bu fikirlər 9 aprel, 2002- ci ildə qəbul olunmuş “Dövlət Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununda ifadə olunmuşdur.
Bu gün respublikada gənclər sahəsində kifayət qədər iş görülmüşdür və dövlət qurumlarının bu istiqamətdə fəaliyyəti davam edir. Dövlətin gənclər siyasətinin əsas istiqamətləri - gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə olunması, onların iqtisadi fəaliyyətlərinin artırılması, həmçinin sosial müdafiəsi, yaradıcı, istedadlı gənclərin aşkara çıxarılması və onlara daha geniş şəraitin yaradılması, ictimai-siyasi həyatda gənclərin fəallaşdırılması, o cümlədən bu vacib təbəqənin ölkədə gedən vətəndaş cəmiyyəti quruculuğunda iştirakı, QHT- lər səviyyəsində beynəlxalq əlaqələrin qurulması, əməkdaşlıq, narkomaniya, AİDS və digər zərərli vərdişlərin, neqativ halların aradan qaldırılması və başqalarıdır. Gənclərlə müxtəlif sahələrdə - iqtisadi, sosial, mədəni, milli-mənəvi, hərbi-vətənpərvərlik, vətəndaşlıq, təhsil, səhiyyə, idman və s. sahələrdə iş aparılsa da, burada xüsusi aktuallıq və əhəmiyyət kəsb edən məsələlər qeyd olunmalıdır. İqtisadi-sosial (gənc ailələr üçün ipoteka, tələbələr üçün təqaüd artımı və d.) tədbirlər dövlət səviyyəsində həyata keçirilir, lakin bəzi məqamlar daha həssas yanaşma tələb edir.
Bu sırada xüsusilə vətəndaşlıq tərbiyəsi nəzərdən qaçırılmamalıdır. Bu nəinki özünü dövlətinə mənsub bilməklə onun qanunlarına riayət etməni, həm də hüquqlarını bilməklə və vəzifələri haqda da unutmamağı nəzərdə tutur. Bu, əsl vətəndaş mədəniyyəti və vətəndaş savadlılığıdır. çünki öz hüquq və vəzifələrini bilən hər bir insan, gənc öz cəmiyyətini daha keyfiyyətli,daha sağlam edir, onun mədəniyyət səviyyəsini yüksəldir. Belə vətəndaş dövləti üçün problem yaratmır, əksinə dövlət səviyyəsində mübarizə aparılan bir sıra neqativ hallara dözümsüz olmaqla cəmiyyətdə hüquqi dövlət və sivil münasibətlərin formalaşmasına yardım edir. Savadlılıq isə hər bir gəncdən heç də alim olmağı tələb etmir, çünki buna heç ehtiyac da yoxdur. Hər kəs öz peşəsində (özü də peşənin xarakterindən asılı olmayaraq) səmərəli və peşəkarcasına çalışdığı təqdirdə dövlətinə və özünə daha faydalı insana çevrilir. Elə vətənpərvərlik də budur, çünki öz sənətində vicdan və həvəslə çalışmaq əslində vətənə sevgi tələb edir. Böyük şəxsiyyət Heydər Əliyevin bu barədə fikirləri bu gün də çox aktual və qiymətlidir: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən artıq, müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu Gənclər siyasəti bu gün Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı gəncləri aparıcı güvvəyə çevirmək və onların sosial - iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005 - 2009 - cu və 2011 - 2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq edib. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi Dövlət Proqramının əsasını təşkil edir. 2005 - ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə Prezidentin imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının bariz nümunəsi hesab edilə bilər.
Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə təhsil ocaqlarında yüksək standartlara uyğun maddi - texniki bazanın yaradılması, müasir tədris prosesinin tətbiq edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə cavab verən məktəblər tikilir, tədris müəssisələri yeni avadanlıqlarla, kompüterlərlə təchiz edilir.
Cənab Prezidentin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gəncliyə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən soraq verir.
Azərbaycan Prezidentinin 2007-ci ilin fevralın 2-də Prezident Sarayında Gənclər günü münasibətilə gənclər təşkilatlarının nümayəndələri ilə görüşməsi, həmin ilin Azərbaycanda “Gənclər ili” elan olunması gəncliyin həyatında ən unudulmaz, yaddaqalan hadisələrdən biridir. Cənab Prezidentin gənclər qarşısında nitqi təkcə gənclər üçün deyil, bu sahədə çalışan hər bir vəzifəli şəxs üçün fəaliyyət proqramıdır. Dövlətimizin başçısı gənclərlə bağlı siyasətində çoxsaylı yeniliklərin olduğunu açıqlamaqla yanaşı, gəncliyin qarşısında üç mühüm vəzifənin durduğunu qeyd etmişdir: “Peşəkarlığı və intellektual səviyyəni artırmaq, torpağa, yurda bağlılıq və ən nəhayət yüksək, insani keyfiyyətlərin formalaşdırılması”.
Heydər Əliyev ideologiyasında azərbaycançılıq məfkurəsi bu gün yaradıcılıqla davam etdirilir. Sovet dövründən fərqli olaraq tədris prosesində milli-mənəvi dəyərlərimizin, eləcə də tanınmış dövlət xadimlərinin, sərkərdələrin, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin zəngin həyat yolunun öyrənilməsinə böyük diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür. ölkə başçısının bu Sərəncamı Azərbaycan gənclərinin dünyanın qabaqcıl ali təhsil ocaqlarında təhsilini sistemli və səmərəli qurmağa, müasir tələblərə cavab verən kadr hazırlığını daha da möhkəmləndirməyə geniş imkanlar açır. ölkədə aparılan titanik işlər, həyata keçirilən qlobal layihələr, tətbiq olunan yeni texnologiyalar müasir tələbata uyğun kadr hazırlığının vacibliyini önə çəkir. Hazırda təkcə Rusiyada və Türkiyədə 1000-ə yaxın gənc bakalavr, magistratura, doktorantura və digər proqramlar üzrə təhsil alır.
Qürur hissi ilə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət gənclər siyasəti YAP Gənclər Birliyi üçün əlverişli təbliğat mühiti və möhkəm ideoloji zəmin formalaşdırmışdır. ötən il ərzində də gənclərə yönələn dövlət qayğısı bir neçə aparıcı istiqamətdə - gənclərin ictimai həyatda fəallığının artırılması, onların kütləvi şəkildə müxtəlif idman bölmələrinə və yaradıcı fəaliyyətə cəlb edilməsi, tələbə təqaüdlərinin artırılması və onların asudə vaxtlarının səmərəli təşkilində özünü əyani şəkildə biruzə vermişdir. YAP GB əldə olunmuş bütün bu nəaliyyətləri gəncləri ətrafına toplayaraq fəal şəkildə təbliğ etmiş və həyata keçirdiyi çoxsaylı təbdirlərdə gəncliyin Heydər Əliyev ideyalarına və dövlətçiliyə sədaqət, həmçinin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə öz töhfəsini vermişdir.
ötən dövrdə Gənclər Birliyinin həyatında mühüm hadisələrdən biri təşkilatın III Konfransının keçirilməsi olmuşdur. 2011 - ci ilin yanvar ayının 29-da Qəbələ şəhərində keçirilmiş konfransda Gənclər Birliyinin ötən konfransından geridə qalan dövr ərzində görülən işlərə nəzər salınmış, hesabat dinlənilmiş, qurumun qarşısında duran perspektiv vəzifələr müəyyənləşdirilmişdir. Tədbirdə təşkilatı məsələlər müzakirə edilmişdir. Gənclər Birliyinin yeni sədri, İdarə Heyəti və Şurası seçilmişdir.
YAP Gənclər Birliyi müvafiq dövr ərzində öz fəaliyyətini genişləndirmiş və partiya sıralarının kəmiyyət və keyfiyyətcə yeniləşməsinə öz töhvəsini vermişdir. İntellektual səviyyəsi yüksək və fəal gəncliyin partiyaya axınını təşviq etmək məqsədilə Gənclər Birliyi təbliğat-təşviqat işini gücləndirmiş və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirmişdir. Xüsusilə, cəmiyyətdə nüfuzu olan yaradıcı gənclərin partiyaya axını böyük vüsət almışdır.
Ulu öndər Heydər Əliyevin 88 illik yubiley təntənələri çərçivəsində YAP Gənclər Birliyinin rayon - şəhər təşkilatları tələbələr və məktəblillər arasında intellektual oyunlar, viktorinalar, inşa - yazı müsabiqələri və idman yarışları keçirilmişdir. Belə ki, Bakı şəhərinin 11 rayonunun və Abşeron rayonunun YAP Gənclər Birliyinin üzvləri arasında təşkil olunan mini-futbol turnirinə mayın 4 - də yekun vurulmuşdur. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırlmışdır. ümummilli lider Heydər Əliyevin parlaq xatirəsi daim gənclərimizin qəlbində yaşamaqdadır. Ulu öndərin xatirəsini yad etmək üçün 10 may doğum günü və 12 dekabr vəfatı günü ilə əlaqədar gənclərin Heydər Əliyev Fonduna kütləvi ziyarəti təşkil olunmuşdur.
Milli bayramlarda və xalqımız üçün mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdə Gənclər Birliyi mütəmadi olaraq, rəngarəng layihələrlə çıxış edir. Belə ki, cari ilin mart ayının 17 - də Bakı Əyləncə Mərkəzində Novruz bayramı ilə əlaqədar təntənəli toplantı keçirilmişdir. Noyabr ayının 9 - da Bayraq günü ilə əlaqədar gənclərin Bayraq Meydanı kompleksi ilə tanışlığı məqsədilə kütləvi ziyarət təşkil olunmuşdur. Müəllifi ümummilli lider Heydər Əliyev olan Azərbaycan Konstitusiyasının qəbulu günü - 12 noyabr cari ildə də Milli Məclisin deputatları dəvət edilərək 11 noyabr tarixli dəyirmi masada qeyd olunmuşdur. Habelə, Ulu öndərin milli bayramlarımız tarixinə bəxş etdiyi 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü dekabrın 29 - da beş yüzdən artıq gəncin iştirakı ilə təntənəli şəkildə qeyd edilmişdir.
Ənənəvi olaraq, 20 Yanvar, Xocalı faciəsi, 31 mart soyqırımı hadisələri ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, fevralın 23 - də Park İnn otelində “Xocalıya ədalət” adlı tədbir keçirilmiş, iştirakçılar adından BMT, AŞ və ATƏT - ə müraciət ünvanlanmışdır. Gənclər Birliyi 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Quba məzarlığını ziyarət etmiş, paytaxtın müxtəlif yerlərində soyqırımın mahiyyəti və tarixi aspektləri barədə məlumatları ehtiva edən broşurlar paylamışdır.
YAP Gənclər Birliyi mütəmadi olaraq humanitar aksiyalar həyata keçirir. Belə ki, cari ilin mart ayının 18 - də Novruz bayramı münasibətilə Bakı şəhərində 60 - a yaxın aztəminatlı ailəyə Gənclər Birliyinin üzvləri tərəfindən bayram sovqatı paylanılmışdır. Habelə, noyabrın 5 - də Qurban bayramı ilə əlaqədar Saray qəsəbəsində yerləşən 7 saylı Uşaq evinə bayram sovqatı aparılmışdır.
YAP Gənclər Birliyinin əsasını qoyduğu “Yay məktəbləri” ənənəsi 2011 - cu ildə də uğurla davam etdirilmişdir. Yeni Azərbaycan Partiyasının gənclər üçün təşkil etdiyi ötən ilki yay istirahət düşərgəsi də bir sıra maraqlı layihələrin həyata keçirilməsi ilə yaddaqalan olmuşdur. İyulun 3-dən 30 - dək 4 mərhələdə Qəbələ, Oğuz və Lerik şəhərlərində həyata keçirilən yay istirahət düşərgələrində ümumilikdə 600-ə yaxın YAP Gənclər Birliyinin fəalı iştirak etmişdir. Yay məktəbləri çərçivəsində “Azərbaycan dünən, bu gün və sabah: Heydər Əliyev ideyaları əməli fəaliyyətdə”, “Gənclik və müasirlik”, “Azərbaycan qlobal məkanda”, “İnternetdə sosial şəbəkə və gəncliyin baxışı” mövzusunda maraqlı diskusiyalar, “Nə? Harda? Necə?” intellektual oyunu, idman yarışları keçirilmişdir. Proqrama uyğun olaraq, Yeni Azərbaycan Partiyasının tələbə gəncləri ilə yay istirahət düşərgəsində YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov və Milli Məclisin deputatları ilə görüşlər keçirilmişdir.
YAP Gənclər Birliyi partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində də fəaliyyət göstərərək qonşu,eləcə də bir sıra Avropa ölkələrinin siyasi partiyalarının analoji qurumları ilə işgüzar münasibətlər qurmuşdur. Gənclər Birliyi 2011-cu il ərzində bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, 20-24 may 2011-ci il tarixlərində YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyənin İstanbul və Kocaeli şəhərlərində keçirilmiş “Gənclik Festivalı”nda iştirak etmişdir. Festival çərçivəsində Gənclər Birliyi bir sıra görüşlər keçirmiş, əməkdaşlığı inkişaf etdirmək istiqamətində razılıq əldə edilmişdir. 4-5 iyunda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “AMOR”un (Rusiya Azərbaycan Gənclər Təşkilatı) III Konfransında YAP Gənclər Birliyinin nümayəndə heyəti də təmsil olunmuşdur. Tədbirdə təşkilatın sədri Leyla xanım Əliyeva və digər rəsmi şəxslər iştirak etmişdir. 16-20 may və 11-17 iyun tarixlərində Gənclər Birliyinin nümayəndə heyəti Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın Liberal Demokrat Partiyası (PDL) arasında əldə olunmuş razılığa əsasən sözügedən ölkədə səfərdə olmuşdur. Həyata keçirilən birinci səfərin əsas məqsədi hər iki ölkədə hakim siyasi qurumları təmsil edən gənclər arasında əməkdaşlığın genişləndirilməsi, Avropa Xalq Partiyası çərçivəsində gənclərlə bağlı həyata keçirilən tədbir və layihələrdə YAP gənclərinin iştirakının təmin olunması kimi məsələlərdən ibarət idi. Partiyalararası münasibətləri daha da möhkəmləndirmək və gənclər arasında dialoqu gücləndirmək istiqamətində Rumıniya Parlamentinin Deputatlar Palatasının üzvü Danuts Liqanın dəvəti ilə reallaşdırılan ikinci səfər zamanı Gənclər Birliyinin geniş tərkibli nümayəndə heyəti PDL partiyasının regional və mərkəzi təşkilatlarının fəaliyyəti ilə tanış olmuş və qeyd edilən partiya təmsilçiləri arasında sıx əlaqələr qurulmuşdur. 22-29 iyul tarixlərində YAP Gənclər Birliyinin dəvəti ilə Rumıniyanın Liberal Demokrat Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Rumıniyalı gənclər səfər əsnasında YAP Gənclər Birliyi tərəfindən həyata keçirilən “Yay məktəbləri” çərçivəsində Oğuz, Qəbələ və Şəki şəhərlərində olmuş, region gəncləri ilə bir araya gəlmiş və tarixi əhəmiyyət daşıyan abidələrlə tanış olmuşdur. 8-13 iyul tarixlərində Gənclər Birliyinin nümayəndə heyəti Avropa Xalq Partiyasının gənclər təşkilatlarından biri olan Avropa Demokrat Tələbələr Birliyinin (EDS) 50 illik yubileyinə həsr olunmuş konfransında, Avropa Demokrat Tələbələrinin ənənəvi illik toplantısında, eyni zamanda, Avropa gənclərinin müasir dövrdə fəaliyyət prinsiplərini araşdıran “Avropa bilikli gənclərlə daha güclüdür - bilikli cəmiyyət üçün səfərbərlik” və “Avropada 50 illik gənclər siyasəti” adlı yay universitetində iştirak etmişdir. 13-18 sentyabrda Gənclər Birliyi Avropa Demokrat Tələbələr Birliyinin (EDS) 2011-2012-ci illəri əhatə edən silsilə proqramları çərçivəsində təşkilatın birinci Şura iclasında iştirak etmişdir. 8-13 oktyabr tarixlərində YAP nümayəndə heyəti Konrad Adenauer Fondunun Gürcüstanda təşkil etdiyi “Xarici və təhlükəsizlik siyasəti” mövzusunda gənc siyasətçilər üçün yay məktəbinə ezam olunmuşdur.
Bundan əlavə, YAP Gənclər Birliyi fəaliyyəti dövründə Gürcüstanın Birləşmiş Gənclər Milli Hərəkatı və “Graali” Tələbə və Gənclər təşkilatları, Rusiyanın “Molodaya Qvardiya” təşkilatı, Belorusiyanın Respublika Gənclər Birliyi, Ukraynanın “Ukrayna Regionlarının Gənclər Birliyi” , Qazaxıstanın ən böyük patiyası olan “Nur-Otan”nın Gənclər təşkilatı, habelə Avropanın bir sıra ölkələrinin - Almaniya, İsveç, Hollandiyadan olan gənclər təşkilatları ilə mövcud münasibətlər daha da inkişaf etdirilmiş, əməkdaşlığın yeni mərhələsinə keçilmişdir.
2011-ci ildə YAP Gənclər Birliyi üçün ən böyük hədiyyə dekabrın 24 - də yeni qərargahın onların ixtiyarına verilməsi olmuşdur. Müasir standartlara cavab verən və yeni texnologilar ilə təchiz olunmuş bu ofis gənclərin fəaliyyəti dövründə hər cür şəraiti təmin etməyə qadirdir. Şübhəsiz bu da gənclərin bundan sonrakı səmərəli fəaliyyətinə öz töhfəsini verəcəkdir.
Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır: onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökümət qurumlarından, ölkələrarası debat, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini - musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli - mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur. İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu böyük uğurlar vəd edən gələcəyə doğru aparmaqdır. Şübhəsiz, bu, belə də olacaqdır. çünki Azərbaycan gəncliyi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sabaha - yeni uğurlara imza atmaq üçün tam səfərbər olmuşdur.
Seymur ORUCOV
YAP Gənclər Birliyinin sədri
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

