Sülh üçün yeni üfüqlər...
28.12.2023 [10:10]
Regionda yeni siyasi-iqtisadi reallıqlar perspektivi
Son dövrlərdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində müəyyən dinamizm müşahidə edilməkdədir. Vurğulanmalıdır ki, regionda sülhün formalaşdırılması yeni dövrdə yeni siyasi reallıqlar fonunda müzakirə olunur - 3 ay öncə Azərbaycan ərazisindəki separatizmi ləğv edib, suverenlik bərpa olunub. Son addımlardan sonra təmaslar əsasında formalaşan impulsun davam etdirilməsi üçün isə hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalətli mənzərə ortadadır. Hətta artıq bəzi nüanslarla bağlı ikitərəfli təmaslar qeydə alınır, birgə açıqlamalar yayılır.
Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə sülhlə bağlı xüsusi bir müzakirə olmasa da, fikir mübadiləsinin aparıldığını söyləməyə əsas verən bəzi nüanslar var. Digər tərəfdən, Rusiya rəsmilərinin verdikləri açıqlamalar da 2023-cü ilin sülh gündəliyinin major notlar üzərində 2024-cü ilə təhvil verildiyini önə çəkir.
Sülh atmosferinin təmini...
Məsələn, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Bakı və İrəvan sülh sazişini yekunlaşdırmağa hazırdır. MDB ölkələrinin qeyri-formal sammitində “münaqişə tərəflərinin” - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməsi ilə bağlı sualı cavablandıran D. Peskov deyib: “Onlar münaqişə tərəfləri deyillər, onlar vahid sənəd üzərində razılığa gəlməyə tam hazır olduqlarını bildirirlər, sülh danışıqlarını vahid sənəd üzərində tamamlamağa, sülh sazişini yekunlaşdırmağa hazır olduqlarını ifadə edirlər. Burada heç bir risk yoxdur”.
D.Peskov əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın MDB ölkələrinin Sankt-Peterburqda keçirilən qeyri-formal sammitindəki görüşü sülh sazişinə hazırlıq görən iki liderin dialoqunun dəstəklənməsi fürsətidir. Onun sözlərinə görə Rusiya, həmçinin bu hazırlıq prosesinə kömək etməyə hazırdır. “Biz öz vasitəçiliyimizi qəbul etdirməkdə israrlı deyilik, lakin sözsüz ki, bizim təkcə MDB çərçivəsində yox, həm də inkişaf etmiş ikitərəfli münasibətlər müstəvisində iki tərəfdaşımızın ən qısa vaxt ərzində sülh sazişi imzalaması bizim üçün çox vacibdir. Bu, Qafqazda bizim üçün mühüm olan sülh atmosferini, sabitliyi və gələcəklə bağlı müəyyənliyi təmin etmiş olar”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Ermənistan sülh üçün iradə nümayiş etdirməlidir
Vurğulandığı kimi, sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - Azərbaycanın Qarabağdakı terrorçuları zərərsizləşdirməsinin ardından bu, daha real görünür. Qeyd edək ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi siyasi razılaşmalar üçün mühüm baza sayıla bilər. Azərbaycan isə hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik. Sadəcə olaraq, İrəvanın məsələdəki səmimiyyəti vacib faktorlardandır. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının daha da gücləndirilməsinə töhfə verməyə istiqamətlənməlidir - başqa sözlə, Paşinyan hakimiyyətinin ortaya qoyacağı siyasi iradə sülhün imzalanmasını daha da tezləşdirə bilər...
İrəvan Azərbaycanın təkliflərini təkrarlayır...
Son dövrlərdə Ermənistanın baş nazirinin önə çəkdiyi “üç əsas prinsip” məsələsi isə əslində Azərbaycanın baza şərtlərinin təkrarıdır. Azərbaycanın hələ 2022-ci ilin martında irəli sürdüyü məsələlər bu və ya digər şəkildə bu gün Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənir. Belə ki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinin birincisi dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ən mühüm addım sayıla bilər. Digər bir prinsip isə, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddiaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalq arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı, normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.
Üçüncü baza prinsipi isə dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu, qarşıdakı dövrdə ölkələr arasında normal münasibətlərin qurulmasına da stimul verən amilə çevrilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58

