Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib

Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib

14.04.2012 [02:03]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib. Azərbaycanın Dünya Gömrük Təşkilatının çox fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin növbəti 2012-ci il konfransının Bakıda keçirilməsinin önəmini qeyd edib. Dövlətimizin başçısı Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin Bakı konfransının Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Prezident İlham Əliyevin dəstəyi ilə ötən il Bakıda “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda uğurla keçən beynəlxalq konfransın Dünya Gömrük Təşkilatı üçün çox faydalı olduğunu deyib və həmin tədbirin nəticələri əsasında Brüsseldə mötəbər bir konfransın təşkil olunduğunu qeyd edib. Görüşdə ölkəmizin Dünya Gömrük Təşkilatı ilə əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Paylaş:
Baxılıb: 999 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30