Şuşa kimi əziz, Şuşa qədər uca...
30.01.2024 [09:54]
LİDERİMƏ - İLHAM ƏLİYEVƏ səs verəcəyəm!
Hər bir cəmiyyətin özünə məxsus tarixi var. Bu tarix təkcə qələbələrdən yox, həm də faciələrdən ibarətdir. Azərbaycan tarixi belə hadisələrin nümunələri ilə zəngindir. Xalqımız tarixin çətin sınaqlarından keçib. Soyqırımları, müharibələr, dinc əhaliyə qarşı cinayətlər... Bunlar elə də uzaq keçmişdə baş verən hadisələr deyil.
Mən müstəqil Azərbaycanın gənc övladı kimi bu qədim tarixin son 33 ilindən danışacam. Azərbaycan müstəqilliyini bəşəriyyətin tarix səhifələrində dünən deyə biləcəyimiz bir gündə, bu gündən 33 il əvvəl, 1991-ci il oktyabrın 18-i dünya ictimaiyyətinə elan etdi.
İlk illər cəmiyyətdə birliyin pozulduğu, hakimiyyət böhranının yaşandığı illər hesab olunur. Uzun müddətli əsarət və itaətkarlığın gətirdiyi yanlış vərdişlər cəmiyyəti müstəqillik ruhuna yadlaşdırmışdı. Məhz bu yadlaşmanın nəticəsi olaraq xalq əldə etdiyi müstəqilliyi itirmək kimi ciddi təhlükə qarşısında idi. Şimalda və cənubda ayrı-ayrı qruplar hakimiyyəti mənimsəyə çalışır, hakimiyyətdəki şəxslər cəmiyyətin mənafeyi üçün zəruri qərarları almaqda süstlük göstərirdilər.
Müstəqilliyin təhlükə qarşısında qaldığı, xaos və anarxiyanın yarandığı bir zamanda xalqın müstəqillikdən irəli gələn hüquqları və vəzifələri icra etmək üçün zəruri bacarıqlara və lazımi şəxsi keyfiyyətlərə malik liderə ehtiyacı yaranmışdı. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə lider Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi.
Tarix təsadüfi adamları sevmir. Tarixin səhifələrində “şan və şöhrət” yalnız buna layiq şəxslərə qismət olur. Hakimiyyət doğru əllərdə olmadığı zaman cəmiyyətdə həmişə xaos və anarxiya hökm sürür. İqtidara gəlmiş şəxs lazımi təcrübəyə malik olmadıqda, zəruri qərarları ala bilmədikdə, iqtidara gəldiyi kimi tez bir zamanda iqtidardan getmək məcburiyyətində qalır və ya cəmiyyəti və hakimiyyəti məhvə gətirib çıxarır. Hakimiyyət doğru əllərdə olduqda isə sülh və əmin-amanlıq şəraiti yaranır.
Ulu öndər Heydər Əliyevin təşəbbüskar şücaəti sayəsində daxili və xarici təhlükələr aradan qaldırıldı. Azərbaycan dövləti möhkəm əsaslara dayanaraq ali məqsədə doğru istiqamətləndirildi. Xarici dövlətlər ilə siyasi, iqtisadi münasibətlər quruldu, beynəlxalq əhəmiyyətli layihələr həyata keçirildi. İkitərəfli və çoxtərəfli əsasda sosial və iqtisadi müqavilələr imzalandı. Azərbaycanın mövqeyi Birləşmiş Millətlər Təşkilatında dünya birliyinin diqqətinə çatdırıldı.
Təəssüf olsun ki, Ulu öndər Heydər Əliyev xalqı üçün yaratmaq istədiyi möhtəşəm gələcəyi görə bilmədi. 2003-cü ildə belə bir sual yarandı :Yeni Prezident kim olacaq?
Respublika cəmiyyətlərində gizli ambisiyilar, mənfəətpərəst iddialar normal hallardandır. Bu ərəfədə vəzifəsi olan bir çox şəxs hakimiyyət iddiasını reallaşdırmaq niyyətində idi. Ancaq bunu bilmək lazımdır ki, vəzifəsi olan yox, nüfuzu olan şəxs hakimiyyətə gələ bilər.
O zamandan bu günədək baş verən hadisələr bu seçimin çox doğru bir seçim olduğunu təsdiqləyir.
Heydər Əliyevin oğlu olmaq taleyin böyük bir nemətidir. Ancaq taleyin lütfü ilə qazanılmış imkan yalnız zəhmətin və şücaətin sayəsində şanlı tarixə çevrilir.
Bu gün Azərbaycan özünün ən qüdrətli tarixini yaşıyır. Bugünkü Azərbaycanın dünya ictimaiyyətində əldə etdiyi nüfuz respublika tariximizdə heç bir hakimiyyətin nail ola bilmədiyi səviyyədədir. Azərbaycan bu gün beynəlxalq münasibətlərin mühüm iştirakçılarından biri kimi qəbul edilir və onun mövqeyi beynəlxalq münasibətlərin subyektləri tərəfindən tanınır. Buna səbəb Azərbaycanın daxili və xarici siyasətinin doğru istiqamətləndirilməsidir.
Azərbaycan məhz İlham Əliyevin hakimiyyəti illərində Dağlıq Qarabağı işğaldan azad edə bildi. 44 günlük Vətən müharibəsi təkcə döyüş meydanında qazanılan qələbə deyil, həm də ideoloji qələbədir. İdeoloji qələbədir ona görə ki, o, bununla dünyaya sübut etdi ki, Azərbaycan öz dövlətinin suveren hüquqlarının müdafiəsində və onun icrasında tam iqtidara malikdir.
Yaxın günlərdə Azərbaycanı daha bir tarixi hadisə gözləyir : 7 Fevral Prezident seçkiləri. Demokratik quruluşa malik cəmiyyətlərdə xalq özünün liderini özü seçir. Bu, hər bir vətəndaşın suveren hüququdur. Mən də hər bir vətəndaş kimi bu seçkilərdə iştirak etməyi özümə borc bilirəm.
Seçim azadlığı müstəqilliyin ən gözəl nemətidir. Ancaq çox təəssüf ki, cəmiyyətimizdə xarici qüvvələrin təsirinə düşmüşlər də var. Bu ünsürlər keçmiş adətlərinə bağlılıqlarından dolayı itaətkarlığa qayıtmaq niyyətindədirlər. İtaətkarlığın yalanlarını tərifləmək və müstəqillikdən şikayətlənmək belələrinin gündəlik adətidir.
Mən müstəqil Azərbaycanın müstəqil övladı kimi bildirirəm ki, itaətkarlığın “üstünlüklərini” müstəqilliyin çətinliklərinə dəyişmərəm. Mən əcnəbi itaətkarlığında yaşamamışam, iftixar elədiyim DÖVLƏTİM və fəxr elədiyim PREZİDENTİM var!
Yeni nəsil Azərbaycan gənci İlham Əliyevi təkcə Ulu öndər Heydər Əliyevin oğlu olaraq yox, yeni tarix yaradan dahi azərbaycanlı kimi, İlham Əliyev kimi qəbul edir. Mən İlham Əliyevi İlham Əliyev olduğu üçün dəstəkləyirəm.
İlham Əliyev Şuşa azad ediləndə “Əziz Şuşa, sən azadsan!” demişdi. Mən fevralın 7-də bir qalib seçici olaraq adını tariximizin ən uca məqamına - Şuşa zirvəsinə yazmış və bizim hər birimizə Şuşa kimi əziz və uca olan Liderə, İlham Əliyevə səs verəcəyəm!
Həsən Musayev
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14

