Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Xırdalanda gecə səs-küy yaradan 12 nəfər saxlanılıb

Xırdalanda gecə səs-küy yaradan 12 nəfər saxlanılıb

09.10.2025 [19:32]

Xırdalan şəhərində gecə saatlarında sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan motosikletlər və digər nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

DİN-dən verilən xəbərə görə, tədbirlərlə bilərəkdən motosikletlərinə müdaxilə edərək səs gücünü artıran 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Bununla yanaşı, avtomobillərində konstruksiya dəyişikliyi edən, sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan sükan arxasına keçən şəxslər, səs-küy qaydalarını pozan, tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyənlər, tullantıları urnalardan kənara atan və xırda xuliqanlıq edənlənlər müəyyən olunublar.

Ümumilikdə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 70 nəfərdən artıq şəxs barəsində inzibati tədbirlər görülüb, onlarla profilaktik söhbətlər aparılıb.

Paytaxtla yanaşı Abşeron rayonunda da sakinləri narahat edən halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən kompleks tədbirlər davam etdirilir.

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30