Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Oğuzda “Niva” aşıb, sürücüsü xəstəxanaya yerləşdirilib

Oğuzda “Niva” aşıb, sürücüsü xəstəxanaya yerləşdirilib

03.01.2026 [09:17]

Oğuzda avtomobil yoldan çıxaraq aşıb, sürücü ağır xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Muxas kənd sakini Şahin Ramazanovun idarə etdiyi VAZ-2121 (Niva) markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası sürücüyə yerində ilkin yardım göstərib. Daha sonra o, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Oğuz rayon polis şöbəsində araşdırma aparılır.

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30