Azərbaycanda yeni qoşun növü - KOMANDO
27.11.2021 [09:58]
Onlar istər suda, istər quruda bütün coğrafi şəraitlərə uyğun əməliyyatları apara bilirlər
Üzeyir Cəfərov: Qardaş Türkiyədə sınaqdan keçirilmiş bu qoşun növu böyük işlər görmək iqtidarındadır
Ölkəmizdə yeni hərbi hissələrin - “Komando” hissələrinin sayı gündən-günə artmaqdadır. Bir neçə gün öncə yeni yaradılan əməliyyat (“Komando”) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib, şəxsi heyət “Komando andı”nı qəbul edib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando” hərbi hissələri bütün növ döyüş tapşırıqlarının icrasını hər an yerinə yetirməyə hazır olan hərbi qruplardır. Ümumiyyətlə, komandolar fiziki və nəzəri hazırlıqları yüksək olan hərbçilərdir. Onlar qısa müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirdərək vəziyyəti qiymətləndirib hədəfi məhv etmək bacarığına malikdirlər. Qeyd edək ki, Türkiyədə “Kommando”, “Bordo bereli” “SAT-SAS”, ABŞ-da “Reyncer”, “Delta forçe”, Rusiyada “Alfa”, “Vımpel”, “Delta”, İsraildə “Amor”, Böyük Britaniyada “Kommandos”, “Skorpion”, Finlandiyada “Yeger”, Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group “A”), Azərbaycanda “Yarasa”, “Qartal”, “Şahin”, “Vaşaq”, “Əqrəb” və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.
Azərbaycan xüsusi təyinatlıları şərti olaraq Müdafiə Nazirliyi tabeliyində olan elit xüsusi təyinatlılara (“Turan”, “Yarasa”, “Kobra” və s.), Dəniz Əməliyyatları Dəstəsinə (“NavySEALs”), Daxili Qoşunların hərbi hissələri üzrə xüsusi təyinatlılara (“Pələng”, “Vaşaq”, “Kobra”, “Bəbir”, “Gürzə” və s.) və digər qruplara ayrılırlar. Bəs, yeni yaranan “Komando” hərbi hissələri xüsusi təyinatlılardan hansı cəhətlərinə görə fərqlənir?
Mövzu ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, 44 günlük Vətən müharibəsi ordunun modernləşməsinə, müasirləşməsinə, təkmilləşdirilməsinə hər zaman ehtiyac duyulduğunu bir daha sübut etdi. “Komando” tipli hərbi hissələrin yaradılması təklifinin qardaş Türkiyə tərəfindən irəli sürüldüyünü bildirən hərbi ekspert model olaraq da məhz Türkiyə modelinin seçildiyini deyib: “Komandolar elit hərbi hissələr sayılır. Onlar verilən istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Xüsusi təyinatlılarla onların fərqi elə də böyük deyil. Sadəcə, xüsusi təyinatlılar yalnız xüsusi tapşırıqları yerinə yetirirlərsə, “Komando” təyinatlı hərbi hissələr istənilən tapşırığı yerinə yetirmək hazırlığına malik olurlar. Onlar istər suda, istər quruda, bütün coğrafi şəraitlərə uyğun əməliyyatları apara bilirlər”.
Hərbi ekspertin fikrincə, bu qoşun növü sınaqdan keçmiş qoşun növüdür və böyük gücə malikdir. “Bizdə əvvəllər belə bir qoşun növü olmayıb deyə, bəzilərində çaşqınlıq yaranır. Hətta xüsusi təyinatlıların olduğu halda komandolara ehtiyac olmadığını deyənlər də tapılır. Amma elə deyil. Qardaş Türkiyədə sınaqdan keçirilmiş bu qoşun növü böyük işlər görmək iqtidarındadır”, - deyən Ü.Cəfərov onu da əlavə edib ki, “Komando” tipli hərbi hissələrdə həm müddətdən artıq peşəkar hərbçilər, həm də müddətli çağırışçılar xidmət keçəcəklər. Təbii ki, seçim xüsusi olaraq aparılacaq və fiziki hazırlıq əsas götürüləcək.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

